Azərbaycan-Özbəkistan münasibətləri siyasi etimaddan strateji və iqtisadi tərəfdaşlığa doğru inkişaf edir

Azərbaycan-Özbəkistan münasibətləri siyasi etimaddan strateji və iqtisadi tərəfdaşlığa doğru inkişaf edirAzərbaycan-Özbəkistan arasında tarixi dostluq və qardaşlıq əlaqələri bu gün siyasi, iqtisadi və strateji məzmunla tamamlanır. Yüksək siyasi etimad, qarşılıqlı səfərlərin intensivliyi və əməkdaşlığın hüquqi bazasının ardıcıl şəkildə genişləndirilməsi münasibətlərin mühüm əhəmiyyət daşıdığını göstərir. 2024-cü ildə Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması Azərbaycan və Özbəkistan arasında əlaqələrin əldə etdiyi səviyyənin mühüm siyasi göstəricisi olub.

İki ölkə qarşılıqlı ticarət dövriyyəsini 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırmağı qarşıya məqsəd qoyub. Eyni zamanda, 500 milyon dollar nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti birgə layihələrin maliyyələşdirilməsi üçün mühüm mexanizm yaradır.

Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan Regionlararası Forumunda yüzlərlə şirkətin iştirakı biznes dairələrinin əməkdaşlığa marağının kifayət qədər yüksək olduğunu göstərir. Tekstil, kənd təsərrüfatı, əczaçılıq, kimya sənayesi, elektrotexnika, tikinti materialları və digər sahələrdə birgə müəssisələrin yaradılması üçün real imkanlar var.
Xüsusilə Azərbaycan və Özbəkistan şirkətlərinin üçüncü ölkələrin bazarlarına hesablanan ortaq istehsal layihələrinə keçməsi iqtisadi münasibətlərə yeni dinamika verə bilər. Bu, iki ölkə arasında əməkdaşlığın yalnız qarşılıqlı ticarət çərçivəsində deyil, istehsal və ixrac kooperasiyası səviyyəsində də genişlənməsinə imkan yaradar.

Nəqliyyat və logistika Azərbaycan-Özbəkistan əməkdaşlığının strateji istiqamətlərindən birinə çevrilir. Özbəkistanın Mərkəzi Asiyanın böyük iqtisadi güclərindən biri olması və dünya okeanına birbaşa çıxışının olmaması alternativ və etibarlı nəqliyyat marşrutlarının əhəmiyyətini artırır. Azərbaycan bu baxımdan Özbəkistan üçün Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropa bazarlarına çıxış verən mühüm tərəfdaşdır. Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarının 2025-ci ildə 1,4 milyon tona çatması Orta Dəhlizin imkanlarından istifadənin getdikcə genişləndiyini göstərir. Azərbaycan ərazisində Özbəkistan məhsullarının emalı, qablaşdırılması və sonrakı mərhələdə Avropa bazarlarına ixracı üçün imkanların yaradılması hər iki tərəf üçün əlavə iqtisadi dəyər formalaşdıra bilər. Enerji sahəsində yaranan yeni əməkdaşlıq imkanları da xüsusi qeyd edilməlidir. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi istiqamətində formalaşan əməkdaşlıq gələcəkdə Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının Azərbaycan üzərindən Avropa bazarlarına çatdırılması üçün mühüm zəmin yarada bilər.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının yeni formatda genişlənməsi bütün bu proseslərə əlavə siyasi məzmun qazandırıb.

Azərbaycanın C5 formatına qoşulması Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin daha sistemli və institusional xarakter alması baxımından mühüm əhəmiyyət daşıyır. Bu çərçivədə Bakı və Daşkənd arasında mövcud yüksəksəviyyəli münasibətlər iki region arasında əməkdaşlığın dərinləşdirilməsində xüsusi rol oynaya bilər. Özbəkistanın Mərkəzi Asiyada artan siyasi və iqtisadi çəkisi, Azərbaycanın isə Cənubi Qafqazın əsas nəqliyyat və enerji layihələrində tutduğu lider mövqe bu iki ölkənin regional təşəbbüslərdə birgə fəaliyyət imkanlarını genişləndirir. Azərbaycan-Özbəkistan münasibətlərinin əsas perspektivlərindən biri artıq formalaşmış və tarixi köklərə malik siyasi və mənəvi yaxınlığın davamlı iqtisadi nəticələrlə daha da irəliləməsidir. Bu proseslər Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında daha güclü iqtisadi və siyasi körpünün formalaşmasına, Türk dünyası daxilində əlaqələrin praktik məzmununun genişlənməsinə və bütövlükdə regionun geoiqtisadi əhəmiyyətinin artmasına xidmət edəcək.

