Azərbaycan-Özbəkistan əlaqələri yeni inkişaf mərhələsində

Azərbaycan-Özbəkistan əlaqələri yeni inkişaf mərhələsindəAzərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə sürətli inkişaf dinamikası ilə seçilərək, iki qardaş ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin daha da möhkəmlənməsinə mühüm zəmin yaradıb. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər də bu münasibətlərin hazırkı yüksək səviyyəsini və gələcək perspektivlərini aydın şəkildə ortaya qoyur.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında siyasi dialoq ən yüksək səviyyədədir. Son beş ildə dövlət başçıları arasında həyata keçirilən qarşılıqlı səfərlər və müntəzəm təmaslar əlaqələrin dinamik inkişafına ciddi töhfə verib. Qarşılıqlı səfərlərin intensivliyi iki ölkə arasında münasibətlərin yalnız diplomatik müstəvidə deyil, həm də strateji əməkdaşlıq səviyyəsində möhkəmləndiyini göstərir.

Prezident İlham Əliyevin Özbəkistana səfərləri zamanı bu ölkənin əldə etdiyi sosial-iqtisadi nailiyyətlərə xüsusi diqqət yetirməsi də təsadüfi deyil. Müasir şəhərlərin salınması, iqtisadiyyatın şaxələndirilməsi, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, elm, təhsil, mədəniyyət və idmana göstərilən diqqət Özbəkistanın sürətli inkişafının əsas göstəricilərindəndir. Azərbaycan tərəfi bu uğurları yüksək qiymətləndirir və Özbəkistanın inkişaf modelinə, əldə etdiyi nəticələrə hörmətlə yanaşır.

İki ölkə arasındakı münasibətlərin mühüm xüsusiyyətlərindən biri dövlət başçıları arasında formalaşmış səmimi və qarşılıqlı etimada əsaslanan münasibətlərdir. Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev haqqında səsləndirdiyi yüksək fikirlər bu siyasi münasibətlərin şəxsi dostluq və qardaşlıq bağları ilə də möhkəmləndiyini nümayiş etdirir. Bu amil dövlətlərarası əlaqələrin daha da dərinləşdirilməsi üçün mühüm siyasi zəmin yaradır.

Azərbaycan və Özbəkistanın münasibətləri tarixi, milli və mədəni yaxınlığa əsaslanır. Hər iki xalqın ortaq türk kökləri, zəngin tarixi-mədəni irsi və mənəvi dəyərləri ölkələr arasında əlaqələrin təbii əsasını təşkil edir. Məhz bu ortaq dəyərlər siyasi iradə ilə birləşdikdə əməkdaşlığın bütün istiqamətlər üzrə genişlənməsi üçün əlverişli imkanlar yaranır.

Dövlət başçılarının qarşılıqlı səfərləri nəticəsində Azərbaycan-Özbəkistan münasibətlərinin müttəfiqlik xarakteri daha da möhkəmlənib. Bu, iki müstəqil, güclü və suveren dövlətin bir-birinin milli maraqlarına hörmət əsasında yaxın əməkdaşlıq qurduğunu göstərir. Müttəfiqlik münasibətləri siyasi dialoqun davamlılığını təmin etməklə yanaşı, iqtisadi, nəqliyyat, enerji, investisiya və humanitar sahələrdə yeni layihələrin həyata keçirilməsinə də imkan yaradır.
Xüsusilə nəqliyyat və logistika sahəsində Azərbaycan və Özbəkistanın əməkdaşlığı böyük perspektivlər vəd edir. Orta Dəhliz çərçivəsində iki ölkənin imkanlarının əlaqələndirilməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropa arasında ticarət əlaqələrinin genişləndirilməsinə mühüm töhfə verə bilər. Bu baxımdan Azərbaycan və Özbəkistan yalnız ikitərəfli əməkdaşlıqda deyil, daha geniş regional proseslərdə də bir-birini tamamlayan tərəfdaşlardır.

Mədəni-humanitar əlaqələr də Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biridir. Ədəbiyyat, incəsənət, təhsil, elm və digər sahələrdə qarşılıqlı layihələrin həyata keçirilməsi xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Tarixi və mədəni irsin qorunması və təbliği istiqamətində əməkdaşlıq isə gələcək nəsillər arasında qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə xidmət edir.

Ümumilikdə, Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycan-Özbəkistan münasibətlərinin strateji əhəmiyyətini bir daha təsdiqləyir. Qarşılıqlı etimad, siyasi iradə, tarixi-mədəni yaxınlıq və ortaq maraqlar iki ölkə arasında əməkdaşlığın möhkəm təməlini formalaşdırır.

Bu gün Azərbaycan və Özbəkistan münasibətləri sadəcə qonşu və dost dövlətlərin əməkdaşlığı deyil, ortaq dəyərlərə və qarşılıqlı maraqlara əsaslanan möhkəm müttəfiqlik nümunəsidir. Dövlət başçılarının siyasi iradəsi və xalqlar arasında mövcud olan qardaşlıq münasibətləri bu əlaqələrin gələcəkdə də yeni mərhələyə yüksələcəyinə əminlik yaradır.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 269   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021