Azərbaycan və Özbəkistan münasibətləri yeni tarixi mərhələyə yüksəlir

Azərbaycan və Özbəkistan münasibətləri yeni tarixi mərhələyə yüksəlirPrezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Bakı ilə Daşkənd arasında münasibətlərin artıq regionda strateji tərəfdaşlığın dinamik nümunələrindən birinə çevrildiyi övrə təsadüf edir. Son illərdə iki ölkə siyasi etimadı ardıcıl olaraq konkret layihələrə, iqtisadi əlaqələrin genişləndirilməsinə, nəqliyyat marşrutlarının inkişafına, humanitar təşəbbüslərə və regional əməkdaşlığın yeni formatlarının yaradılmasına çevirib.

Bu gün Azərbaycan və Özbəkistanı yalnız diplomatik münasibətlər deyil, daha geniş və dərin əlaqələr birləşdirir. Ortaq tarix, dil və mədəniyyət, dini və mənəvi yaxınlıq, adət-ənənələr xalqlarımız arasında münasibətlərin möhkəm təməlini təşkil edir. Bu tarixi və mənəvi baza son illərdə getdikcə daha praktik məzmun kəsb edən, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanan müasir münasibətlər modelinin formalaşmasına imkan yaradıb.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan-Özbəkistan münasibətlərinin formalaşmasında və inkişafında xüsusi rol oynayıb. Onun 1997-ci ildə Özbəkistana rəsmi səfəri ikitərəfli əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm mərhələ olub. Həmin il imzalanmış sənədlər iki ölkə arasında siyasi dialoqun və qarşılıqlı əməkdaşlığın möhkəm təməlini qoyub.

Prezident İlham Əliyevin avqustun 23-24-də Özbəkistana dövlət səfəri isə bu siyasətin davamı olmaqla, iki ölkə arasında müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi və demək olar ki, bütün sahələrdə əlaqələrin genişləndirilməsi baxımından mühüm mərhələ təşkil edir.

Səfər ərəfəsində Daşkənddə keçirilən Dördüncü Azərbaycan-Özbəkistan Regionlararası Forumu iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə mühüm təkan verdi. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığını ardıcıl şəkildə dərinləşdirir. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət görüşləri bu əməkdaşlığın inkişafı üçün əsas platformalardan birinə çevrilib. Bu baxımdan, Azərbaycan ilə Özbəkistan arasında tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir. İki ölkə Orta Asiya, Qafqaz və daha geniş Avrasiya məkanında yeni iqtisadi və nəqliyyat əlaqələrinin formalaşmasında mühüm rol oynayan tərəfdaşlara çevrilir.

İki ölkə arasında əməkdaşlığın digər mühüm platformalarından biri Türk Dövlətləri Təşkilatıdır. Azərbaycan və Özbəkistan TDT-ni dövlətlərarası əlaqələrin inkişafına xidmət edən mühüm mexanizm, eləcə də ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərin qorunub saxlanıldığı məkan kimi qiymətləndirirlər. Bu istiqamət Bakı və Daşkənd üçün xüsusi əhəmiyyət daşıyır.

Bu yaxınlaşmanın diqqətçəkən nəticələrindən biri iqtisadi əməkdaşlığın sürətlə genişlənməsi olub. Hazırda Azərbaycanda Özbəkistanın 130-dan çox şirkəti fəaliyyət göstərir. Özbəkistan müəssisələri, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrdə fəal iştirak edirlər.
Humanitar əməkdaşlıq da siyasi və iqtisadi əlaqələrlə paralel olaraq inkişaf edir. 2023 və 2025-ci illərdə Azərbaycanda Özbəkistan Mədəniyyət Günləri, 2024-cü ildə isə Özbəkistan Elm və Mədəniyyət Günləri keçirilib. Həmin il Özbəkistanın Xivə şəhərində Azərbaycan Mədəniyyət Günləri və "Şuşa günləri" təşkil olunub.
Təhsil sahəsində əlaqələr də genişlənməkdədir. Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın 176 vətəndaşı isə Özbəkistanda təhsil alıb. Özbəkistanın təşəbbüsü ilə Füzulidə inşa edilmiş Mirzə Uluqbəy adına məktəb bu əməkdaşlığın mühüm nümunələrindən biridir. Məktəb 960 şagird üçün nəzərdə tutulub və 40 sinif otağı, laboratoriyalar, IT otaqları, idman və akt zalları, kitabxana və yeməkxana ilə təchiz edilib. 2025/2026-cı tədris ilində burada 583 şagird təhsil alıb.

