Bu şəxslər vergi və ciddi hüquqi risklərlə qarşılaşa bilər - XƏBƏRDARLIQ
Əmlakın, xüsusilə də qeyri-yaşayış sahəsinin fərdi sahibkara icarəyə verilməsi zamanı tərəflər arasında yazılı müqavilənin olmaması həm hüquqi, həm də vergi baxımından müəyyən risklər yarada bilər. İcarə münasibətlərinin rəsmiləşdirilməsi, ödənişlərin sənədləşdirilməsi və vergi öhdəliklərinin düzgün yerinə yetirilməsi sonradan yarana biləcək mübahisələrin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Vergi qanunvericiliyinə əsasən, fiziki şəxsin əmlakını vergi ödəyicisi kimi uçotda olan şəxsə icarəyə verməsi zamanı icarə haqqından 14 faiz dərəcə ilə vergi ödəmə mənbəyində tutulur.
Bəs, əmlakını fərdi sahibkar olan qohumuna yazılı müqavilə olmadan icarəyə verən şəxs hansı vergi və hüquqi risklərlə üzləşə bilər, icarə gəliri necə rəsmiləşdirilməli və verginin ödənilməsi hansı qaydada həyata keçirilməlidir?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən vergi eksperti Vəli Əliyev bildirib ki, praktiki olaraq belə bir hal mümkün deyil:
"Çünki həmin əmlakı müqaviləsiz icarəyə götürən sahibkar, məsələn, anbar, mağaza və ya digər obyekt kimi istifadə edirsə, həmin obyekti vergi orqanında qeydiyyata almalıdır. Vergi orqanında qeydiyyat zamanı isə icarə müqaviləsinin təqdim edilməsi tələb olunur. O baxımdan, sahibkar əmlakı icarəyə götürürsə, birmənalı şəkildə müqavilə bağlanmalıdır. Əks halda həmin obyekt vergi orqanında qeydiyyata alına bilməz. Buna görə də qohumun əmlakı sahibkara icarəyə verməsi, lakin bunun rəsmiləşdirilməməsi praktiki olaraq mümkün deyil".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 727 Tarix: 14 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi
4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza
2 oktyabrYAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb
Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy
2 oktyabrBakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd
1 oktyabrMəktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı
Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey
2 oktyabrŞəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi
3 oktyabrBakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə
2 oktyabr