Sentyabrda yay geri qayıdacaq? - Hava ilə bağlı AÇIQLAMA
"Havanın əvvəlki illərlə müqayisədə daha tez sərinləşməsi və payız əhval-ruhiyyəsinin hiss olunması bir çox insanda yay havasının yenidən qayıdıb-qayıtmayacağı ilə bağlı suallar doğurur.
Meteoroloji qanunauyğunluqlara və uzunmüddətli iqlim proqnozlarına əsasən, sentyabr ayında havaların yenidən müəyyən qədər istiləşməsi və yay günlərini xatırladan isti fasilələrin müşahidə olunması ehtimalı yüksəkdir".
Bu fikirləri hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında səsləndirib. Dördpendirli pizza
Onun sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi və ölkədə hər il təkrarlanan müəyyən sinoptik proseslər sentyabr ayında qısamüddətli isti hava şəraitinin yaranmasına imkan verir:
"Adətən sentyabrın ikinci yarısında və ya oktyabrın əvvəllərində bir neçə gün, bəzən isə daha uzun müddət ərzində sərin hava şəraitindən sonra yenidən günəşli, sakit və mülayim-isti hava müşahidə olunur. Bu dövr xalq arasında qısamüddətli yay havasının qayıtması kimi qəbul edilir".
C.Hüseynov vurğulayıb ki, sentyabr ayında gecələr və səhərlər havanın nəzərəçarpacaq dərəcədə sərinləşməsinə baxmayaraq, günorta saatlarında günəş şüaları hələ də kifayət qədər güclü ola bilər.
"Bu səbəbdən bəzi günlərdə gündüz temperaturunun 28-33 dərəcəyədək yüksəlməsi mümkündür. Belə hava şəraiti yay istisini xatırladan isti və komfortlu günlərin yaşanmasına səbəb ola bilər.
Uzunmüddətli proqnozlara əsasən, sentyabr ayında orta temperaturun iqlim normasına yaxın olacağı gözlənilir. Bu isə o deməkdir ki, avqustun sonu və sentyabrın əvvəllərində müşahidə olunan erkən sərinlik ay ərzində havaların tamamilə payız xarakterinə keçəcəyi anlamına gəlmir.
Sentyabrda temperaturun yenidən yüksəldiyi, günəşli və mülayim-isti hava şəraitinin müşahidə olunduğu günlərin olması mümkündür".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 8385 Tarix: 16 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə
2 oktyabrXəbərdarlıq müddəti gözlənilmədən işçini işdən azad etmək qanunidir? - AÇIQLAMA
Ştat ixtisarı və ya işçilərin sayının azaldılması zamanı əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunması tələb olunur. Lakin bəzi hallarda işçinin razılığı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda bu müddət gözlənilmədən əmək müqaviləsin
2 oktyabr"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı
Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı
2 oktyabrAzərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI
Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab
3 oktyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabrDönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?
Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs
2 oktyabr