Onlayn alış-veriş zamanı bunlara DİQQƏT ETMƏLİSİNİZ - AÇIQLAMA
Onlayn alış-verişin geniş yayılması ilə yanaşı, saxta satış platformaları və fişinq üsulları vasitəsilə vətəndaşların bank kartı və şəxsi məlumatlarının ələ keçirilməsi riski də artır. Xüsusilə sosial şəbəkələrdə cəlbedici qiymətlərlə təqdim olunan saxta elanlar, naməlum keçidlər və ödəniş zamanı tələb edilən həddindən artıq məlumatlar əsas təhlükələr sırasında göstərilir. Elektron Təhlükəsizlik Xidməti də kart məlumatları, CVV/CVC və birdəfəlik təsdiq kodlarının üçüncü şəxslərlə paylaşılmamasını, şübhəli keçidlərdən istifadə edilməməsini və saytların domen adlarının diqqətlə yoxlanılmasını tövsiyə edir.
Bəs, vətəndaşlar onlayn alış-veriş zamanı bank kartı və şəxsi məlumatlarını qorumaq üçün hansı təhlükəsizlik qaydalarına əməl etməli, saxta satış platformalarını hansı əlamətlərə əsasən müəyyənləşdirməlidirlər?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən informasiya texnologiyaları üzrə ekspert Natiq Məmişov bildirib ki, fişinq saytlarında, saxta səhifələrdə kart məlumatlarının oğurlanması klassik hallardan biridir.
"Onlayn alış-veriş zamanı mümkün qədər rəsmi saytlardan və tətbiqlərdən istifadə etmək lazımdır. Məsələn, Trendyol kimi platformalarda alış-veriş edərkən reklamda verilən linkə birbaşa daxil olmaq əvəzinə, mağazanın öz profilinə və səhifəsinə baxmaq lazımdır. Saytın domenini hərf-hərf yoxlamaq vacibdir. Məsələn, tanınmış brendin adına bir hərf əlavə edilir və ya bir hərf çıxarılır, dizayn isə olduğu kimi saxlanılır. Beləliklə, saxta fişinq saytı yaradılır. Məsələn, tanışlıq saytında bir qızla tanış olursunuz və sizə bilet almaq üçün bir link göndərilir. Həmin link tanınmış bilet saytının demək olar ki, eynisi ola bilər. Sadəcə bir hərf fərqlənir, dizayn isə tamamilə eyni olur. Bəzən orfoqrafik səhvlər də saxta saytı müəyyənləşdirməyə kömək edə bilər".
Ekspert bildirib ki, saytın HTTPS protokolundan istifadə etməsinə də diqqət yetirmək lazımdır:
"Amma burada da bir məqam var: saytda kilid işarəsinin olması təkbaşına onun etibarlı olduğunu göstərmir. Çünki saxta saytlar da HTTPS-dən istifadə edə bilər. Kartın arxasındakı üç rəqəm - CVV, PIN, internet bankçılıq şifrəsi və SMS-lə göndərilən təsdiq kodu kimi məlumatlar heç bir halda paylaşılmamalıdır. Bununla yanaşı, bank tətbiqində əməliyyatlarla bağlı bildirişləri aktivləşdirmək lazımdır. İnternet ödənişləri üçün limitləri ehtiyaca uyğun müəyyənləşdirmək, mümkün qədər aşağı saxlamaq və zərurət yarandıqda artırmaq olar".
Onun sözlərinə görə, əlavə autentifikasiya üsullarından, məsələn, 3D Secure kimi təhlükəsizlik sistemlərindən də istifadə etmək mümkündür:
"Fişinq və saxta satış səhifələrində insanları tələsdirmək üçün qeyri-real mesajlardan da istifadə olunur. Məsələn, "yalnız 5 dəqiqə qalıb", "yalnız bir məhsul qalıb", "sonuncu məhsuldur" kimi ifadələrlə istifadəçiyə təzyiq göstərilir. Bəzən isə məhsul almaq və ya ödəniş etmək üçün birbaşa link göndərilir və kart məlumatlarının həmin səhifədə daxil edilməsi tələb olunur. Belə hallarda linkə daxil olmadan əvvəl onun etibarlılığını yoxlamaq və kart məlumatlarını tanımadığınız saytlarda paylaşmamaq lazımdır".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib