Düzgün şampunu necə seçməliyik? - DERMATOLOQDAN AÇIQLAMA
Şampun seçimi bir çox insan üçün sadəcə saçın təmizlənməsi məsələsi kimi görünsə də, istifadə olunan məhsul həm saçın, həm də baş dərisinin vəziyyətinə təsir göstərə bilər. Yağlı, quru, həssas və kəpəyə meyilli baş dərisinin ehtiyacları eyni olmadığı üçün bütün saç tiplərinə uyğun "universal" şampun seçimi düzgün yanaşma sayılmır. Dermatoloqlar da şampun seçərkən ilk növbədə saç və baş dərisinin xüsusiyyətlərinin nəzərə alınmasını tövsiyə edirlər. Digər tərəfdən, reklamda "saç tökülməsinə qarşı", "dərin təmizləyici", "nəmləndirici" və ya "təbii tərkibli" kimi təqdim olunan hər məhsul hər kəs üçün uyğun olmaya bilər.
Xüsusilə kəpək, qaşınma və ya saç tökülməsi kimi problemlər olduqda yalnız şampun dəyişməklə kifayətlənmək düzgün olmaya bilər. Bəs saç tipinə və baş dərisinin vəziyyətinə uyğun şampunu seçərkən hansı məqamlara diqqət etmək lazımdır?
Mövzu ilə bağlı dermatoloq Sənubər Rzayeva Sonxeber.az-a açıqlamasında bildirdi ki, şampun seçərkən ilk növbədə məhsulun reklamına deyil, saçın və baş dərisinin xüsusiyyətlərinə diqqət etmək lazımdır. Onun sözlərinə görə, yağlı baş dərisi olan şəxslərlə quru və həssas baş dərisinə sahib insanların eyni şampundan istifadə etməsi hər zaman düzgün nəticə vermir: "Məndə şampunun saç tipinə uyğun seçilməsini və əsasən baş dərisinə tətbiq edilməsini tövsiyə edirəm. Kəpək, qaşınma və baş dərisində qabıqlanma kimi problemlər olduqda isə adi şampunla kifayətlənmək doğru olmaya bilər. Belə hallarda tərkibində kəpəyə qarşı aktiv maddələr olan xüsusi şampunlardan istifadə lazım gələ bilər.
Lakin problem davam edərsə, səbəbi müəyyənləşdirmək üçün dermatoloqa müraciət etmək daha məqsədəuyğundur, çünki kəpək və qaşınma müxtəlif dəri xəstəlikləri ilə də əlaqəli ola bilər. Şampunu saçın bütün uzunluğuna sürtmək əvəzinə əsasən baş dərisini təmizləmək lazımdır. Saçın uzunluğunun həddindən artıq yuyulması quruluq və zədələnməni artıra bilər. Kondisionerin isə saçın tipindən asılı olaraq əsasən uclara və uzunluğa tətbiqi tövsiyə olunur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı