Məktəblərdə dərslərin başlama vaxtı dəyişir? - "08:00-dan daha gec…"
Azərbaycanda məktəblərdə dərslərin başlama saatının 08:00-dan daha gec vaxta keçirilməsi məsələsi gündəmə gətirilib. Belə ki, Konkret.az bununla bağlı yazı dərc edərək, xüsusilə yeniyetmələrin yuxu rejimi, dərsə diqqəti və təhsil nəticələri baxımından dərslərin daha gec başlamasının mümkün üstünlüklərini müzakirəyə çıxarıb.
Bəs Azərbaycanda məktəblərdə dərslərin başlama saatının daha gec vaxta keçirilməsi mümkündürmü? Bu, şagirdlərin təhsil nəticələrinə və ümumi rifahına necə təsir edə bilər?
Globalinfo.az-a danışan əməkdar müəllim, keçmiş deputat Sona Əliyeva deyib ki, bizim təhsil sisteminin özünəməxsus xüsusiyyətləri var:
"Bir çox məktəblər iki növbəli fəaliyyət göstərir. Əgər birinci növbənin başlanma vaxtı ənənəvi vaxtdan çox gec başlayarsa, ikinci növbənin dərsləri axşam saatlarına qədər uzana bilər. Bu isə xüsusilə qış aylarında şagirdlərin axşam vaxtları təhlükəsizliyi, yorğunluğu və ailələrin gündəlik planlaşdırılması baxımından əlavə çətinliklər yarada bilər. Digər tərəfdən, valideynlərin iş qrafiki, şəhərdaxili nəqliyyatın pik saatları, məktəbdənkənar hazırlıq kursları və digər məşğələlər də bu qərarın təsir edəcəyi vacib amillərdir. Ona görə də məsələyə kompleks təhsil idarəçiliyi və sosial planlaşdırma baxımından yanaşmaq lazımdır".
S.Əliyevanın fikrincə, bütün məktəblər üçün eyni qərar qəbul edilməli deyil:
"Daha məqsədəuyğun variant yaş xüsusiyyətlərini nəzərə alan diferensial modeldir. İbtidai sinif şagirdlərinin bioloji ritmi daha erkən oyanmağa uyğun olduğundan onların dərs saatlarının ciddi dəyişdirilməsinə ehtiyac olmaya bilər. Əsas diqqətin VIII-XI sinif şagirdlərinə yönəldilməsinin mümkünlüyüdür".
Sona Əliyeva bildirib ki, belə bir dəyişiklik ölkə üzrə birdən-birə tətbiq edilməməlidir:
"İlkin mərhələdə birnövbəli məktəblərdə pilot layihələr həyata keçirilməli, şagirdlərin davamiyyəti, akademik nəticələri, psixoloji vəziyyəti və valideyn məmnuniyyəti müvafiq elmi metodlarla qiymətləndirilməlidir. Əldə olunan nəticələr əsasında isə gələcək qərarlar qəbul olunmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2818 Tarix: 16 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə
2 oktyabrXəbərdarlıq müddəti gözlənilmədən işçini işdən azad etmək qanunidir? - AÇIQLAMA
Ştat ixtisarı və ya işçilərin sayının azaldılması zamanı əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunması tələb olunur. Lakin bəzi hallarda işçinin razılığı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda bu müddət gözlənilmədən əmək müqaviləsin
2 oktyabr"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı
Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı
2 oktyabrAzərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI
Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab
3 oktyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabrDönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?
Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs
2 oktyabr