İnstaqram 10 il sonra loqosunu dəyişdi
Dünyanın ən populyar sosial şəbəkələrindən biri olan instaqram 10 ildən sonra loqosunu yeniləyib.
Axşam.az xəbər verir ki, sosial şəbəkənin rəhbəri Adam Mosseri yeni dizaynı avqustun 13-də instaqram və Threads hesablarında təqdim edib. O, yenilənmiş loqonu daha kəskin və müasir dizayn kimi xarakterizə edib.
Dəyişiklik hələlik tətbiqin əsas ekranındakı rəngli kamera ikonuna şamil olunmayıb. Yəni istifadəçilərin telefonunda gördüyü instaqram ikonası əvvəlki kimi qalır. Yenilənən əsas element isə tətbiqin üzərində istifadə olunan yazıdır.
2016-cı ildən istifadə olunan loqo daha əl yazısını xatırladan, maili üslubu ilə seçilirdi. Yeni versiyada isə şrift daha qalın və kompakt hazırlanıb, hərflər bir-birinə daha yaxın yerləşdirilib. Xüsusilə "s", "r" və "g" hərflərinin forması nəzərəçarpacaq dərəcədə dəyişib.
Yeni loqo sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Bəzi istifadəçilər yeni "r" hərfinin formasını fərqli qəbul edərək loqonu zarafatla "Instagzam" adlandırıblar. Digərləri isə "s" hərfinin formasını kiçik yelkənliyə bənzədib. Bununla yanaşı, yeni dizaynı daha sadə və müasir hesab edənlər də var.
İbstaqramın yeni "wordmark"ı bütün dünyada eyni vaxtda tətbiq edilməyəcək. Yenilənmə 2026-cı il ərzində mərhələli şəkildə həyata keçiriləcək. Yeni dizaynı tətbiqdə, saytda və şirkətin rəsmi materiallarında tədricən görmək mümkün olacaq.
Beləliklə, 10 ildən sonra instaqramın vizual kimliyində dəyişiklik başlasa da, tətbiqin məşhur rəngli kamera ikonası hələlik əvvəlki formasını qoruyur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı