"Telefon həyatınızın bir hissəsi olsun, həyatınızın özü yox "-PSİXOLOQDAN CƏMİYYƏTƏ MÜHÜM ÇAĞIRIŞ
Smartfonlar həyatımızı asanlaşdırsa da, onlardan həddindən artıq istifadə gündəlik həyatımıza ciddi təsir göstərə bilər. İnsanlar bəzən telefonda keçirdikləri vaxtın fərqinə varmadan ailə, dostlar və real həyatdakı ünsiyyətdən uzaqlaşırlar. Bəs telefon həyatımızı idarə edir yoxsa, biz telefondan istifadə edirik?
Mövzu ilə bağlı Sonxeber.az-a müsahibə verən psixoloq Orxan Şəfizadə bir sıra maraqlı məqamlara toxunub:
"Heç düşünmüsünüzmü ki, gün ərzində telefonunuza neçə dəfə baxırsınız? Sadəcə bir dəqiqə baxım deyirsiniz. Bir video, bir mesaj, bir paylaşım, bir xəbər... Və həmin bir dəqiqələr günün sonunda bəzən 2-3 saata, hətta daha çoxuna çevrilir. Bəs bu zaman ərzində nə itiririk? Bəzən övladımızın bizimlə danışmaq istəyən səsini eşitmirik. Bəzən həyat yoldaşımızla söhbət etmək əvəzinə ekrana baxırıq. Bəzən dostumuz yanımızda oturur, amma biz sosial şəbəkədə başqa insanların həyatını izləyirik. Ən maraqlısı isə budur: telefonu əlimizdən qoyduğumuz zaman belə beynimiz yenidən ona baxmaq istəyir.
Telefon istifadəsini necə balanslaşdırmaq olar?
-Səhər gözünüzü açan kimi telefona uzanmayın. Günə ekranla deyil, özünüzlə başlayın
-Yemək zamanı telefonu masadan uzaqlaşdırın. Yemək sadəcə qidalanmaq deyil, həm də ailə ilə ünsiyyət vaxtıdır
-Yatmazdan ən azı 30-60 dəqiqə əvvəl telefonu kənara qoymağa çalışın
-Lazımsız bildirişləri söndürün. Hər bildiriş cavab verməli olduğunuz bir çağırış deyil.
-Sosial şəbəkələrə sərf etdiyiniz vaxta limit qoyun
-Telefonu darıxdığınız hər an üçün "xilas yolu" kimi istifadə etməyin. Bəzən darıxmaq da beynimiz üçün lazımdır
-Uşağınız sizə nəsə danışanda telefonu kənara qoyun və göz təması qurun. Çünki uşaq üçün "mən səni eşidirəm" deməyin ən güclü formalarından biri diqqətinizi ona verməkdir
Psixoterapevt eyni zamanda telefonun görünməyən zərərlərini də xüsusi diqqətə çatdırıb və bildirib ki, telefon real həyatdan aldığımız zövqü bir növ oğurlayır:
"İstərdim qeyd edim ki, telefon qarşısında keçirdiyimiz uzun saatlar təkcə vaxtımızı almır, bundan əlavə bizim diqqətimizi, real həyatdan aldığımız zövqü bir növ oğurlayır. Çünki beyin daim sürətli stimullara öyrəşdikcə səbr, diqqət, emosional dözümlülük zəifləyə bilir. Bu zaman insan başlayır süniləşməyə, soyumağa və ən acınacaqlı tərəfi də odur ki, insan telefondan istifadə etdiyini düşünərkən əslində telefon sənin davranışlarını idarə etməyə başlayır. Bəzən telefonu əlimizdən qoymaq deyil, həyatımızı yenidən əlimizə almaq bəyənilir. Lazımdır ki, belə olsun. Telefon vərdişindən qurtula bilmiriksə, telefonu əlimizdən qoymalıyıq, öz real həyatımızı əlimizə alaq. Və bu özü disiplin yaradacaq".
Psixoloq sonda unutmamalı olduğumuz məqamı xüsusi vurğulayaraq bildirib ki, telefon bizim üçün bir vasitədir. O, həyatımızı idarə etməməlidir. Çünki həyatın ən qiymətli anları telefon ekranında görünmür. Övladınızın ilk sözü, ailənizlə etdiyiniz səmimi söhbət, dostunuzla gülüşünüz, sakit bir gəzinti, sevdiyiniz insanın gözlərinə baxaraq danışmaq və bəzən sadəcə heç nə etmədən həyatın içində olmaq. Bunların heç birinin "screen time" göstəricisi yoxdur. Telefon həyatınızın bir hissəsi olsun,həyatınızın özü yox".
Lalə Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib