Qurban Qurbanov: "Qarabağ" çox vacib səfərə çıxacaq"
"Qarabağ" çox vacib səfərə çıxacaq.
Sonxeber.az report-a istinadən xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) ilə ilk matçından öncə Bakıda təşkil edilən mətbuat konfransında deyib.
Mütəxəssis qarşılaşmaya ciddi hazılaşdıqlarını bildirib:
"Çox vacib səfərə çıxırıq. Köhnə, tanış komandadır. İlk xoş xatirələrimiz həmin stadionda olub. İnanıram ki, qələbə qazanmaq üçün futbolçular əllərindən gələni edəcəklər. Sabah səhər məşqçimiz var. Komandanı hazırlamağa çalışacağıq. İnanıram ki, futbolçuların təcrübəsi özlərini idarə etməyə yetəcək".
O, komandanın çətin dönəmdən keçdiyini deyib:
"Həm insan, həm idmançı, həm də klub çətinliklərlə böyüyür. UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq istəyirik. Oyuna ciddi hazırlaşmışıq. Bundan da çətin dönəmlərdən keçmişik".
Qeyd edək ki, "Tvente" - "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 166 Tarix: 19 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Atletiko" dünya çempionu olmuş Kristian Romeronu heyətinə qatıb
İspaniyanın "Atletiko" klubu Argentina millisinin futbolçusu Kristian Romeronu heyətinə qatıb. "Report" xəbər verir ki, bu barədə Madrid təmsilçisi məlumat yayıb. 28 yaşlı müdafiəçi İngiltərə təmsilçisi "Tottenhem"dən transfer edilib. Xatırladaq ki, Kristian Romero 2022-c
15 avqust"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
"Xankəndi" Futbol Klubunun idarəetmə strukturunun daha da təkmilləşdirilməsi və klubun qarşıdakı inkişaf hədəflərinin daha səmərəli həyata keçirilməsi məqsədilə mühüm qərar qəbul edilib. bölgə təmsilçisinə istinadən xəbər verir ki, klubun Ümumi Yığıncağının qərarı ilə Müşahidə Şurası yaradılıb
12 avqustAFFA-da iki şöbənin rəhbəri vəzifəsindən uzaqlaşdırıldı
AFFA-da iki nəfər vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov vəzifəsindən göndərilib. Bundan başqa federasiyanın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov da qurumdan uzaqlaşdırılıb. AFFA-dan saytımıza verilən açıqlamada məluma
18 avqust"Barselona" Rodri üçün üçüncü təklifi göndəcək
"Barselona" İspaniya millisinin 30 yaşlı futbolçusu Rodri üçün İngiltərənin "Mançester Siti" klubuna üçüncü dəfə təklif göndərəcək. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. "Şəhərlilər" Kataloniya təmsilçisinin 50 və 60 milyon avro təkiflərini rəd
14 avqustNiklas Fyullkruq "Verder"ə qayıtmağa yaxındır
İngiltərənin "Vest Hem" klubunun hücumçusu Niklas Fyullkruq Almaniyanın "Verder" komandasına qayıtmağa yaxındır. xəbər verir ki, almaniyalı futbolçu yaxın vaxtlarda tibbi müayinədən keçəcək. Keçid icarə əsasında reallaşacaq. Təcrübəli forvard bu transfer üçün məvacibinin azaldılmasın
18 avqust"Karvan-Yevlax" İbrahim Əliyevi heyətinə qatıb
"Karvan-Yevlax" İbrahim Əliyevi heyətinə qatıb. Bu barədə -a Yevlax təmsilçisinin mətbuat xidmətindən bildirilib. 27 yaşlı hücumçu ilə 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzalanıb. Qeyd edək ki, İ.Əliyev ötən il "Şəfa" klubunun formasını geyinib
11 avqustİsti havada idman edənlərə xəbərdarlıq: Bu 5 səhvi etməyin
Yüksək temperatur idman zamanı performansa mənfi təsir göstərə bilər. Mütəxəssislər isti havalarda məşq edənləri bir sıra səhvlərdən uzaq durmağa çağırıb. xəbər verir ki, mütəxəssislər isti havalarda idman zamanı yol verilən 5 əsas səhvi açıqlayıb. 1. Qısa müddətdə həddindən artıq yüklənmək. Mütəxəssislə
11 avqust"Qarabağ"ın "Tvente" ilə matçlarının hakimləri açıqlandı
UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Tvente" matçlarının hakimləri bəlli olub. "Qafqazinfo" xəbər verir ki, Niderlandda keçiriləcək ilk qarşılaşmanı albaniyanlı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Yucin Caya olacaq. Ona həmyerlilər
14 avqust