"Təbiət bizə əmanətdir və və bu əmanəti gələcək nəsillərə necə çatdıracağımız bu gündən verdiyimiz qərarlardan asılıdır" - Ekoloq

"Təbiət bizə əmanətdir və və bu əmanəti gələcək nəsillərə necə çatdıracağımız bu gündən verdiyimiz qərarlardan asılıdır" - EkoloqTəbiət insanlığın ən böyük sərvətidir.Lakin ətraf mühitə göstərilən laqeyid münasibət,çirklənmə və yaşıllıqların azalması təbiətin tarazlığını getdikcə daha çox təhdid edir. Mütəxəssislər isə xəbərdarlıq edir ki,təbiəti qorumaq yalnız dövlət qurumlarının deyil,hər bir vətəndaşın məsuliyyətidir.

Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov problemin səbəbləri və mümkün həlli yollarından danışıb:

"Təmiz gələcək üçün bugün nə etməliyik? İlk öncə bəşəriyyət olaraq insanlar təbiətə münasibətini bir qədər dəyişməlidir. Biz ekoloqlar çalışırıq insanları xəbərdar edək ki, bizə verilən təmiz ətraf mühit özünü bərpaetmə funksiyasına da malikdir. Amma eyni zamanda biz özümüz də onu lap bərpa edilməz bir səviyyəyə gətirməməliyik. Ən azı öz fəaliyyətimiz və həyatımızdakı istehlakımızla biz ona hansısa təsir göstərəririksə, eyni zamanda həmin təsiri azalda biləcək və yaxud da onu aradan qaldıra biləcək tədbirlər də görməliyik. Yəni bu ümumilikdə bütün qitələrdə, bütün dünyada yaşayan insanlara aid olan bir məsələdir. Lokal səviyyədə də əlbəttə ki hər bir ölkə, hətta hər bir şəhər, icma və ya kənd hər biri ayrılıqda ətraf mühitlə bağlı gücü çatanı etməlidir. İlk öncə çalışmalıdır ki, ətraf mühiti çirkləndirməsin. Bura həm torpaq, həm su, həm hava, həm biomüxtəliflik aiddir"

Ekoloq təbiətin verdiyi siqnallara diqqət çəkərək bildirib ki, ona vurulan zərər nəticədə insanlara təsirsiz ötüşmür:
" Əslində təbiət susmur, çünki sussaydı iqlimdə bu proseslər baş verməzdi. Son illər gördüyümüz "iqlim dəyişikliyi" adlandırdığımız proseslər insanın da təbiətə göstərdiyi təsirin elə bil ki əks təsiridir. Təbiət bunu təəssüf ki, bəzən çox ağır formada cavablandırır. Məsələn, təbii fəlakətlərlə və yaxud da hətta radiaktiv çirklənmə ilə. Yəni biz təbiətin canlı olduğunu düşünmürük,düşünürük ki bu yer planetidir ,buna heç nə ola bilməz, amma o da həssasdır. Bizim göstərdiyimiz təsir nəticəsində o da öz əks təsirini göstərir.Deyək ki biz atmosfer havasını çirkləndiririksə, bu sonra iqlimdə müəyyən proseslərə səbəb olur. Bu proseslər də sonra daşqınlara və digər təbii fəlakətlərə, güclü küləklərə və yaxud da tufana səbəb olur. Əlbəttə ki ,biz ona laqeyid qaldıqca təhlükə böyüyə də bilər. Ona görə biz çalışmalıyıq ki, təhlükənin böyüməməsi üçün fərd olaraq hər birimiz tutduğumuz vəzifədən, gördüyümüz işdən asılı olaraq təbiətin qorunmasına töhfə verək. Ümumilikdə ətraf mühiti qorumaq o qədər də çətin deyil. Sadəcə hər birimiz öz məsuliyyətimizi dərk edək. Tullantıları müəyyən olunmuş yerlərə ataq, hara gəldi atmayaq, su ehtiyatından istifadə zamanı qənaət edək, suyu boş-boşuna axııtmayaq,torpağa münasibətdə həsas yanaşaq,torpağı çirkləndirməyək,ağacları,yaşıllıqları məhv etməyək . Çünki gündəlik aldığımız oksigenin mənbəyi onlardır. Bəzən düşünmürük, elə bilirik ki milyardlarla ağac var, "birini mən kəssəm nə olasıdır ki". Amma halbuki bir ağac bir insanın il ərzində aldığı oksigenin böyük hissəsini təmin edir. Meşələri yandırmayaq, meşə yanğınına səbəb ola biləcək hərəkətlər etməyək,piknikə gedəndə də özümüzdən sonra qaladığımız o ocağı tez söndürək və tam söndürək ki, sonra onu külək vurub, meşə tərəfə aparıb oradakı ağacları yandırmasın" .

