3 ölkə, bir masa: Azərbaycan, Pakistan və Qazaxıstan nəyi müzakirə edir?- Bakı yeni əməkdaşlıq körpüsünə çevrilir
Avqustun 13-də İslamabadda Azərbaycanın və Qazaxıstanın Pakistandakı səfirləri Xəzər Fərhadov və Yerjan Kistafinin diplomatik missiyalarının başa çatması münasibətilə vida ziyafəti keçirilib. Tədbirdə üç ölkə arasında turizm, ticarət və mədəni əməkdaşlığın genişləndirilməsi imkanlarından danışılıb. Pakistan rəsmiləri hər iki diplomatın ölkələr arasında münasibətlərin inkişafına verdiyi töhfələri yüksək qiymətləndiriblər. Çıxışlarda son illərdə Pakistanın Azərbayan və Qazaxıstanla əlaqələrinin gücləndiyi, qarşılıqlı əməkdaşlığın yeni sahələr üzrə genişləndirilməsi üçün imkanların olduğu bidirilib.
Bu barədə "Sonxeber.az"a danışan politoloq Məhəmməd Əsədullazadə əməkdaşlığın əhəmiyyətini açıqlayıb:
"Azərbaycan, Qırğızıstan və Pakistan üçü də müsəlman ölkəsidir. Məhz, Azərbaycan həm Pakistanla strateji tərəfdaşdır, həm Qırğızıstanla. Münasibətlər yüksək səviyyədədir. Hesab edirəm ki, Azərbaycan, Qırğızıstan və Pakistan əlaqələri siyasi-iqtisadi, həmçinin hərbi-texniki əməkdaşlıq müstəvisində davam etdirilir. Azərbaycan artıq ikitərəfli əməkdaşlıqda və üçtərəfli, çoxtərəfli əməkdaşlıqda maraqlıdır, nəyinki beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlıq müstəvisi. Çünki ikitərəfli və üçtərəfli formatda əməkdaşlıq daha etibarlıdır və daha operativdir. Ona görə də Azərbaycan, Qırğızıstan Pakistan əlaqələri yeni müstəvidə Azərbaycanın mövqeyini inkişaf etdirəcək, gücləndirəcək".
Politoloqun sözlərinə görə, bu Azərbaycan üçün yeni mərhələnin başlamasıdır. Politoloq hesab edir ki, üç ölkə arasında əməkdaşlığın genişlənməsi ölkəmizin regional və beynəlxalq mövqelərinin daha da güclənməsinə, yeni iqtisadi və strateji imkanların yaranmasına şərait yarada bilər:
"Göründüyü kimi Azərbaycan bir çox istiqamətlərdə yeni tərəfdaşlarda, yeni formatlarda maraqlıdır. Və bu xüsusda, Pakistan, Qırğızıstan və Azərbaycanın üçtərəfli bir araya gəlməsi təbii ki, heç bir ölkəyə qarşı deyil. Amma bu format üç ölkənin siyasi-iqtisadi inteqrasiya, kibertəhlükəsizlik və elmi-mədəni əlaqələrini yeni mərhələdə davam etdirəcək".
Lalə Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 505 Tarix: 14 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi
4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza
2 oktyabrYAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb
Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy
2 oktyabrBakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd
1 oktyabrMəktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı
Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey
2 oktyabrŞəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi
3 oktyabrBakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə
2 oktyabr