Azərbaycan-Özbəkistan əməkdaşlığı ticarətdən investisiya və istehsal mərhələsinə keçir

Azərbaycan-Özbəkistan əməkdaşlığı ticarətdən investisiya və istehsal mərhələsinə keçirPrezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərinin iqtisadi məzmununu daha da dərinləşdirən mühüm mərhələdir.

Bu gün əməkdaşlıq artıq təkcə siyasi dialoqla məhdudlaşmır, investisiya, sənaye, nəqliyyat və logistika sahələrində konkret birgə layihələrlə möhkəmlənir: "Son illərdə ticarət dövriyyəsinin sürətlə artması bunun ən bariz göstəricisidir. 2025-ci ildə qarşılıqlı ticarət dövriyyəsi 795 milyon dollara çataraq əvvəlki illə müqayisədə üç dəfədən çox artıb, bu ilin ilk aylarında isə 33 faiz artaraq 144 milyon dollar təşkil edib. Bu dinamika göstərir ki, hər iki ölkənin iqtisadiyyatları bir-birini tamamlayan potensiala malikdir. Qarşılıqlı investisiyalar, sənaye kooperasiyası, Orta Dəhliz üzrə nəqliyyat imkanlarının genişlənməsi və biznes üçün yaradılan yeni mexanizmlər bu artımın əsas hərəkətverici qüvvələridir.
Azərbaycan və Özbəkistan Orta Dəhlizin əsas tərəfdaşlarıdır. Son illərdə Bakı-Tbilisi-Qars dəmir yolu üzrə konteyner daşımaları genişlənib, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Xəzər üzərindən Özbəkistan yüklərinin Azərbaycandan Avropaya çıxışı sürətlənib, 2025-ci ildə yük daşımaların həcmi 6,7 faiz artaraq 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstərici 675 min ton təşkil edib. Həmçinin Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında imzalanan yaşıl enerji əməkdaşlığı Xəzər vasitəsilə gələcəkdə yaşıl elektrik ixracı üçün strateji əsas yaradır. Bu, Türk dünyasını ilk dəfə enerji infrastrukturunda vahid platformada birləşdirən layihələrdən biridir.

Ən mühüm mexanizmlərdən biri 500 milyon dollar həcmində Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətidir. Şirkət sənaye, tekstil, kənd təsərrüfatı, tikinti materialları və logistika sahələrində birgə müəssisələri maliyyələşdirir və qarşılıqlı investisiyaların əsas alətinə çevrilib. Azərbaycanın Özbəkistandakı investisiyaları artıq ticarətdən daha geniş miqyas alıb və əsasən sənaye, energetika və tikinti sahələrini əhatə edir. Neft-qaz sektorunda əsas layihələrdən biri kimi SOCAR və "Özbəkneftqaz"ın Üstyurt bölgəsində 6 neft-qaz blokunun kəşfiyyatı və işlənməsi üzrə birgə həyata keçirdiyi layihəni göstərə bilərik. SOCAR layihənin operatorudur. Azərbaycan şirkətləri Özbəkistanda yaşayış, şəhərsalma və infrastruktur layihələrində iştiraklarını genişləndirir. Həmçinin "Sea Breeze Uzbekistan" Azərbaycanın özəl kapitalının Özbəkistana ən iri investisiya layihələrindən biridir. Layihə Çarvak gölü sahilində müasir turizm və yaşayış şəhərciyinin yaradılmasını nəzərdə tutur. İnvestisiya həcmi mərhələli şəkildə 5 milyard dollara qədər qiymətləndirilir və minlərlə yeni iş yeri yaradacaq. "Sea Breeze Uzbekistan" layihəsi göstərir ki, Azərbaycan-Özbəkistan əməkdaşlığı artıq yalnız ticarətlə məhdudlaşmır, qarşılıqlı birbaşa investisiyalar və turizm infrastrukturu sahəsində də strateji mərhələyə daxil olub.