Amin Məmmədov hesab edir ki,cəmiyyətin ekoloji maarifləndirilməsi və xüsusilə gənc nəslin bu istiqamətdə fəal iştirakı olduqca vacibdir.Təbiət bizə əmanətdir və və bu əmanəti gələcək nəsillərə necə çatdıracağımız bu gündən verdiyimiz qərarlardan asılıdır:

"Bundan başqa ətraf mühiti qorumaq üçün yeni nəsli maarifləndirərək yetişdirək. Yəni bunun dəyərli olduğunu böyütdüyümüz uşaqlara, yetişdirdiyimiz gənc nəsilə mütləq şəkildə çatdıraq. Müəllim də olsaq sıravi vətəndaş da olsaqç həmişə tərbiyə verək və öyrədək maarifləndirək. Maarifləndirsək əlbəttə ki,bütün buna nail ola bilərik. Gələcək nəsillər də artıq flora-fauna növlərini "Qırmızı kitab"da yox, canlı da görə bilsinlər"

Lalə Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 100   Tarix: 18 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İki məktəb direktoru işdən çıxarıldı

Bakıda iki məktəb direktoru vəzifədən azad olunub. Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, paytaxtın Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin direktor

17 avqust
.

Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsinin təqdim edilməsi: uğurlu xarici siyasət kursu və güclü diplomatiyanın g

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsinin təqdim edilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və ölkə rəhbərliyinin həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursunun diqqətçəkən nümunələrindən biri kimi qiymətləndiril

18 avqust
.

Azərbaycanın dünya birliyinə inteqrasiyası: çoxşaxəli diplomatiya və genişlənən əməkdaşlıq imkanları

Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişafının mühüm istiqamətlərindən biri dünya birliyinə inteqrasiyanın gücləndirilməsi, xarici ölkələrlə qarşılıqlı faydalı münasibətlərin qurulması və beynəlxalq təşkilatlarla əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsidir. Bu gün Azərbaycan regiona

18 avqust
.

Bu ərazilərdə torpaq qiymətləri BAHALAŞIR - AÇIQLAMA

Son illərdə Bakıya yaxın ərazilərdə və turizm potensialı yüksək regionlarda torpaq sahələrinə tələbin artması daşınmaz əmlak bazarında diqqət çəkən tendensiyalardan biridir. Xüsusilə yol, kommunal xidmətlər və turizm infrastrukturu layihələrinin genişlənməsi, fərdi yaşayış evlərinə marağın artması v

18 avqust
.

Kamilə Babayevaya ağır itki

Aparıcı Kamilə Babayevaya ağır itki üz verib. OLAY-a istinadən xəbər verir ki, aparıcının anası Münəvvər xanım vəfat edib. Allah rəhmət eləsin!

17 avqust
.

Yay tətilindən sonra məktəbə qayıdış: uşaqların sağlam və uğurlu adaptasiyası üçün nələrə diqqət edilməlidir?

Yay tətilinin başa çatması ilə minlərlə uşaq yenidən məktəb həyatına qayıtmağa hazırlaşır. Tətil uşaqlar üçün istirahət, əyləncə, ailə ilə daha çox vaxt keçirmək və gündəlik dərs rejimindən uzaqlaşmaq baxımından mühüm dövrdür. Lakin dərs ilinin başlanması ilə gündəlik həyatın ritmi yenidən dəyişir. Erkə

18 avqust
.

Əhalinin sayı açıqlandı

Azərbaycanda əhalinin sayı açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. İlin əvvəlindən ölkə əhalisinin sayı 11 099 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il iyul ayının 1-i vəziyyətinə 10 273 450 nəfərə çatıb. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşki

17 avqust
.

Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən üç Rusiya vətəndaşı beynəlxalq axtarışa verilib, aralarında nazir müşaviri də var

Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. xəbər veri

17 avqust
.

Baş nazirdən Müdafiə Nazirliyinin mülki işçilərinin əməkhaqqıları ilə bağlı QƏRAR

Nazirlər Kabineti tərəfindən Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində dövlət qulluqçusu olmayan mülki işçilərin əməyinin ödənilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərar "Azərbaycan Respublikasını

18 avqust