Təranə Tağıyeva - BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 90   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Müttəfiqlik münasibətlərindən əbədi dostluğa

23 avqust 2026-cı ildə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" imzalanıb. . Müqavilədə göstərilir ki, iki dövlət beynəlxalq hüququn hamılıqla tanınmı

25 avqust
.

Bakı və Daşkənd arasında müttəfiqlik yeni zirvəyə yüksəlib

Azərbaycan-Özbəkistan əlaqələrin təməlində siyasi konjonktura deyil, əsrlərin sınağından çıxmış tarixi, milli və mənəvi bağlılıq dayanır. Azərbaycan və Özbəkistan xalqlarını ortaq türk kökləri, dil və mədəniyyət yaxınlığı, eyni mənəvi dəyərlər və tarix boyu formalaşmış qarşılıqlı rəğbət birləşdirir

25 avqust
.

Şəhid anası da tələbə adını qazandı - Foto

Xəbər verdiyimiz kimi, ötən gün ali məktəbə daxil olanların siyahısı açıqlanıb. "Qafqazinfo"nun məlumatına görə, tələbə adı qazananlardan biri də Vətən müharibəsi şəhidi Xalid Hassanın anası Maya Quliyevadır. M.Quliyeva Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunub. O bundan öncə kolle

25 avqust
.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: dostluq və strateji tərəfdaşlıq daha da möhkəmlənir - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi yadda qalıb. Daşkənddə keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycan-Özbəkistan əlaqələrinin yeni mərhələyə yüksəldiyini nümayi

24 avqust
.

Azərbaycan və Özbəkistanın əməkdaşlığı Mərkəzi Asiya ilə Cənubi Qafqazı daha sıx birləşdirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana 2026-cı il avqustun 23-də başlayan dövlət səfəri yalnız ikitərəfli münasibətlərin gündəliyinin müzakirəsi ilə məhdudlaşmayan, daha geniş regional və geosiyasi məzmun daşıyan mühüm hadisə oldu. Prezidentin Daşkənddə mətbuata bəyanatınd

24 avqust
.

Azərbaycan-Özbəkistan münasibətləri: Müttəfiqlikdən geniş regional Strateji Tərəfdaşlığa

Son illərdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələri genişlənib. Bu da regionlar arasında yeni əməkdaşlıq modelinin formalaşmasına səbəb olub. Yeri gəlmişkən, Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə "C5"

25 avqust
.

Azərbaycan-Özbəkistan münasibətləri: Avrasiyada yeni güc mərkəzi

Azərbaycanın müstəqil xarici siyasətində Mərkəzi Asiya regionu ilə strateji əməkdaşlığın dərinləşdirilməsi xüsusi prioritet təşkil edir. Müasir dövrün mürəkkəb geosiyasi reallıqları fonunda Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri, xüsusən Özbəkistan arasında əlaqələri böyük əhəmiyyət kəsb edir. Kökl

25 avqust
.

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlığının inkişafı

"Azərbaycan Respublikasının müstəqillik illərində həyata keçirdiyi ardıcıl və məqsədyönlü xarici siyasət ölkənin dünya birliyində mövqeyinin möhkəmlənməsinə, region dövlətləri və aparıcı dünya ölkələri ilə qarşılıqlı faydalı münasibətlərin inkişafına, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişlənməsin

24 avqust
.

İnsanın yaşamağa gücü nə vaxt tükənir?

Bəlkə də insan həyatından deyil, çəkdiyi ağrılardan, susmaqdan, anlaşılmamaqdan və hər şeyi tək daşımaqdan yorulur. Bəzən insanın sadəcə bir az dayanmağa, nəfəs almağa və "mən də yoruldum" deməyə ehtiyacı olur. Həmin an insan beyni müxtəlif fikirlər burulğanında dolaşır. Hamıya "yaxşıyam"

24 avqust