Azərbaycan-Özbəkistan: İkitərəfli əməkdaşlıqdan regional tərəfdaşlığa

Azərbaycan-Özbəkistan: İkitərəfli əməkdaşlıqdan regional tərəfdaşlığaAzərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Qarşılıqlı etimad və ortaq strateji maraqlar üzərində qurulan bu əlaqələr artıq sadəcə iki qardaş dövlət arasındakı ikitərəfli münasibətlər deyil, daha geniş regional əməkdaşlığın mühüm dayaqlarından biri kimi çıxış edir. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfər Azərbaycan-Özbəkistan müttəfiqliyinin mövcud potensialının daha genişləndirilməsi və strateji tərəfdaşlığın yeni istiqamətlər üzrə dərinləşdirilməsi üçün mühüm siyasi imkan yaradır.

Azərbaycan və Özbəkistan arasında münasibətlərin təməlində ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərlə yanaşı, dövlətlərin strateji maraqlarının və gələcəyə baxışlarının üst-üstə düşməsi dayanır. Müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi isə bu əlaqələrə yeni siyasi məzmun qazandırıb. Hazırda iki ölkə arasında 220-yə yaxın sənədi əhatə edən geniş müqavilə-hüquq bazasının formalaşması əməkdaşlığın sistemli və çoxşaxəli xarakterini nümayiş etdirir. Bu baxımdan səfər çərçivəsində əldə olunacaq yeni razılaşmaların əhəmiyyəti yalnız mövcud hüquqi bazanın genişləndirilməsi ilə məhdudlaşmaycaq. Əsas məsələ siyasi iradənin konkret iqtisadi layihələrə, investisiyalara, birgə müəssisələrə və yeni əməkdaşlıq mexanizmlərinə çevrilməsidir. Xüsusilə sənaye, kənd təsərrüfatı, energetika, rəqəmsal texnologiyalar, turizm və digər sahələrdə birgə layihələrin genişləndirilməsi iki ölkənin iqtisadi potensialının daha səmərəli şəkildə birləşdirilməsinə imkan verəcək.

Azərbaycan və Özbəkistanın əməkdaşlığının mühüm xüsusiyyətlərindən biri də münasibətlərin ikitərəfli çərçivədən çıxaraq daha geniş regional əhəmiyyət kəsb etməsidir. Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biri kimi Şərqlə Qərbi birləşdirən strateji məkanlarda yerləşir. Bu coğrafi üstünlük iki ölkəni nəqliyyat, logistika və ticarət marşrutlarının inkişafında təbii tərəfdaşlara çevirir. Xüsusilə Orta Dəhlizin artan geosiyasi və iqtisadi əhəmiyyəti Azərbaycan-Özbəkistan əməkdaşlığı üçün yeni imkanlar açır. Bu əməkdaşlıq yalnız iki ölkənin iqtisadi maraqlarına deyil, bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Azərbaycan-Özbəkistan əməkdaşlığının regional əhəmiyyəti həm də türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsi baxımından xüsusi məna daşıyır.

Hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir. Bu əməkdaşlıq Türk dünyasının vahid iqtisadi və nəqliyyat məkanının formalaşdırılmasına, qarşılıqlı bağlılığın gücləndirilməsinə və beynəlxalq arenada ortaq maraqların daha fəal müdafiəsinə xidmət edir. Beləliklə, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin sadəcə növbəti diplomatik hadisəsi deyil, müttəfiqliyin praktiki nəticələrini daha da genişləndirəcək mühüm siyasi mərhələdir. Qarşıdakı dövrdə əsas vəzifə formalaşmış yüksək siyasi etimadı daha böyük iqtisadi nəticələrə, yeni sənaye və investisiya layihələrinə, geniş nəqliyyat-kommunikasiya imkanlarına və regionlararası əməkdaşlığın yeni modelinə çevirməkdir.

Türkan Cümşüdova - YAP üzvü


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 76   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan-Özbəkistan münasibətləri: Müttəfiqlikdən geniş regional Strateji Tərəfdaşlığa

Son illərdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələri genişlənib. Bu da regionlar arasında yeni əməkdaşlıq modelinin formalaşmasına səbəb olub. Yeri gəlmişkən, Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə "C5"

25 avqust
.

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlığının inkişafı

"Azərbaycan Respublikasının müstəqillik illərində həyata keçirdiyi ardıcıl və məqsədyönlü xarici siyasət ölkənin dünya birliyində mövqeyinin möhkəmlənməsinə, region dövlətləri və aparıcı dünya ölkələri ilə qarşılıqlı faydalı münasibətlərin inkişafına, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişlənməsin

24 avqust
.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ: dövlət səfərinin siyasi və strateji əhəmiyyəti

23 avqust 2026-cı il Azərbaycan-Özbəkistan münasibətlərinin tarixində mühüm siyasi və diplomatik hadisə kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin artıq ənənəvi dostluq və strateji tərəfdaşlı

25 avqust
.

Qəbul olunanlar bu vaxtadək qeydiyyatdan keçməlidir

"Qəbul olunanların ali təhsil müəssisələri üzrə qeydiyyatı yalnız portalı üzərindən həyata keçirilir". xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti "mygov" platformasında istifadəyə verilib. "Qeydiyyat avqustu

24 avqust
.

Azərbaycan-Özbəkistan: İkitərəfli əməkdaşlıqdan regional tərəfdaşlığa

Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Qarşılıqlı etimad və ortaq strateji maraqlar üzərində qurulan bu əlaqələr artıq sadəcə iki qardaş dövlət arasındakı ikitərəfli münasibətlər deyil, daha geniş regional əməkdaşlığın mühüm dayaqlarından bir

25 avqust
.

Yatmış vəziyyətdə öldürülübmüş - Evə pəncərə torundan girib...

Ağdamda baş verən qətlin təfərrüatı məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisəyə Eldəniz Qənbərovun həyat yoldaşının ər evindən küsərək ata evinə getməsi səbəb olub. Belə ki, E.Qənbərov həyat yoldaşını geri aparmaq üçün qayınatasının evinə gəlib. Lakin qadın onunla getməkdə

25 avqust
.

Azərbaycanla Özbəkistan arasındakı iqtisadi əlaqələr Orta Dəhlizin inkişafında mühüm yer tutur

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki dost və qardaş dövlət arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Xalqlarımızı ortaq tarix, zəngin mənəvi-mədəni dəyərlər və etnik köklər birləşdirir. Müasir dövrdə isə bu tarixi və mənəv

25 avqust
.

Bakı və Daşkənd arasında müttəfiqlik yeni zirvəyə yüksəlib

Azərbaycan-Özbəkistan əlaqələrin təməlində siyasi konjonktura deyil, əsrlərin sınağından çıxmış tarixi, milli və mənəvi bağlılıq dayanır. Azərbaycan və Özbəkistan xalqlarını ortaq türk kökləri, dil və mədəniyyət yaxınlığı, eyni mənəvi dəyərlər və tarix boyu formalaşmış qarşılıqlı rəğbət birləşdirir

25 avqust
.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri: Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23-24 avqust 2026-cı il tarixlərində Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi yadda qaldı. Səfər Azərbaycan-Özbəkistan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində daha d

24 avqust