60 yaşdan yuxarı şəxslər bu səbəbdən BOŞANIR - AÇIQLAMA

60 yaşdan yuxarı şəxslər bu səbəbdən BOŞANIR - AÇIQLAMAAzərbaycanda son illərdə boşanmaların ümumi sayının artması ilə yanaşı, daha yaşlı şəxslər arasında da nikahların pozulması halları diqqət çəkir. Dövlət Statistika Komitəsinin məlumatlarında boşanmaların yaş qrupları üzrə ayrıca izlənildiyi və 2025-ci il üzrə də bu göstəricilərin təqdim edildiyi görünür.

Bəs, 60 yaşdan yuxarı şəxslərin daha gec yaşlarda boşanmaq qərarına gəlməsinə hansı sosial, ailəvi və psixoloji amillər təsir edir və bu tendensiyanın arxasında hansı səbəblər dayanır?
60 yaşdan yuxarı şəxslər bu səbəbdən BOŞANIR - AÇIQLAMAMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, əvvəllər yaş göstəricilərinə görə boşanma halları daha çox gənclər arasında və ya 35-40 yaş aralığında müşahidə edilirdi. Ancaq son dövrlərdə hətta 50-dən yuxarı, bəzi hallarda isə 60-dan yuxarı yaşlarda da boşanma hallarına rast gəlinir.

"Bunu yalnız sosial amillərlə əlaqələndirmək olmaz. Daha çox insanların həyat tərzi və dünyagörüşü, onlayn və xüsusilə sosial şəbəkələrdən istifadə, həmçinin həyat tərzinin müəyyən yaş aralığında kəskin şəkildə dəyişməsi ilə əlaqələndirmək olar. Çox zaman müasirləşmə və modernləşmə istəyi gənclər arasında ziddiyyətlər yaratdığı kimi, insanın dünyagörüşü və həyat tərzinin ailə mühitində birtərəfli şəkildə dəyişməsi və ya yeni həyata uyğunlaşması da ailədaxili ziddiyyətlərə səbəb ola bilər. Bu proses birtərəfli və harmonik getmədikdə, tərəflər arasında fikir ayrılıqları yaranır".

Sosioloq bildirib ki, ailə münasibətləri həm də kişi və qadının sosiallaşdığı bir institutdur:

"Bu sosiallaşma istənilən yaş həddində pozula bilər. Sosiallaşma bir tərəfdən cəmiyyətdə insanlar və fərdlər arasında, digər tərəfdən isə ailə daxilində, uşaqlar və valideynlər arasında baş verir. Qeyd etdiyimiz yaş qrupunda boşanmaların səbəblərindən biri də tərəflərdən hər hansı birinin - kişinin və ya qadının - sosiallaşma baxımından digərindən kəskin şəkildə fərqlənməsidir".

Onun sözlərinə görə, dünyagörüşü, həyat tərzi, həyata baxış və bir-birinə münasibətdə yaranan kəskin ziddiyyətlər ailədaxili sosiallaşmada problemlərə səbəb olur:

"Bu da tərəflərin bir yerdə yaşamasını və rahat həyat sürməsini çətinləşdirir. Nəticədə, tərəflər arasında yaranan mübahisə və konfliktlər fonunda onlar boşanma qərarına gələ bilirlər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1243   Tarix: 13 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi

4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza

2 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr
.

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb

Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy

2 oktyabr
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Məktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı

Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey

2 oktyabr
.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

3 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr