Naxçıvan bölgənin yeni nəqliyyat, enerji və sənaye mərkəzinə çevrilir
Prezident İlham Əliyev avqustun 11-dən Naxçıvan Muxtar Respublikasında səfərdədir. Dövlət başçısını birinci xanım Mehriban Əliyeva müşayiət edir. Prezident və birinci xanım səfər çərçivəsində bir sıra mühüm iqtisadi, sosial, enerji və infrastruktur layihələri ilə tanış olub, yeni obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak ediblər.
Prezident və birinci xanım Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib, Naxçıvan şəhərində "Şəms 1" və "Qərbi Üfüq" Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar. Naxçıvan Regional DOST Mərkəzinin açılışı keçirilib, yeni "Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyulub. Dövlət başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini də ziyarət ediblər.
Səfərin siyasi çəkisini daha aydın göstərən Prezident İlham Əliyevin elə Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi geniş müsahibə oldu. Prezident həmin müsahibədə Naxçıvana dövlət siyasətinin yalnız bir bölgənin inkişafı kimi baxılmadığını ortaya qoydu. Dövlət başçısının açıqlamalarında Naxçıvanın gələcəyi sənaye, enerji, nəqliyyat, yeni iş yerləri və Azərbaycanın ümumi geoiqtisadi strategiyası ilə birbaşa əlaqələndirildi.
İlham Əliyev Prezident kimi Naxçıvana artıq 17-ci dəfə səfər etdiyini vurğuladı. Bu fakt özü də Naxçıvana münasibətin miqyasını göstərir. Azərbaycanın ən ağır illərində Ulu Öndər Heydər Əliyev Naxçıvanın qorunmasını dövlətçilik məsələsi səviyyəsinə qaldırdı. Türkiyə ilə əlaqələrin genişləndirilməsi, İran istiqamətində imkanların yaradılması, blokadanın ən ağır vaxtlarında muxtar respublikanın ayaqda saxlanılması həmin strateji xəttin tərkib hissəsi idi.
Prezident İlham Əliyevin hakimiyyəti illərində bu siyasət yeni inkişaf mərhələsinə keçdi. İnfrastruktur, energetika, yollar, sosial obyektlər, istehsal və iqtisadiyyat sahəsində görülən işlər Naxçıvanın yalnız cari ehtiyaclarına hesablanmadı. Bu gün daha aydın görünür ki, gələcəyin Naxçıvanı üçün baza hazırlanırdı.
Bunun ən konkret göstəricilərindən biri Naxçıvan Sənaye Parkıdır. Yeni parkın yaradılması onu göstərir ki, Bakı Naxçıvanı yalnız tranzit ərazi kimi görmür. Məqsəd yükün Naxçıvandan sadəcə keçməsi deyil, onun ətrafında istehsal, xidmət, logistika və əlavə dəyər yaradan iqtisadiyyatın formalaşdırılmasıdır.
Prezident AzTV-yə müsahibəsində Naxçıvanın gələcəkdə enerji ixrac edən bölgəyə çevriləcəyini açıqlayıb. Sənaye Parkının tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının tikilməsi nəzərdə tutulur. Dövlət başçısının açıqlamasına görə, hazırda Naxçıvanın generasiya gücü təxminən 200 meqavatdır. Yəni təkcə nəzərdə tutulan yeni stansiyanın gücü mövcud generasiya imkanlarından 1,5 dəfə çox olacaq.
"Şəms 1" və "Qərbi Üfüq" Günəş Elektrik stansiyalarında aparılan işlər də həmin strategiyanın digər istiqamətidir. Naxçıvanın günəş və digər bərpaolunan enerji potensialı nəzərə alınarsa, gələcəkdə muxtar respublikanın Azərbaycan-Türkiyə-Avropa enerji bağlantısında ayrıca rol qazanması real perspektivə çevrilir.
44 günlük Vətən müharibəsi yalnız Qarabağın və Şərqi Zəngəzurun azad olunması ilə nəticələnmədi. Azərbaycan döyüş meydanında regionun onilliklər ərzində dəyişməz görünən siyasi reallığını dağıtdı.
TRIPP və onun ətrafında formalaşacaq kommunikasiya şəbəkəsi gələcəkdə istehsal klasterlərinin yaradılmasına da böyük stimul verə bilər. Naxçıvanda istehsal olunan məhsulun Türkiyə və oradan Avropa bazarına daha rahat çıxması bölgəyə sərmayə marağını artıracaq.
Mərkəzi Asiyadan və Azərbaycanın əsas hissəsindən gələn malların burada emalı, qablaşdırılması və yenidən ixracı üçün də yeni imkanlar yaranacaq.
Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm mövqeyə sahibdir. Paralel olaraq Mərkəzi Asiyanın enerji potensialının Xəzər və Azərbaycan üzərindən Qərbə daşınması perspektivi böyüyür.
Sabah Naxçıvan-Türkiyə xətti yalnız dəmir və avtomobil yollarının deyil, yeni enerji bağlantılarının da keçdiyi strateji arteriyaya çevrilə bilər.
Azərbaycanın İran ərazisindən Naxçıvana alternativ kommunikasiya yaratmaq siyasəti göstərir ki, Bakı kimisə regional nəqliyyat xəritəsindən çıxarmaq niyyətində deyil. Azərbaycanın məqsədi alternativlərin sayını artırmaq, özünün manevr imkanlarını genişləndirmək və ölkənin əsas hissəsi ilə Naxçıvan arasında etibarlı bağlantını təmin etməkdir.
Ələddin Bəşirov - tarixçi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib