Metroda illərdir gözlənilən reallaşır: Xətlərin ayrılması nəyi dəyişəcək?- DETALLAR

Metroda illərdir gözlənilən reallaşır: Xətlərin ayrılması nəyi dəyişəcək?- DETALLARBakı metrosunda illərdir gözlənilən dəyişiklik artıq başlayıb. Bu gündən etibarən "28 May"-"Nizami" stansiyaları arasında qatarların hərəkəti dayandırılıb. "Yaşıl" və "Qırmızı" xətlərin ayrılması məqsədilə həyata keçirilən layihə çərçivəsində yeni tunellərin inşası nəzərdə tutulur və işlərin təxminən 11 ay davam edəcəyi planlaşdırılır.

Layihənin əsas hədəflərindən biri metroda sərnişin axınının daha düzgün tənzimlənməsi, qatarların hərəkət intervalının optimallaşdırılması və gələcəkdə xətlərin daha müstəqil fəaliyyət göstərməsidir.

Bəs xətlərin ayrılması Bakı metrosunda sərnişin sıxlığını real olaraq azalda biləcəkmi? Bakı metrosunda əsas problem xətlərin bir-birindən asılı işləməsidir, yoxsa stansiyaların və qatarların sayının sərnişin tələbatına nisbətən az olmasıdır?

Mövzu ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev Musavat.com-a danışıb. Ekspert bildirib ki, indiyədək metropolitendə intervalın aşağı salınmasına əsas maneələrdən biri qatarların "28 May" stansiyasında müxtəlif istiqamətlərə bölünməsi olub..

"Bakı Metropolitenindən istifadə edən hər kəs bilir: "Həzi Aslanov" istiqamətindən gələn qatarlar "28 May" stansiyasında bölünürdü. Biri "İçərişəhər"ə, digəri isə "Dərnəgül"ə gedirdi. Bu səbəbdən intervalı aşağı salmaq fiziki olaraq mümkün deyildi. "İçərişəhər"ə gedən qatar oradan dönüb geri qayıdır, gəlib "28 May"da yenidən "Dərnəgül"dən gələn qatarla eyni yola çıxırdı. Ona görə də onlar bir-birini gözləmək məcburiyyətində qalırdılar".

Yasin Mustafayevin sözlərinə görə, xətlərin ayrılmasından sonra hər bir xətt müstəqil fəaliyyət göstərəcək və qatarların hərəkət intervalını sərnişin tələbatına uyğun şəkildə azaltmaq mümkün olacaq:

"Həmin plana nəzər salanda görürük ki, bu xətlərdən bəziləri, məsələn, "yaşıl xətt" dairəvi olacaq. Yəni "yaşıl xətt" hazırda "Xətai"də dayanır və "Xətai"dən davam edərək "Həzi Aslanov"da keçid stansiyası yaradacaq, "Qaraçuxur"dan və digər stansiyalardan keçərək, "Koroğlu" metrosundan keçib gəlib yenidən "Dərnəgül"də öz yaşıl xəttinə birləşəcək və dairəvi hal alacaq.

Dairəvi xətt sərnişindaşımada, ümumiyyətlə, nəqliyyat baxımından çox effektivdir. Çünki nəqliyyat vasitəsi dayanmadan hərəkət edir və eyni zamanda biz getmək istədiyimiz stansiyaya həm irəliyə, həm də geriyə doğru gedə bilirik. Bu da sıxlığın azaldılmasına böyük effekt verir. Məsələn, baxırıq ki, irəliyə doğru çox sıxlıq var, biz geriyə doğru hərəkət edən qatara minərək gedə bilirik. Bu da təbii ki, xətlərin ayrılması ilə baş verəcək. Yəni xətlər ayrı-ayrılıqda işləyərkən bu imkan yaranacaq.

Sıxlığın tam aradan qaldırıla bilməməsində əsas səbəb intervalı aşağı sala bilməməyimizdir. İndi xətlər ayrıldıqdan sonra interval aşağı salınacaq".

Ekspert sərnişindaşıma imkanlarının artırılması üçün digər təkliflərin də olduğunu bildirib. Onun sözlərinə görə, hazırda stansiyalara 5 vaqon yerləşdiyi halda, gələcəkdə qatarların 6 vaqondan ibarət olması imkanına baxılır:

"Hazırda bizdə stansiyalara 5 vaqon yerləşir. Bunu 6 vaqona qədər artırmaq, yəni bir vaqon da əlavə edərək 6 vaqon etmək imkanımız olacaq. Bu zaman vaqonların yarısı, daha doğrusu, birinci və sonuncu vaqonun yarısı stansiyanın daxilində qalacaq və həmin vaqonların stansiya daxilində olan qapıları açılacaq.

Yəni belə bir planlama da var. Belə olsa, təxminən 20 faiz də oradan artım gözlənilir, intervalın optimallaşdırılması hesabına isə təxminən 40-50 faiz əlavə artım əldə etmək mümkün olacaq. Yəni pik vaxtlarda düşünürəm ki, təxminən 100 faiz əlavə sərnişin daşımaq mümkün olacaq.

Bu da qarşıya qoyulan plana, bizim planımıza uyğundur və biz buna getmək məcburiyyətindəyik. Ona görə də 10-11 ay çalışırıq ki, əziyyət çəksək də, son nəticəyə gedib çataq".

Onu da xatırladaq ki, hazırda metrostansiyalar arasındakı əlaqənin kəsilməsinin kompensasiya edilməsi məqsədilə dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marșrut fəaliyyət göstərir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 437   Tarix: 15 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü

2 oktyabr
.

Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI

Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab

3 oktyabr
.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr
.

Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər qadınların zorakılıq münasibətlərindən təhlükəsiz şəkildə çıxması məsələsini yenidən gündəmə gətirir. Təhdid və şiddət görən qadın üçün münasibətdən ayrılmaq qərarı bəzən ciddi təhlükə yarada bilər. Bəs qadın şiddət görmədə

2 oktyabr
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr
.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr