Tarixi qardaşlıqdan strateji müttəfiqliyə

Tarixi qardaşlıqdan strateji müttəfiqliyəAzərbaycan və Özbəkistan münasibətləri son illərdə türk dünyasında ən sürətlə inkişaf edən və ən çoxşaxəli əməkdaşlıq modellərindən birinə çevrilib. Bu münasibətlərin təməlində yalnız müasir dövlətlərarası maraqlar deyil, əsrlər boyu formalaşmış tarixi, mədəni və mənəvi yaxınlıq dayanır. Bakı ilə Daşkənd arasında siyasi dialoqun intensivləşməsi, iqtisadi və nəqliyyat layihələrinin genişlənməsi, Qarabağın bərpasında Özbəkistanın iştirakı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi və nəhayət, münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi iki ölkənin gələcək perspektivlərinin kifayət qədər geniş olduğunu göstərir.

Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin 23-24 avqust 2026-cı il tarixlərində Özbəkistana dövlət səfəri xüsusi əhəmiyyət daşıyır. Səfər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə həyata keçirilir. Özbəkistan Prezidentinin rəsmi məlumatına görə, səfər çərçivəsində yüksək səviyyəli danışıqların, Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi, beynəlxalq və regional məsələlərin müzakirəsi, həmçinin yeni sənədlər paketinin imzalanması və bir sıra iqtisadi-humanitar layihələrin başlanması gözlənilir.

Azərbaycan və özbək xalqları arasındakı münasibətlərin kökləri müasir diplomatik əlaqələrdən çox-çox əvvələ gedib çıxır. Böyük İpək Yolunun əsas marşrutlarından biri məhz Azərbaycanı Mərkəzi Asiyanın qədim şəhərləri ilə birləşdirib. Bakı və Xəzər sahilləri ilə yanaşı, Buxara, Səmərqənd və Xivə kimi şəhərlər əsrlər boyu ticarət, elm və mədəniyyət mübadiləsinin mühüm mərkəzləri olub. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatlarında da xalqlarımız arasında tarixi ticarət və elmi əlaqələrin mövcudluğu, İçərişəhərdəki Buxara karvansarası kimi nümunələr qeyd olunur.
Bu tarixi yaxınlıq ortaq dil, mədəniyyət, adət-ənənələr, mənəvi dəyərlər və türk-islam sivilizasiyasının ümumi irsi ilə daha da möhkəmlənib. Ona görə də Azərbaycan-Özbəkistan münasibətlərini yalnız diplomatik və iqtisadi əlaqələr çərçivəsində qiymətləndirmək kifayət deyil. Burada xalqlar arasında formalaşmış xüsusi mənəvi bağlılıq da mühüm rol oynayır.

Müasir dövlətlərarası münasibətlərin hüquqi əsası isə 2 oktyabr 1995-ci ildə diplomatik əlaqələrin qurulması ilə yaradılıb. Azərbaycanın Özbəkistandakı səfirliyi 1996-cı ildə, Özbəkistanın Azərbaycandakı səfirliyi isə 1998-ci ildə fəaliyyətə başlayıb.

Müstəqilliyin ilk illərindən etibarən iki ölkənin liderləri arasında qarşılıqlı səfərlər münasibətlərin siyasi dayaqlarını möhkəmləndirib. 1996-cı ilin mayında Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfəri zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə də daxil olmaqla, mühüm sənədlər paketi imzalanıb. 1997-ci ilin iyununda isə Azərbaycan Prezidenti Heydər Əliyevin Özbəkistana rəsmi səfəri əlaqələrin daha da inkişafına mühüm impuls verib. Heydər Əliyev-İslam Kərimov münasibətləri Azərbaycan-Özbəkistan dostluğunun siyasi tarixində xüsusi yer tutur. Bu münasibətlər sonrakı dövrlərdə iki ölkənin liderləri arasında yaranan etimad mühitinin də əsasını qoyub. 2022-ci ildə Daşkənddə Heydər Əliyev meydanının açılması bu tarixi irsə verilən yüksək qiymətin simvolik ifadələrindən biri oldu.

