Yatmış vəziyyətdə öldürülübmüş - Evə pəncərə torundan girib...
Ağdamda baş verən qətlin təfərrüatı məlum olub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisəyə Eldəniz Qənbərovun həyat yoldaşının ər evindən küsərək ata evinə getməsi səbəb olub.
Belə ki, E.Qənbərov həyat yoldaşını geri aparmaq üçün qayınatasının evinə gəlib. Lakin qadın onunla getməkdən imtina edib. Bu zaman qayınatası Zakir Hüseynov kürəkəninə həyat yoldaşının bir neçə gün ata evində qalmasına razı olmağı və ara sakitləşdikdən sonra yenidən danışmağı təklif edib.
Məlumata görə, bundan əsəbiləşən Eldəniz Qənbərov gecə saatlarında yenidən qayınatasının evinə qayıdıb. O, pəncərənin qoruyucu torunu cıraraq evə daxil olub və yatmış vəziyyətdə olan qayınatasını bıçaqlayıb.
Hadisə nəticəsində 1969-cu il təvəllüdlü Zakir Hüseynov həyatını itirib. Qətldə şübhəli bilinən 1996-cı il təvəllüdlü Eldəniz Qənbərov saxlanılıb.
E.Qənbərovun daha əvvəl də arvadına qarşı zor tətbiq etdiyi və ona xəsarət yetirdiyi bildirilir.
Qeyd edək ki, Eldəniz Qənbərov və həyat yoldaşının nikahından 5 övladı var.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 157 Tarix: 25 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəbul olmayanlar üçün yeni şans - Tarix açıqlandı
Ali məktəblərə qəbul ola bilməyən abituriyentlər üçün vakant plan yerləri üzrə ixtisas seçiminin keçiriləcəyi tarix açıqlanıb. xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, vakant yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektro
24 avqustAzərbaycan və Özbəkistan arasında münasibətlər daha da möhkəmlənir
Dövlətimizin xarici siyasətində tarixi, mədəni və strateji baxımdan yaxın olan regionlarla əlaqələrin yeni müstəviyə qaldırılması prioritet təşkil edir. Bu uğurlu xarici siyasət kursunda Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafı mühüm yer tutur. Regionun sürətlə inkişaf edən dövlətlərindən ola
25 avqustAzərbaycan-Özbəkistan münasibətləri: Avrasiyada yeni güc mərkəzi
Azərbaycanın müstəqil xarici siyasətində Mərkəzi Asiya regionu ilə strateji əməkdaşlığın dərinləşdirilməsi xüsusi prioritet təşkil edir. Müasir dövrün mürəkkəb geosiyasi reallıqları fonunda Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri, xüsusən Özbəkistan arasında əlaqələri böyük əhəmiyyət kəsb edir. Kökl
25 avqustAzərbaycan və Özbəkistan münasibətləri yeni tarixi mərhələyə yüksəlir
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Bakı ilə Daşkənd arasında münasibətlərin artıq regionda strateji tərəfdaşlığın dinamik nümunələrindən birinə çevrildiyi övrə təsadüf edir. Son illərdə iki ölkə siyasi etimadı ardıcıl olaraq konkret layihələrə, iqtisadi əlaqələrin genişləndirilməsinə
25 avqustAli məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq
Bu il ali təhsil müəssisələrinə qəbul olunanların yarıdan çoxu ödənişli əsaslarla təhsil alacaq. "Qafqazinfo" xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin açıqladığı nəticələrə əsasən, ali məktəblərə qəbul olunan 58 947 nəfərdən 30 522-si ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb. Dövlə
24 avqustTarixi qardaşlıqdan strateji müttəfiqliyə
Azərbaycan və Özbəkistan münasibətləri son illərdə türk dünyasında ən sürətlə inkişaf edən və ən çoxşaxəli əməkdaşlıq modellərindən birinə çevrilib. Bu münasibətlərin təməlində yalnız müasir dövlətlərarası maraqlar deyil, əsrlər boyu formalaşmış tarixi, mədəni və mənəvi yaxınlıq dayanır. Bakı ilə Daşkən
25 avqustMüttəfiqlik münasibətlərindən əbədi dostluğa
23 avqust 2026-cı ildə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" imzalanıb. . Müqavilədə göstərilir ki, iki dövlət beynəlxalq hüququn hamılıqla tanınmı
25 avqust