Zəngəzur dəhlizi Naxçıvanla əlaqələrimizin genişlənməsində mühüm rol oynayacaq
Avqustun 11-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər.
Naxçıvana səfəri çərçivəsində dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində inşa edilən "Şəms 1" və "Qərbi Üfüq" Günəş Elektrik stansiyalarında görülən işlərlə, Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə, "Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı", Naxçıvan şəhərində Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanış olublar, həmçinin Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində, DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında, Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində, Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə, "Naxçıvan" Mehmanxana Kompleksinin təməlqoyma mərasimində, "Əcəmi seyrangahı" istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında və Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində avqustun 11-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına geniş müsahibə verib. Ölkə başçısı müsahibəsində bildirib ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün mühüm strateji əhəmiyyət daşıyır. Dəhlizin fəaliyyətə başlaması ölkəmizin Naxçıvanla quru əlaqələrinin genişlənməsinə, bu istiqamətdə nəqliyyat imkanlarının və qarşılıqlı təmasların daha da artmasına şərait yaradacaq.
Prezident İlham Əliyevin Naxçıvana səfəri dövlət başçısının dəhlizlə bağlı verdiyi mesajlar onun gələcək perspektivlərinin geniş olduğunu göstərir. Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizinin yaxın zamanda yalnız nəqliyyat xətləri üçün nəzərdə tutulmadığını bildirməsi xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra dərhal işğaldan azad edilən bölgələrdə, o cümlədən Naxçıvana doğru gedən dəmir və avtomobil yollarının bərpasına başlanıldı. Bu gün Horadiz-Ağbənd avtomobil yolu demək olar ki, hazırdır. Dəmir yolunun tikintisi də sürətlə davam edir. lakin Ermənistan ərazidindən keçən 42 km-ə yaxın yol hələ də hazır deyildir. Cənab Prezidentin qeyd etdiyi kimi: "istənilən halda gələn il dəmir yolu da Ermənistan sərhədinə gəlib çatacaq. O ki qaldı, Naxçıvan dəmir yolunun tikintisinə, hazırda işlər gedir. Mənim göstərişimlə Nəqliyyat Nazirliyi bu işlə məşğuldur. Azərbaycan Dəmir Yolları Ordubad istiqamətində inşa işlərinə başlamışdır və olmayan hissələr yenidən tikiləcək".
Dəmir yolunun Ordubad və Sədərək rayonlarının ərazisindən keçən hissəsi 3-7 km arasındadır və bu gün mövcud olan dəmir yolunun yükaşırma qabiliyyəti 1,5 milyon tondur. Dövlət başçısının qeyd etdiyi kimi ilkin mərhələ üçün Zəngəzur dəhlizinin və ümumiyyətlə, Şərq-Qərb dəhlizinin bir qolu olan bu yolun fəaliyyətə başlaması kifayətdir. Qarşıya qoyulan məqsəd gələcəkdə bu nəqliyyat dəhlizindən ən azı 15 milyon ton yükün keçməsidir ki, bunun üçün hazırda mövcud olan dəmir yolu yenidən qurulmalı, reabilitasiya edilməlidir. Azərbaycan öz vəsaiti hesabına bu dəmir yolunu tam işlək vəziyyətə çatdıra bilər və çatdırmalıdır.
Bu gün bir çox beynəlxalq qurum, bəzi ölkələr, o cümlədən Avropa İttifaqı xüsusilə Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə böyük maraq göstərirlər və Aİ nümayəndələri Naxçıvana ezam edilərək yerlərdə vəziyyətlə tanış olublar.
Prezidentin müsahibəsi Zəngəzur dəhlizinin Azərbaycanın regional və beynəlxalq əlaqələrində böyük əhəmiyyətə malik olduğunu bir daha nümayiş etdirir. Dəhlizin açılması Naxçıvanla daha sıx və operativ əlaqələrin qurulmasına imkan verməklə yanaşı, Azərbaycanın regionda nəqliyyat və logistika imkanlarının genişlənməsinə də mühüm töhfə verə bilər.
Zəngəzur dəhlizi gələcəkdə təkcə nəqliyyat infrastrukturu kimi deyil, həm də regionda iqtisadi, siyasi və humanitar əlaqələrin inkişafına xidmət edən mühüm bağlantı kimi çıxış edə bilər.
Türkan Cümşüdova - YAP üzvü
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib