Yetkinlik yaşına çatmayan şagird məsuliyyətə cəlb edilə bilər? - AÇIQLAMA
Məktəblərdə ciddi zorakılıq və ya qadağan olunmuş əşyaların gətirilməsi kimi ağır qayda pozuntuları zamanı məsələnin polisə bildirilməsi həm məktəbin, həm də hüquq-mühafizə orqanlarının təhlükəsizliyin təmin olunması və hüquq pozuntularının qarşısının alınması ilə bağlı vəzifələrindən irəli gəlir. Məktəb davranış qaydalarında da bu kimi əməllər çox ağır qayda pozuntuları sırasında göstərilir.
Bəs, şagirdin polisə bildirilməsi avtomatik olaraq onun hüquqi məsuliyyətə cəlb edilməsi deməkdirmi, yetkinlik yaşına çatmayanlarla bağlı hansı xüsusi hüquqi prosedurlar tətbiq olunur və belə hallarda uşağın hüquq və mənafeləri necə qorunmalıdır?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Elvin Əliyev bildirib ki, məktəbdə şagird tərəfindən ciddi zorakılıq, təhlükəli və ya qanunla qadağan olunmuş əşyaların gətirilməsi, xəsarət yetirilməsi və digər ağır hüquqpozma əlamətləri olan hərəkətlər törədildikdə məktəbin polisə məlumat verməsi hüquqi baxımdan mümkün və hadisənin xarakterindən asılı olaraq zəruri ola bilər.
"Bu, ilk növbədə baş verən hadisənin araşdırılması və məktəbdə təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır. Lakin məktəbin polisə məlumat verməsi yetkinlik yaşına çatmayan şagirdin avtomatik olaraq cinayət məsuliyyətinə cəlb edilməsi demək deyil. Polisə məlumat daxil olduqdan sonra hadisənin halları araşdırılır, əməlin cinayət və ya digər hüquqpozma olub-olmaması, həmçinin şagirdin yaşı müəyyən edilir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə ümumi qaydada cinayət məsuliyyəti 16 yaşdan başlayır, lakin qanunda sadalanan bir sıra ağır əməllərə görə məsuliyyət 14 yaşdan yarana bilər".
Vəkil bildirib ki, eyni zamanda, yetkinlik yaşına çatmayan şəxslərlə bağlı xüsusi hüquqi təminatlar mövcuddur:
"Cinayət-Prosessual Məcəlləyə əsasən, yetkinlik yaşına çatmayan şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarını qanuni nümayəndəsi həyata keçirir və belə şəxsin müdafiəçisi, yəni vəkilin iştirakı məcburidir. Buna görə məktəbin polisə müraciət etməsi uşağın əvvəlcədən "günahkar" elan edilməsi kimi qiymətləndirilə bilməz. Əsas məqsəd hadisənin obyektiv araşdırılması, zərərçəkənlərin və digər şagirdlərin təhlükəsizliyinin qorunması, eyni zamanda yetkinlik yaşına çatmayanın hüquqlarının qanun çərçivəsində təmin edilməsidir. Konkret hüquqi məsuliyyət məsələsi isə yalnız hadisənin bütün halları və uşağın yaşı nəzərə alınmaqla müəyyən edilə bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











153 sərnişin göydə qaldı - Hər iki pilot 28 dəqiqə yatdı
40° isti, yağış, şimşək - Sabahın havası
Bakının bəzi ərazilərində 1 gün su olmayacaq
Prezidentlə xanımını belə yola saldılar - Tarixi kadrlar
Bütün sosial ödənişlərin yekunlaşacağı TARİX AÇIQLANDI
Bu xəstəxanaya direktor təyin olundu
Dünənki yanğın qəsdən törədilibmiş - Hadisədən əvvəlki görüntülər
Bu şəxslərin pensiyası ilə bağlı yenilik ola bilər (VİDEO)
Axşam saat 6-dan sonra yemək sağlamlığa zərərlidir: Mif, yoxsa həqiqət?
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTO
İmişlidə toyda qəfil ölən 25 yaşlı oğlanın FOTOSU
Leyla Əliyeva Şavkat Mirziyoyevin qızları ilə - Foto
Karina Kapurun üçüncü övladı olacaq
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTO
"Südü 15 qəpiyə satmaqdansa yerə tökürəm" - Fermerlər şikayətçidir-Video