Məleykə Abbaszadədən təsirli paylaşım

Məleykə Abbaszadədən təsirli paylaşım"Əziz birinci kurs tələbələri! Bu gün sizin həyatınızda mühüm bir mərhələ başa çatdı. İmtahanlar, nəticələri gözləmək, ixtisas seçimi və nəhayət, qəbul xəbəri... Siz artıq tələbə adını qazanmısınız. Hər birinizi ürəkdən təbrik edirəm!"

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə sosial media hesabında yazıb.

DİM sədri paylaşımında öz tələbəlik illərinə dair xatirələrini və tələbə adını yeni qazananlarla tövsiyələrini bölüşüb.

"Mən on yeddi yaşımda Moskvaya gedib Moskva Dövlət Universitetinin tələbəsi olduğum günləri çox yaxşı xatırlayıram. Məktəbdə ən yaxşı şagirdlərdən biri olmağa öyrəşmişdim. Orada isə ətrafımda ciddi seçimlərdən keçmiş gənclər var idi. İlk düşüncələrimdən biri belə idi: birdən burada ən güclülərdən biri mən olmasam? Birdən hər şey əvvəlki kimi əla alınmasa?

Bunun üzərinə tamamilə yeni həyat şəraiti də əlavə olunurdu. Yataqxana, tanımadığım şəhər, məişət qayğıları, pulumu və vaxtımı bölüşdürmək, evdə demək olar ki, hiss etmədiyim ən adi işləri özümün görmək məcburiyyəti və s. Ailəm və dostlarım üçün də darıxırdım. Eyni zamanda ilk gündən bizə çoxlu kitab, məqalə və material oxumaq tapşırılırdı. Artıq heç kim dərslərimi edib-etmədiyimi yoxlamırdı, heç kim nə vaxt oturub çalışmağın vaxtı olduğunu xatırlatmırdı.
O zaman öyrəndiyim vacib həqiqətlərdən biri bu idi: azadlıq məsuliyyətdən ayrılmazdır.

İndi sizin qarşınızda bizim tələbəlik illərimizdə olmayan çox böyük imkanlar var. Demək olar ki, bütün dünya kitabxanası telefonunuzdadır. Dünyanın ən yaxşı universitetlərinin mühazirələrini dinləyə, elmi məqalələri bir neçə saniyəyə tapa, süni intellektdən öyrənmək üçün istifadə edə bilərsiniz.

Amma bir şeyi unutmayın: texnologiya sizin yerinizə düşünməyə başlamamalıdır. Süni intellektdən istifadə edin, amma ən qiymətli qabiliyyətinizi - müstəqil düşünmək bacarığınızı ona verməyin.

Ətrafınızda sizdən daha güclü insanların olmasından qorxmayın. Universitetin ən böyük üstünlüklərindən biri məhz öyrənə biləcəyiniz insanların arasında olmaqdır. Sual verin. Bilmədiyinizi etiraf etməkdən çəkinməyin. Fikrinizi əsaslandırmağı, daha güclü arqumentlə qarşılaşanda isə onu dəyişməyi bacarın.

Səhv etməkdən də qorxmayın. Universitet illərini tamamilə səhvsiz keçirməyinizi arzulamazdım. İnsan yalnız uğurlarından öyrənmir. Əsas odur ki, səhvləriniz həyatınızı dağıtmasın, təcrübəyə çevrilsin.

Və həyatınızı daim başqalarının həyatı ilə müqayisə etməyin. Sosial şəbəkələr sizə insanların həyatının yalnız seçilmiş fraqmentlərini göstərir. Sizin əsas müqayisə nöqtəniz dünənki özünüz olsun.

Universitet illəri yalnız mühazirələr və dərsliklərdən ibarət olmamalıdır. Bu illərdə dostluq da, sevgi də, kitablar da, musiqi də, idman da, səyahətlər də, tələbə layihələri, könüllülük və ilk müstəqil qərarlar da olsun.

