Özbəkistanla yüksəksəviyyəli intensiv təmaslar effektiv nəticələr doğurur

Özbəkistanla yüksəksəviyyəli intensiv təmaslar effektiv nəticələr doğururPrezident İlham Əliyevin Özbəkistana avqustun 23-də başlayan dövlət səfəri son iki il ərzində Azərbaycan və Özbəkistan liderlərinin qarşılıqlı şəkildə reallaşdırdıqları sayca 3-cü dövlət səfəridir. 2024-cü ildə İlham Əliyev Daşkənddə, 2025-ci ildə Şavkat Mirziyoyev Bakıda dövlət səfərində olub. Belə yüksəksəviyyəli intensiv təmaslar iki ölkənin bir-birinə verdiyi xüsusi önəmin göstəricisidir.

Planlaşdırılan görüşlərin və tədbirlərin siyahısı göstərir ki, səfər iki ölkə arasındakı siyasi yaxınlığın praktik nəticələrə çevrilməsini hədəfləyir. Səfər proqramında Azərbaycan-Özbəkistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi, ticarət və investisiya əməkdaşlığının artırılması, nəqliyyat-tranzit imkanlarından birgə istifadə, regionlararası əlaqələrin inkişafına dair əsas müzakirə mövzuları var.

İki ölkə arasında əməkdaşlığın ən yüksək siyasi koordinasiya mexanizmi olan Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının növbəti iclasının keçirilməsi səfərin ən mühüm məqamlarından biridir. Bununla yanaşı, səfər çərçivəsində biznes və regionlararası əməkdaşlığa dair tədbirlərin keçirilməsi, yeni birgə layihələrin təqdim olunması və ikitərəfli sənədlərin imzalanması da xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə yanaşsaq, Daşkənd görüşləri iki ölkə arasında mövcud siyasi dialoqun konkret iqtisadi, institusional və regional əməkdaşlıq mexanizmləri ilə möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan və Özbəkistan arasında münasibətlərin son illərdə bu formada sıxlaşması deməyə əsas yaradır ki, tərəflər təkcə ənənəvi dostluq və tarixi-mədəni bağlılıq amillərinə əsaslanan əməkdaşlıqla kifayətlənmək niyyətində deyillər. Qarşılıqlı siyasi səfərlərin intensivliyi, yüksəksəviyyəli dialoqun davamlılığı və əməkdaşlıq üçün yaradılan yeni institusional mexanizmlər münasibətlərin daha sistemli və nəticəyönümlü mərhələyə qədəm qoyduğunu göstərir.
Keçirilən görüşlər və qəbul olunan qərarlar yalnız Azərbaycan-Özbəkistan əməkdaşlığının gələcək istiqamətlərini deyil, eyni zamanda, Cənubi Qafqazla Mərkəzi Asiya arasında formalaşan yeni siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığı məkanının perspektivlərini də müəyyənləşdirir. Bu baxımdan, iki ölkə arasındakı əlaqələrin inkişafı daha geniş regional inteqrasiya prosesinin mühüm tərkib hissəsinə çevrilir. Azərbaycan və Özbəkistanın siyasi iradəsi isə bu prosesin qarşıdakı dövrdə konkret layihələr və yeni əməkdaşlıq mexanizmləri ilə daha da sürətlənəcəyini göstərir.

Ələddin Bəşirov - tarixçi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 76   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan-Özbəkistan münasibətləri: Müttəfiqlikdən geniş regional Strateji Tərəfdaşlığa

Son illərdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələri genişlənib. Bu da regionlar arasında yeni əməkdaşlıq modelinin formalaşmasına səbəb olub. Yeri gəlmişkən, Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə "C5"

25 avqust
.

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlığının inkişafı

"Azərbaycan Respublikasının müstəqillik illərində həyata keçirdiyi ardıcıl və məqsədyönlü xarici siyasət ölkənin dünya birliyində mövqeyinin möhkəmlənməsinə, region dövlətləri və aparıcı dünya ölkələri ilə qarşılıqlı faydalı münasibətlərin inkişafına, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişlənməsin

24 avqust
.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ: dövlət səfərinin siyasi və strateji əhəmiyyəti

23 avqust 2026-cı il Azərbaycan-Özbəkistan münasibətlərinin tarixində mühüm siyasi və diplomatik hadisə kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin artıq ənənəvi dostluq və strateji tərəfdaşlı

25 avqust
.

Qəbul olunanlar bu vaxtadək qeydiyyatdan keçməlidir

"Qəbul olunanların ali təhsil müəssisələri üzrə qeydiyyatı yalnız portalı üzərindən həyata keçirilir". xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti "mygov" platformasında istifadəyə verilib. "Qeydiyyat avqustu

24 avqust
.

Azərbaycan-Özbəkistan: İkitərəfli əməkdaşlıqdan regional tərəfdaşlığa

Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Qarşılıqlı etimad və ortaq strateji maraqlar üzərində qurulan bu əlaqələr artıq sadəcə iki qardaş dövlət arasındakı ikitərəfli münasibətlər deyil, daha geniş regional əməkdaşlığın mühüm dayaqlarından bir

25 avqust
.

Yatmış vəziyyətdə öldürülübmüş - Evə pəncərə torundan girib...

Ağdamda baş verən qətlin təfərrüatı məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisəyə Eldəniz Qənbərovun həyat yoldaşının ər evindən küsərək ata evinə getməsi səbəb olub. Belə ki, E.Qənbərov həyat yoldaşını geri aparmaq üçün qayınatasının evinə gəlib. Lakin qadın onunla getməkdə

25 avqust
.

Azərbaycanla Özbəkistan arasındakı iqtisadi əlaqələr Orta Dəhlizin inkişafında mühüm yer tutur

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki dost və qardaş dövlət arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Xalqlarımızı ortaq tarix, zəngin mənəvi-mədəni dəyərlər və etnik köklər birləşdirir. Müasir dövrdə isə bu tarixi və mənəv

25 avqust
.

Bakı və Daşkənd arasında müttəfiqlik yeni zirvəyə yüksəlib

Azərbaycan-Özbəkistan əlaqələrin təməlində siyasi konjonktura deyil, əsrlərin sınağından çıxmış tarixi, milli və mənəvi bağlılıq dayanır. Azərbaycan və Özbəkistan xalqlarını ortaq türk kökləri, dil və mədəniyyət yaxınlığı, eyni mənəvi dəyərlər və tarix boyu formalaşmış qarşılıqlı rəğbət birləşdirir

25 avqust
.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri: Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23-24 avqust 2026-cı il tarixlərində Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi yadda qaldı. Səfər Azərbaycan-Özbəkistan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində daha d

24 avqust