AQTA: 158 kq uyğunsuz dondurma məhv edilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən dondurma məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi məqsədilə monitorinq keçirilib.
Bu barədə Sonxeber.az-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, monitorinq çərçivəsində 13 istehsalçıya məxsus 27 dondurma nümunəsi götürülərək laborator müayinələr aparılıb. Nəticələrə əsasən, istehsalçı - fiziki şəxs Qasımov Tahir Adil oğluna məxsus məhsul nümunəsində uyğunsuzluq müəyyən edilib. Belə ki, həmin dondurma emalı müəssisəsində istehsal olunan "Fantaziya" əmtəə nişanlı "Matroskin" südlü dondurmasından götürülən nümunədə E.Coli və Enterobacteriacea göstəriciləri üzrə mikrobioloji uyğunsuzluq müəyyən edilib. Həmçinin məhsulun etiketində kərə yağından istifadə olunduğu bəyan edilsə də, tərkibində bitki sterini aşkarlanıb.
Bununla əlaqədar, qanunvericiliyə uyğun inzibati tədbir görülüb, müəssisədə dondurma emalı dayandırılıb, uyğunsuzluq müəyyən edilmiş məhsul partiyasının satışının qadağan edilməsi, dövriyyədən çıxarılması və geri çağırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı qərar qəbul edilib.
Nəticədə ticarət şəbəkələrindən geri çağırılan 38,4 kq, müəssisənin anbarında olan 120 kq olmaqla, ümumilikdə 158,4 kq uyğunsuz dondurma məhsulu Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 136 Tarix: 25 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı və Daşkənd arasında müttəfiqlik yeni zirvəyə yüksəlib
Azərbaycan-Özbəkistan əlaqələrin təməlində siyasi konjonktura deyil, əsrlərin sınağından çıxmış tarixi, milli və mənəvi bağlılıq dayanır. Azərbaycan və Özbəkistan xalqlarını ortaq türk kökləri, dil və mədəniyyət yaxınlığı, eyni mənəvi dəyərlər və tarix boyu formalaşmış qarşılıqlı rəğbət birləşdirir
25 avqustYetkinlik yaşına çatmayan şagird məsuliyyətə cəlb edilə bilər? - AÇIQLAMA
Məktəblərdə ciddi zorakılıq və ya qadağan olunmuş əşyaların gətirilməsi kimi ağır qayda pozuntuları zamanı məsələnin polisə bildirilməsi həm məktəbin, həm də hüquq-mühafizə orqanlarının təhlükəsizliyin təmin olunması və hüquq pozuntularının qarşısının alınması ilə bağlı vəzifələrindən irəli gəlir. Məktə
25 avqustRasim Həsənovun azadlığa buraxılması qərarından protest verilib
Məhkəmə zalından azadlığa buraxılan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənov barəsində olan hökmdən apellyasiya protesti verilib. APA-ya istinadən xəbər verir ki, iş Bakı Apellyasiya Məhkəməsində araşdırılacaq. Məhkəmənin ilk baxış iclasının vaxtı məlum deyil
25 avqustLerikdə nasaz elektrik xətləri təhlükə saçır: Heyvanları cərəyan vurub
Lerik rayonunun Davradibi və Dico kəndlərində elektrik naqilləri və dirəklərin bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub. Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, elektrik xətlərindəki nasazlıqlar səbəbindən son iki il ərzində 5-6 iribuynuzlu mal-qara cərəya
25 avqustAzərbaycan-Özbəkistan müttəfiqliyi yeni məzmun qazanır
Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər üzərində formalaşıb. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasındakı qarşılıqlı etimad və səmimi dostluq münasibətləri dövlətlərarası əlaqələrin inkişafına güclü impuls verib. Nəticədə münasibətlər stratej
25 avqustAzərbaycan-Özbəkistan: İkitərəfli əməkdaşlıqdan regional tərəfdaşlığa
Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Qarşılıqlı etimad və ortaq strateji maraqlar üzərində qurulan bu əlaqələr artıq sadəcə iki qardaş dövlət arasındakı ikitərəfli münasibətlər deyil, daha geniş regional əməkdaşlığın mühüm dayaqlarından bir
25 avqustSabah hava necə olacaq?
Avqustun 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 isti, gündü
25 avqust