Diplom bir gün yalnız hansı ixtisası bitirdiyinizi təsdiq edəcək. Amma daha vacib sual budur: bu illər ərzində siz necə bir insan oldunuz?

Arzu edirəm ki, illər sonra tələbəlik dövrünüzə baxıb deyə biləsiniz: "Mən sadəcə təhsil almadım - düşünməyi, seçim etməyi, özümə cavabdeh olmağı və gələcəkdən qorxmamağı öyrəndim".

Tələbə adını qazanmağınız münasibətilə sizi bir daha təbrik edirəm. Yolunuz açıq və uğurlu olsun!"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 119   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Hadrut fatehi"nin xanımı da tələbə oldu

Xüsusi Təyinatlı Qüvvələrin qrup komandiri və baş giziri, Vətən müharibəsi şəhidi Camal İsmayılovun həyat yoldaşı Fatimə İsmayılova da tələbə adını qazanıb. Bu barədə "Qafqazinfo"ya şəhid xanımı özü məlumat verib. Fatimə İsmayılova Odlar Yurdu Universitetində "Turizm işinin təşkili"

25 avqust
.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: əbədi dostluqdan strateji müttəfiqliyə doğru

23 avqust 2026-cı il dövlət səfərinin siyasi, diplomatik, iqtisadi və geosiyasi əhəmiyyəti. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfə

25 avqust
.

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlığının inkişafı

"Azərbaycan Respublikasının müstəqillik illərində həyata keçirdiyi ardıcıl və məqsədyönlü xarici siyasət ölkənin dünya birliyində mövqeyinin möhkəmlənməsinə, region dövlətləri və aparıcı dünya ölkələri ilə qarşılıqlı faydalı münasibətlərin inkişafına, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişlənməsin

24 avqust
.

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Bu il ali təhsil müəssisələrinə qəbul olunanların yarıdan çoxu ödənişli əsaslarla təhsil alacaq. "Qafqazinfo" xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin açıqladığı nəticələrə əsasən, ali məktəblərə qəbul olunan 58 947 nəfərdən 30 522-si ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb. Dövlə

24 avqust
.

Məleykə Abbaszadədən təsirli paylaşım

"Əziz birinci kurs tələbələri! Bu gün sizin həyatınızda mühüm bir mərhələ başa çatdı. İmtahanlar, nəticələri gözləmək, ixtisas seçimi və nəhayət, qəbul xəbəri. Siz artıq tələbə adını qazanmısınız. Hər birinizi ürəkdən təbrik edirəm. "Qafqazinfo" xəbər verir ki, bu sözləri Dövlət İmtaha

25 avqust
.

Qəbul olmayanlar üçün yeni şans - Tarix açıqlandı

Ali məktəblərə qəbul ola bilməyən abituriyentlər üçün vakant plan yerləri üzrə ixtisas seçiminin keçiriləcəyi tarix açıqlanıb. xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, vakant yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektro

24 avqust
.

Yevlaxda yanacaqdoldurma məntəqəsində MAŞIN YANIB - VİDEO

Yevlaxda yanacaqdoldurma məntəqəsində baş verən yanğın söndürülüb. Bu məlumat -ın soğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib. Qeyd olunub ki, Nazirliyin "112" qaynar xəttinə Yevlax şəhəri ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxi

25 avqust
.

Bakının bəzi ərazilərində 1 gün su olmayacaq

Sabah saat 23.00-dan 26-sı gecə saatlarınadək Xətai rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, diametri 200 mm olan içməli su xəttinin diametri 600 mm olan magistra

24 avqust
.

Azərbaycan və Özbəkistanın əməkdaşlığı Mərkəzi Asiya ilə Cənubi Qafqazı daha sıx birləşdirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana 2026-cı il avqustun 23-də başlayan dövlət səfəri yalnız ikitərəfli münasibətlərin gündəliyinin müzakirəsi ilə məhdudlaşmayan, daha geniş regional və geosiyasi məzmun daşıyan mühüm hadisə oldu. Prezidentin Daşkənddə mətbuata bəyanatınd

24 avqust