Evliliyi möhkəmləndirən üsul
Birlikdə idmanla məşğul olmaq evlilik münasibətlərini möhkəmləndirməyə kömək edir.
Axşam.az xəbər verir ki, bu qənaətə "Briqham Yanq Universitetinin alimləri gəlib. Tədqiqat zamanı təxminən 1,7 min gənc evli cütlüyün məlumatları araşdırılıb.
Alimlər fərdi məşqlərlə həyat yoldaşlarının birlikdə etdiyi fiziki aktivliyin münasibətlərə təsirini müqayisə ediblər. Məlum olub ki, hər iki halda münasibətlər daha sağlam olur. Lakin birlikdə idman edən cütlüklərdə ünsiyyətin daha yaxşı olduğu, münaqişələri daha sakit həll etdikləri və evlilikdə stress səviyyəsinin daha aşağı olduğu müşahidə edilib.
Xüsusilə gəzinti və yürüşlərin münasibətlərə müsbət təsir göstərdiyi müəyyənləşib. Tədqiqatçıların fikrincə, bunun səbəbi gəzinti zamanı tərəfdaşların bir-biri ilə söhbət etmək üçün daha çox imkan əldə etməsidir. Araşdırma iştirakçıları arasında ən geniş yayılmış birgə fiziki aktivlik növü də məhz gəzinti olub.
Professor Ceremi Yorgensonun sözlərinə görə, birlikdə məşq etmək cütlüklərə münaqişələri dinc şəkildə həll etməyə az da olsa, nəzərəçarpacaq dərəcədə kömək edir. Cütlüklər həmçinin bir-birlərini daha yaxşı dinlədiklərini və həyat yoldaşlarından daha çox dəstək hiss etdiklərini bildiriblər.
Bununla belə, alimlər birgə məşqləri münasibətlərdəki problemlərin universal həlli hesab etmirlər. Xüsusilə övlad böyüdən cütlüklər üçün birlikdə idmana vaxt ayırmaq çətin ola bilər.
Araşdırmaçılar hesab edirlər ki, müntəzəm fiziki aktivlik həyat yoldaşlarının birlikdə daha çox vaxt keçirməsinə və bir-biri ilə ünsiyyəti qorumasına kömək edən vasitələrdən biri ola bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 100 Tarix: 20 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Daş kimi bayat çörəyi 2 saniyədə təzə edən üsul
Evdə daş kimi sərtləşən bayat çörəkləri sırf yeyilmir deyə zibilə atırsınızsa, böyük israf edirsiniz. Su ilə sadəcə bir neçə saniyədə tətbiq edəcəyiniz o gizli toxunuş sərtləşmiş çörəkləri sobadan təzə çıxmış kimi edir. Kran suyunun altına tutub sobaya atın. xəbər verir ki, çörəyin qurumuş çöl qabığın
9 avqustHillari Klinton əri Bill Klintonun dəfn mərasimini planlaşdırır
Hillari Klinton artıq əri Bill Klintonun qarşıdan gələn anım mərasimini planlaşdırmağa başlayıb. -ın xarici mediaya isinadən məlumatına görə, ABŞ-ın keçmiş prezidenti avqustun 19-da 80 yaşını qeyd edib və mənbələr iddia edir ki, o, həmçinin 120 milyon dollar dəyərində vəsiyyətnaməsində dəyişiklik etməy
20 avqustBu il Günəş sonuncu dəfə tutulur
Bu ilin ikinci və son Günəş tutulması başlayıb. "Qafqazinfo" xəbər verir ki, təbiət hadisəsi tam Günəş tutulmasıdır. Bakı vaxtı ilə saat 23:57-də başa çatacaq tutulmanın maksimum fazası 21:46-da qeydə alınacaq. Ümumilikdə təxminən 5 saat davam edəcəyi gözlənilən proses zamanı Günəş diskini
12 avqustGünəş tutulmasının insan beyninə gözlənilməz təsiri bəlli oldu - MARAQLI FAKT
İnsan orqanizmi Günəş tutulmasına reaksiya vermək qabiliyyətinə malikdir, lakin bu mexanizmdən gələn məlumat heç də həmişə şüura gedib çatmır. -ın xəbərinə görə, bu barədə Moskva Dövlət Universitetinin professoru, Rusiya Elmlər Akademiyasının İ.M.Seçenov adına Təkamül Fiziologiyası və Biokimya İnstitutunu
20 avqustYüksək intellektli insanların 1 nömrəli hobbisi: Bu, şahmat deyil
İnsanlar çox ağıllı bir şəxsin boş axşamını necə keçirdiyini təsəvvür edərkən, adətən mürəkkəb fəaliyyətlər düşünürlər. Məsələn, şahmat taxtası və ya hansısa tapmaca. Bunun arxasında intellektin əzələ kimi işlədiyi və hobbilərin də onu məşq etdirmək üçün bir vasitə olduğu düşüncəsi dayanır. Qaynarinf
17 avqustTəyyarə bələdçiləri və pilotlarla bağlı narahatedici ARAŞDIRMA
Çoxsaylı peşə nümayəndələri arasında ionlaşdırıcı şüalanmanın təsiri ilə əlaqəli xərçəngdən ən yüksək ölüm riski təyyarə bələdçilərində müşahidə olunur. Siyahıda ikinci yerdə pilotlar qərarlaşıblar. Harvard Tibb Məktəbinin alimləri bu qənaətə gəliblər. xəbər verir ki, tədqiqatın nəticələri "JAM
19 avqustSupermarketlər sizi daha çox alış-verişə necə vadar edir? - 5 psixoloji tələ
Supermarketə yalnız çörək və süd almaq üçün girib, ehtiyac olmayan məhsullarla dolu paketlə çıxmaq çoxlarına tanışdır. Mütəxəssislər bildirirlər ki, bu, heç də həmişə təsadüfi deyil. xarici KİV-ə istinadən xəbər verir ki, mağazalarda məhsulların yerləşdirilməsi, endirim kampaniyaları, iri alış-veri
18 avqust