Azərbaycan üzgüçülüyünün institusional inkişafı davam edir
Sloveniya Üzgüçülük Assosiasiyasının keçmiş prezidenti ASF-də fəaliyyətə başlayıb
Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN), Milli Olimpiya Komitəsinin (MOK), eləcə də Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi proqramının dəstəyi ilə üzgüçülük təhsili və yerli mütəxəssislərin hazırlanmasına dair bir sıra istiqamətlərin inkişaf etdirilməsi məqsədi ilə Boro Ştrumbelj əməkdaşlığa cəlb olunub.
2019-2024-cü illərdə Sloveniya Üzgüçülük Assosiasiyasına rəhbərlik etmiş Boro Ştrumbeljin kurasiyası ilə məşqçi və hakimlərin sertifikasiyası və lisenziyalaşdırılması, Azərbaycan İdman Akademiyasında tədris prosesinin təkmilləşdirilməsi və "Üzməyi Öyrənək" layihəsinin inkişafı istiqamətində işlər aparılacaq.
Qeyd edək ki, Lyublyana Universitetinin İdman fakültəsinin dosenti olan Boro Ştrumbelj idman elmi, idman diaqnostikası, suda təhlükəsizlik və məşqçi hazırlığı sahələrində geniş təcrübəyə malikdir. O, Avropa Su İdmanı Federasiyasının "Üzməyi Öyrənək" Komissiyasının sədri və həmsədri kimi fəaliyyət göstərib, hazırda isə Sosial Məsuliyyət Komissiyasına rəhbərlik edir.
Beynəlxalq ekspert təcrübəsinin Azərbaycan üzgüçülüyünə cəlb olunması mütəxəssis hazırlığı sisteminin və bu idman növünün gələcək inkişafı naminə mühüm addımlardan biridir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 87 Tarix: 25 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, artıq 7727-yə göndərilən mesajlara cavab gəlməyə başlayıb. *. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub. Abituriyentlə
24 avqustYevlaxda yanacaqdoldurma məntəqəsində MAŞIN YANIB - VİDEO
Yevlaxda yanacaqdoldurma məntəqəsində baş verən yanğın söndürülüb. Bu məlumat -ın soğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib. Qeyd olunub ki, Nazirliyin "112" qaynar xəttinə Yevlax şəhəri ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxi
25 avqustCənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən yeni geosiyasi xətt
Azərbaycan və Özbəkistan arasında münasibətlərin son illərdə sürətlə inkişaf etməsi yalnız ikitərəfli əlaqələrin genişlənməsi kimi qiymətləndirilməməlidir. Bu münasibətlər eyni zamanda Cənubi Qafqazla Mərkəzi Asiya arasında yeni siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin formalaşmasına təsir edən mühü
25 avqustAzərbaycan və Özbəkistan arasında münasibətlər daha da möhkəmlənir
Dövlətimizin xarici siyasətində tarixi, mədəni və strateji baxımdan yaxın olan regionlarla əlaqələrin yeni müstəviyə qaldırılması prioritet təşkil edir. Bu uğurlu xarici siyasət kursunda Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafı mühüm yer tutur. Regionun sürətlə inkişaf edən dövlətlərindən ola
25 avqustQəbul olmayanlar üçün yeni şans - Tarix açıqlandı
Ali məktəblərə qəbul ola bilməyən abituriyentlər üçün vakant plan yerləri üzrə ixtisas seçiminin keçiriləcəyi tarix açıqlanıb. xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, vakant yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektro
24 avqust