Azərbaycan-Özbəkistan əlaqələrinin xüsusilə sürətlə inkişaf etdiyi dövr Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti kimi fəaliyyətə başlamasından sonra daha aydın nəzərə çarpır. İlham Əliyev və Şavkat Mirziyoyev arasında formalaşan şəxsi dostluq və qarşılıqlı etimad münasibətlərin praktiki məzmununun genişlənməsinə ciddi təsir göstərib.
Son illərdə prezidentlər arasında qarşılıqlı səfərlərin və görüşlərin intensivliyi diqqət çəkir. Azərbaycan Prezidentinin 2026-cı il avqustun 21-də Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə bildirildiyi kimi, son beş ildə iki ölkə liderləri səviyyəsində 15 qarşılıqlı səfər və çoxsaylı təmaslar həyata keçirilib. Prezident İlham Əliyev Azərbaycan-Özbəkistan münasibətlərinin hazırda ən yüksək mərhələyə - müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb.
2025-ci ildə Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətlərinin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün "Yol Xəritəsi"nin qəbul edilməsi də mühüm hadisə oldu. Beləliklə, siyasi bəyanatlar konkret fəaliyyət istiqamətləri ilə tamamlandı.

Azərbaycan-Özbəkistan münasibətlərinin emosional və mənəvi baxımdan ən mühüm istiqamətlərindən biri Özbəkistanın Qarabağın bərpasında iştirakı olub. Özbəkistan işğaldan azad edilmiş Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikintisini həyata keçirib. Məktəbin açılışı 23 avqust 2023-cü ildə Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə baş tutub.

2025-ci ildə isə Bakı ilə Daşkənd arasında bu mənəvi körpünün başqa bir simvolik ifadəsi ortaya çıxdı: Bakıda "Özbəkistan" parkının təməli qoyuldu. Beləliklə, Daşkənddə Heydər Əliyev meydanı və Bakıda "Özbəkistan" parkı iki xalqın qarşılıqlı ehtiramının şəhər məkanındakı simvollarına çevrilir.

Azərbaycan-Özbəkistan münasibətlərinin gələcəyində iqtisadiyyat və nəqliyyat xüsusi yer tutur. Prezident İlham Əliyevin 2026-cı il müsahibəsində açıqladığı məlumatlara görə, 2024-cü ildə Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi 252 milyon ABŞ dolları olub. 2025-ci ilin yanvar-sentyabr aylarında isə ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon dollara çatıb. Bundan başqa, 2023-cü ildə 500 milyon ABŞ dolları kapitalı nəzərdə tutan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılıb.

Sənaye kooperasiyası da sürətlə genişlənir. Xankəndidə Azərbaycan və Özbəkistanın birgə iştirakı ilə yaradılan tikiş fabriki iki ölkə arasında sənaye əməkdaşlığının simvolik nümunələrindəndir. Özbəkistan şirkətlərinin Azərbaycanda müxtəlif sahələrə sərmayə qoyması, Azərbaycan şirkətlərinin isə Özbəkistan bazarında fəallaşması qarşılıqlı iqtisadi maraqların genişləndiyini göstərir.

Nəqliyyat sahəsində isə əsas perspektiv Orta Dəhlizlə bağlıdır. Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Gürcüstan-Türkiyə və Avropa istiqamətində formalaşan bu marşrut Özbəkistanın dünya bazarlarına çıxış imkanlarını genişləndirir, Azərbaycanın isə Xəzər üzərindən Mərkəzi Asiya ilə Avropa arasında mühüm tranzit həlqə kimi rolunu gücləndirir.
2024-cü ildə Azərbaycanla Özbəkistan arasında tranzit daşımaların həcmi 1,3 milyon tondan çox olub və əvvəlki illə müqayisədə 18 faizdən artıq artım qeydə alınıb. Bu əməkdaşlıq yalnız yükdaşımalarla məhdudlaşmır. Dəmir yollarının, limanların, logistika mərkəzlərinin və rəqəmsal gömrük sistemlərinin inkişafı iki ölkənin iqtisadiyyatlarını daha sıx bağlaya bilər.

Avqustun 23-24-də baş tutan Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclası keçirilib.