Vətəndaş cəmiyyəti sahəsində əməkdaşlıq da inkişaf edir. 2023-cü ildə Füzulidə, 2024-cü ildə isə Daşkənddə keçirilən Azərbaycan-Özbəkistan QHT forumlarından sonra 2026-cı ildə iki ölkə ilk dəfə qeyri-hökumət təşkilatları üçün birgə qrant müsabiqəsi elan edib. Müsabiqə çərçivəsində Azərbaycandan qalib seçilən layihələr Özbəkistanda, Özbəkistan QHT-lərinin qalib layihələri isə Azərbaycanda həyata keçiriləcək. Bu təşəbbüs insanlar, təşkilatlar, regionlar və peşəkar icmalar arasında geniş və birbaşa əlaqələr şəbəkəsinin formalaşmasına mühüm töhfə verir.
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri son onilliklər ərzində iki ölkə arasında münasibətlərin əhəmiyyətli dərəcədə inkişaf etdiyini bir daha nümayiş etdirir. Bu gün Azərbaycan və Özbəkistan arasında möhkəm siyasi təməl formalaşıb, birgə iqtisadi layihələr genişlənir, humanitar əlaqələr inkişaf edir və regional gələcəyə dair ortaq baxış mövcuddur. Bütün bu amillər sabitliyin, inkişafın və qarşılıqlı əlaqələrin əsas dayağına çevrilə biləcək vahid əməkdaşlıq sisteminin formalaşmasına zəmin yaradır.

Metin Hüseynov - siyasi sərhçi, politoloq


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 112   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və Özbəkistanın əməkdaşlığı Mərkəzi Asiya ilə Cənubi Qafqazı daha sıx birləşdirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana 2026-cı il avqustun 23-də başlayan dövlət səfəri yalnız ikitərəfli münasibətlərin gündəliyinin müzakirəsi ilə məhdudlaşmayan, daha geniş regional və geosiyasi məzmun daşıyan mühüm hadisə oldu. Prezidentin Daşkənddə mətbuata bəyanatınd

24 avqust
.

Qəbul olmayanlar üçün yeni şans - Tarix açıqlandı

Ali məktəblərə qəbul ola bilməyən abituriyentlər üçün vakant plan yerləri üzrə ixtisas seçiminin keçiriləcəyi tarix açıqlanıb. xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, vakant yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektro

24 avqust
.

Paytaxtda yenə axşam konsertləri təşkil edildi - Fotolar

Artıq üçüncü həftədir ki, Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə Xətai rayonundakı "Nizami Gəncəvi", Nərimanov rayonundakı yeni parkda, Yasamal rayonundakı Meşə, Nizami rayonundak

24 avqust
.

Azərbaycan-Özbəkistan yeni tarixi mərhələ: DOSTLUQDAN ƏBƏDİ TƏRƏFDAŞLIĞA

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında siyasi, iqtisadi, humanitar və strateji əməkdaşlığın yeni mərhələsinin əsasını qoydu.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 23-də Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkənin münasibətlərind

24 avqust
.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: əbədi dostluqdan strateji müttəfiqliyə doğru

23 avqust 2026-cı il dövlət səfərinin siyasi, diplomatik, iqtisadi və geosiyasi əhəmiyyəti. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfə

25 avqust
.

Yevlaxda yanacaqdoldurma məntəqəsində MAŞIN YANIB - VİDEO

Yevlaxda yanacaqdoldurma məntəqəsində baş verən yanğın söndürülüb. Bu məlumat -ın soğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib. Qeyd olunub ki, Nazirliyin "112" qaynar xəttinə Yevlax şəhəri ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxi

25 avqust
.

Azərbaycan-Özbəkistan münasibətləri: Müttəfiqlikdən geniş regional Strateji Tərəfdaşlığa

Son illərdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələri genişlənib. Bu da regionlar arasında yeni əməkdaşlıq modelinin formalaşmasına səbəb olub. Yeri gəlmişkən, Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə "C5"

25 avqust
.

Laçın Şəhəri Gününün əsas mahiyyəti Azərbaycan xalqının öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin yaratdığı tarixi qürurdur

26 avqust - Laçın Şəhəri Günü tarixi Zəfərin, milli iradənin, doğma torpaqlara qayıdışın rəmzi kimi Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur. Bu tarixi gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilmiş və Sərəncama əsasən, hə

25 avqust
.

Ötən həftə 1829,3 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə avqustun 17-dən 23-dək 41 tank əleyhinə mina, 98 piyada əleyhinə mina, 522 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. -ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləm

24 avqust