Yevlaxda yanacaqdoldurma məntəqəsində MAŞIN YANIB - VİDEO

Yevlaxda yanacaqdoldurma məntəqəsində MAŞIN YANIB - VİDEOYevlaxda yanacaqdoldurma məntəqəsində baş verən yanğın söndürülüb.

Bu məlumat Oxu.Az-ın soğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib.

Qeyd olunub ki, Nazirliyin "112" qaynar xəttinə Yevlax şəhəri ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanacaqdoldurma məntəqəsinin ərazisində "Toyota" markalı minik avtomobilində yanğın baş verdiyi və məntəqə ərazisinə yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən məntəqənin ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Avtomobilin yanar konstruksiyaları, yük hissəsinə yığılmış hər birinin tutumu 20 litr olan 8 ədəd yanacaqla dolu plastik və dəmir qab yanıb, məntəqədə bir ədəd pompanın idarəetmə lövhəsi deformasiya edib. Yanacaqdoldurma məntəqəsi və ətraf ərazilər yanğından mühafizə olunub", - deyə məlumatda bildirilir.

12:07

Yevlaxda yanacaqdoldurma məntəqəsində yanğın hadisəsi qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayılıb.

Məlumata görə, yanacaqdoldurma məntəqəsində "Toyota Corolla" markalı, 77-FE-478 dövlət nömrə nişanlı minik avtomobilində yanğın olub. Hadisənin maşına yanacaq vurulan zaman baş verdiyi və sürücünün xəsarət aldığı bildirilir.

Yanğın hadisəsi ilə bağlı aidiyyəti üzrə sorğu verilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 138   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tarixi qardaşlıqdan strateji müttəfiqliyə

Azərbaycan və Özbəkistan münasibətləri son illərdə türk dünyasında ən sürətlə inkişaf edən və ən çoxşaxəli əməkdaşlıq modellərindən birinə çevrilib. Bu münasibətlərin təməlində yalnız müasir dövlətlərarası maraqlar deyil, əsrlər boyu formalaşmış tarixi, mədəni və mənəvi yaxınlıq dayanır. Bakı ilə Daşkən

25 avqust
.

Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Bu axşam saat 20:45-də "Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunla əlaqədar Bakı Metropoliteninin iş rejimində dəyişiklik ediləcək. xəbər verir ki, bu barəd

25 avqust
.

Şəhid anası da tələbə adını qazandı - Foto

Xəbər verdiyimiz kimi, ötən gün ali məktəbə daxil olanların siyahısı açıqlanıb. "Qafqazinfo"nun məlumatına görə, tələbə adı qazananlardan biri də Vətən müharibəsi şəhidi Xalid Hassanın anası Maya Quliyevadır. M.Quliyeva Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunub. O bundan öncə kolle

25 avqust
.

İki dövlət arasında formalaşan yeni əməkdaşlıq modeli qarşılıqlı etimada və davamlı inkişafa töhfə verəcək

Son illərdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərdə yüksək dinamika müşahidə olunur. Bu xüsusda, yüksəksəviyyəli qarşılıqlı səfərlər, əldə olunan razılaşmalar, müxtəlif istiqamətlərdə əməkdaşlığın genişlənməsi ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən birinin artıq dah

25 avqust
.

Yetkinlik yaşına çatmayan şagird məsuliyyətə cəlb edilə bilər? - AÇIQLAMA

Məktəblərdə ciddi zorakılıq və ya qadağan olunmuş əşyaların gətirilməsi kimi ağır qayda pozuntuları zamanı məsələnin polisə bildirilməsi həm məktəbin, həm də hüquq-mühafizə orqanlarının təhlükəsizliyin təmin olunması və hüquq pozuntularının qarşısının alınması ilə bağlı vəzifələrindən irəli gəlir. Məktə

25 avqust
.

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlığının inkişafı

"Azərbaycan Respublikasının müstəqillik illərində həyata keçirdiyi ardıcıl və məqsədyönlü xarici siyasət ölkənin dünya birliyində mövqeyinin möhkəmlənməsinə, region dövlətləri və aparıcı dünya ölkələri ilə qarşılıqlı faydalı münasibətlərin inkişafına, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişlənməsin

24 avqust
.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri: Azərbaycan-Özbəkistan münasibətlərində yeni səhifə

Azərbaycan və Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətləri yeni mərhələyə qədəm qoyur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kim

24 avqust
.

Azərbaycan-Özbəkistan münasibətləri: Müttəfiqlikdən geniş regional Strateji Tərəfdaşlığa

Son illərdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələri genişlənib. Bu da regionlar arasında yeni əməkdaşlıq modelinin formalaşmasına səbəb olub. Yeri gəlmişkən, Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə "C5"

25 avqust
.

Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən yeni geosiyasi xətt

Azərbaycan və Özbəkistan arasında münasibətlərin son illərdə sürətlə inkişaf etməsi yalnız ikitərəfli əlaqələrin genişlənməsi kimi qiymətləndirilməməlidir. Bu münasibətlər eyni zamanda Cənubi Qafqazla Mərkəzi Asiya arasında yeni siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin formalaşmasına təsir edən mühü

25 avqust