Səfər çərçivəsində siyasi dialoqla yanaşı, iqtisadi, investisiya, sənaye, nəqliyyat, logistika və humanitar əməkdaşlığın yeni mərhələsi müzakirə edilib. Səfərin Bakının və Daşkəndin daha geniş regional gündəliyi baxımından da əhəmiyyəti var. Azərbaycan Cənubi Qafqazı Xəzər və Mərkəzi Asiya ilə birləşdirən əsas nəqliyyat və enerji qovşaqlarından biri kimi çıxış edir. Özbəkistan isə Mərkəzi Asiyanın ən böyük və strateji əhəmiyyətli dövlətlərindən biri olaraq bu coğrafiyanın iqtisadi potensialında mühüm rol oynayır. İki ölkənin əməkdaşlığının dərinləşməsi beləliklə yalnız ikitərəfli münasibətlərə deyil, Xəzər-Mərkəzi Asiya əlaqələrinin bütövlükdə inkişafına təsir göstərə bilər.

Tufan Məmmədov - iqtisadçı ekspert


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 74   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İki dövlət arasında formalaşan yeni əməkdaşlıq modeli qarşılıqlı etimada və davamlı inkişafa töhfə verəcək

Son illərdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərdə yüksək dinamika müşahidə olunur. Bu xüsusda, yüksəksəviyyəli qarşılıqlı səfərlər, əldə olunan razılaşmalar, müxtəlif istiqamətlərdə əməkdaşlığın genişlənməsi ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən birinin artıq dah

25 avqust
.

Azərbaycan-Özbəkistan: İkitərəfli əməkdaşlıqdan regional tərəfdaşlığa

Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Qarşılıqlı etimad və ortaq strateji maraqlar üzərində qurulan bu əlaqələr artıq sadəcə iki qardaş dövlət arasındakı ikitərəfli münasibətlər deyil, daha geniş regional əməkdaşlığın mühüm dayaqlarından bir

25 avqust
.

Azərbaycan-Özbəkistan müttəfiqliyi yeni məzmun qazanır

Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər üzərində formalaşıb. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasındakı qarşılıqlı etimad və səmimi dostluq münasibətləri dövlətlərarası əlaqələrin inkişafına güclü impuls verib. Nəticədə münasibətlər stratej

25 avqust
.

"Südü 15 qəpiyə satmaqdansa yerə tökürəm" - Fermerlər şikayətçidir-Video

Fermerlər istehsal etdikləri südün onlardan aşağı qiymətə alınmasından narazıdırlar. "Qafqazinfo"nun xəbərinə görə, şikayətçilərdən biri də Füzuli rayonundan olan təsərrüfat sahibi Emin Həsənlidir. Vətəndaşın sözlərinə görə, 3 litr südə cəmi 45 qəpik ödənilir, bu isə 1 litr üçün cəmi 15 qəpi

24 avqust
.

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlığının inkişafı

"Azərbaycan Respublikasının müstəqillik illərində həyata keçirdiyi ardıcıl və məqsədyönlü xarici siyasət ölkənin dünya birliyində mövqeyinin möhkəmlənməsinə, region dövlətləri və aparıcı dünya ölkələri ilə qarşılıqlı faydalı münasibətlərin inkişafına, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişlənməsin

24 avqust
.

Azərbaycan və Özbəkistan arasında münasibətlər daha da möhkəmlənir

Dövlətimizin xarici siyasətində tarixi, mədəni və strateji baxımdan yaxın olan regionlarla əlaqələrin yeni müstəviyə qaldırılması prioritet təşkil edir. Bu uğurlu xarici siyasət kursunda Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafı mühüm yer tutur. Regionun sürətlə inkişaf edən dövlətlərindən ola

25 avqust
.

Ötən həftə 1829,3 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə avqustun 17-dən 23-dək 41 tank əleyhinə mina, 98 piyada əleyhinə mina, 522 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. -ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləm

24 avqust
.

Bu avtobuslara sərnişinlər artıq iki qapıdan minəcək

"Elmlər Akademiyası" və "28 May" stansiyaları arasında fəaliyyət göstərən M1 nömrəli ekspres marşrutunda sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola biləcəklər. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, bununl

24 avqust
.

Bakının bəzi ərazilərində 1 gün su olmayacaq

Sabah saat 23.00-dan 26-sı gecə saatlarınadək Xətai rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, diametri 200 mm olan içməli su xəttinin diametri 600 mm olan magistra

24 avqust