Prezident İlham Əliyevin Özbəkistan səfəri yalnız ikitərəfli görüş deyil, Mərkəzi Asiya-Cənubi Qafqaz xəttində yeni strateji arxitekturanın möhkəmləndirilməsi kimi qiymətləndirilə bilər: "Bu səfərin əsas mesajı ondan ibarətdir ki, Azərbaycanın Mərkəzi Asiyaya çıxış qapısı, Özbəkistanın isə regionun ən böyük iqtisadi güclərindən biri kimi qarşılıqlı əlaqələrinin güclənməsidir. Geoiqtisadi baxımından iki ölkə arasında əməkdaşlıq artıq ticarətdən istehsal və investisiya mərhələsinə keçir. Orta Dəhliz üzrə yükdaşımalarının genişlənməsi, Bakı-Tbilisi-Qars xətti ilə Avropaya çıxış, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti, "Sea Breeze Uzbekistan" kimi iri özəl investisiya layihələri bu əməkdaşlığın bariz nümunəsidir. Bu model Azərbaycanı logistika mərkəzi, Özbəkistanı isə istehsal və xammal bazası kimi bir-birini tamamlayan iki etibarlı iqtisadi tərəfdaşa çevirir.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 61   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tarixi qardaşlıqdan strateji müttəfiqliyə

Azərbaycan və Özbəkistan münasibətləri son illərdə türk dünyasında ən sürətlə inkişaf edən və ən çoxşaxəli əməkdaşlıq modellərindən birinə çevrilib. Bu münasibətlərin təməlində yalnız müasir dövlətlərarası maraqlar deyil, əsrlər boyu formalaşmış tarixi, mədəni və mənəvi yaxınlıq dayanır. Bakı ilə Daşkən

25 avqust
.

Düzgün saxlanılmadıqda zəhərlənməyə səbəb ola bilər - XƏBƏRDARLIQ

Kəsilmiş qarpızın düzgün saxlanılmaması, xüsusilə isti havalarda bakteriyaların çoxalması və qida zəhərlənməsi riskini artıra bilər. Qarpız kəsildikdən sonra 4C və ya daha aşağı temperaturda soyuducuda saxlanılması tövsiyə olunur. Bəs, kəsilmiş qarpızın xarab olduğunu hansı əlamətlərdən müəyyən etmə

24 avqust
.

İmişlidə toyda qəfil ölən 25 yaşlı oğlanın FOTOSU

Toyda ölən gəncin fotosu ortaya çıxıb. -a istinadən dünyasını dəyişən Teymur Bayramlının fotosunu təqdim edir:. 12:14. İmişli rayonunda keçirilən toy mərasimində ölüm hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 23-ü saat 23 radələrində İmişli şəhəri Həsənoğlu küçəsind

24 avqust
.

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Bu il ali təhsil müəssisələrinə qəbul olunanların yarıdan çoxu ödənişli əsaslarla təhsil alacaq. "Qafqazinfo" xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin açıqladığı nəticələrə əsasən, ali məktəblərə qəbul olunan 58 947 nəfərdən 30 522-si ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb. Dövlə

24 avqust
.

Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən yeni geosiyasi xətt

Azərbaycan və Özbəkistan arasında münasibətlərin son illərdə sürətlə inkişaf etməsi yalnız ikitərəfli əlaqələrin genişlənməsi kimi qiymətləndirilməməlidir. Bu münasibətlər eyni zamanda Cənubi Qafqazla Mərkəzi Asiya arasında yeni siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin formalaşmasına təsir edən mühü

25 avqust
.

Bu avtobuslara sərnişinlər artıq iki qapıdan minəcək

"Elmlər Akademiyası" və "28 May" stansiyaları arasında fəaliyyət göstərən M1 nömrəli ekspres marşrutunda sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola biləcəklər. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, bununl

24 avqust
.

Dənizdə daha 2 nəfər batdı

Bakıda dənizdə iki nəfər boğularaq ölüb. -a istinadən xəbər verir ki, bu barədə mərhumların yaxınları sosial şəbəkədə məlumat paylaşıblar. Hadisənin avqustun 22-də paytaxtda dənizdə, nəzarətsiz ərazidə baş verdiyi bildirilib. Şəkinin Baş Layısqı kənd sakinləri olan 26 yaşlı İntiqam Məmmədov və 20 yaşl

24 avqust
.

Ötən həftə 1829,3 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə avqustun 17-dən 23-dək 41 tank əleyhinə mina, 98 piyada əleyhinə mina, 522 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. -ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləm

24 avqust
.

Azərbaycan-Özbəkistan əlaqələri yeni inkişaf mərhələsində

Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə sürətli inkişaf dinamikası ilə seçilərək, iki qardaş ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin daha da möhkəmlənməsinə mühüm zəmin yaradıb. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsind

25 avqust