2026-cı ildə ev almaq, yoxsa gözləmək? - AÇIQLAMA
Daşınmaz əmlak bazarında qiymətlərin son dövrdə artması ev almaq istəyənləri düşündürən əsas suallardan birini gündəmə gətirib: 2026-cı ildə mənzil almaq daha sərfəlidir, yoxsa qiymətlərin düşməsini gözləmək?
Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə Sonxeber.az -a açıqlama verib:
"Qiymətlərin müəyyən seqmentlərdə artmaqda davam etməsi daha real görünür. Amma burada çox mühüm fərq var: qiymət artımının davam etməsi ilə qiymətlərin sürətlə bahalaşması eyni şey deyil.
Bazar 2026-cı ildə daha seçici xarakter alır.
Məsələn, yaxşı lokasiyada, sənədləri tam, nəqliyyat və infrastruktur imkanları yüksək olan mənzillə, bazardan sadəcə "ucuzdur" deyə çıxarılan mənzil eyni sürətlə bahalaşmayacaq.
Bu baxımdan mən hesab edirəm ki, növbəti mərhələdə bazarın ümumi artımından daha çox, ayrı-ayrı əmlakların performansı ön plana çıxacaq.
Əsas problem mənzil qiyməti ilə əhalinin gəliri arasındakı nisbətdir.
Məsələn, kvadratmetr 5 faiz bahalaşa bilər. Amma ailənin gəliri həmin müddətdə 5 faiz artmırsa, vətəndaş üçün mənzil əvvəlkindən daha əlçatmaz olur.
Ona görə mənzil bazarının sağlamlığını yalnız "kvadratmetr neçə manatdır?" sualı ilə ölçmək düzgün deyil".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rəşid Mahmudovun evində partlayış baş verib?
Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
Güclü küləklə bağlı xəbərdarlıq
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Kadir İnanırın mirasının məbləği açıqlandı
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri