"Qarabağ"ın zədəli futbolçularının durumu açıqlandı - Elvin əməliyyat olunacaq
"Qarabağ"ın zədəli futbolçularının son durumu açıqlanıb.
Bu barədə Qaynarinfo-ya klubdan məlumat verilib.
Pedro Bikalyonun zədəsi tam sağalıb. Yarımmüdafiəçi artıq komanda ilə məşqlərə qoşulub.
Renaldo Sefasın müalicəsi davam edir. Onun bərpa prosesində müsbət dinamika müşahidə olunur və "Tvente" ilə UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda heyətdə yer almaq ehtimalı var. Sefasın qarşılaşmada meydana çıxması ilə bağlı yekun qərar futbolçunun son vəziyyəti nəzərə alınmaqla veriləcək.
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən Elvin Cəfərquliyev əməliyyat olunacaq. Avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun klinik müayinəsi və maqnit-rezonans tomoqrafiyasının (MRT) nəticələrinə əsasən, sol budun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələnin (m. semitendinosus) distal vətərində zədələnmə müəyyən edilib.
İlkin mərhələdə konservativ müalicə və reabilitasiya tədbirləri həyata keçirilsə də, gözlənilən müsbət dinamika müşahidə olunmayıb. Avropalı mütəxəssislərlə aparılan əlavə konsultasiyalardan sonra futbolçunun cərrahi əməliyyat olunmasına qərar verilib.
İlkin proqnoza əsasən, Elvin Cəfərquliyevin tam bərpası və futbola qayıtması təxminən 3 ay çəkəcək. Bərpa müddəti reabilitasiya prosesinin gedişindən asılı olaraq dəyişə bilər.
Zakaria Savonun bərpa prosesi isə davam edir. Onun təxminən 3-5 həftə ərzində komandanın sərəncamında olması gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 218 Tarix: 25 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Gəncəbasar" klubu fəaliyyətini Gəncədə davam etdirəcək
Adını "Cəbrayıl"dan "Gəncəbasar"a dəyişən və rəhbərliyi yenilənən I Liqa təmsilçisi fəaliyyətini Gəncədə davam etdirəcək. Klubdan -a verilən məlumata görə, klubun yeni rəhbərliyində vaxtilə "Kəpəz"in İdarə Heyətinin sədri olmuş İlqar Nadiri və klubun keçmiş icraçı direktor
17 avqustQabriel Martinelli "Əl-Hilal"ın maraq dairəsinə düşüb
İngiltərənin "Arsenal" klubunun braziliyalı vingeri Qabriel Martinelli karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin cinah hücumçusu mövqeyi üçün hazırladığı 3 nəfərlik namizəd siyahısına braziliyal
20 avqustAzərbaycan klubları UEFA reytinqində rekordu yeniləyiblər
Azərbaycan klublarının UEFA reytinqində cari mövsüm təsnifat və pley-off mərhələləri üzrə topladığı əmsal 3,375-ə yüksəlib. xəbər verir ki, bu, "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında Niderlandın "Tvente" komandasını 1:0 hesabı ilə məğlub etməsi il
21 avqust"Qarabağ" "Tvente" ilə oyun üçün Niderlanda getdi (FOTO)
UEFA Konfrans Liqasında pley-off mərhələsində "Tvente" ilə qarşılaşacaq "Qarabağ" bu gün Niderlanda yola düşüb. Qaynarinfo xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat verilib. Qeyd edək ki, "Qarabağ" "Tvente" ilə avqustun 20-də səfərdə, 27-d
19 avqustƏsəbiləşib özünə xəsarət yetirən futbolçuya - AFFA-dan ağır cəza
Misli Premyer Liqasının I turunun "Sumqayıt" - "Neftçi" oyununda birbaşa qırmızı vərəqə alan "Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Təcavüzka
20 avqustCeff Bezos "Liverpul"un səhmlərini satın aldı
İngiltərənin "Liverpul" futbol klubunun əsas sahibi olan "Fenway Sports Group" (FSG) klubun səhmlərinin bir hissəsinin satılması ilə bağlı "1892 Holdings" şirkəti ilə razılaşma əldə edib. Şirkətin əsas investorlarından biri "Amazon"un təsisçisi Ceff Bezosdur. xəbə
16 avqustAzərbaycan badmintonçuları beynəlxalq turnirdə 17 medal qazanıblar
Azərbaycanın teniyetmə badmintonçuları Gürcüstanın Batumi şəhərində keçirilən "Batumi Cup Youth International 2026" beynəlxalq turnirində 3 yaş kateqroyiasında mükafatçılar sırasında yer alıblar. Bu barədə -a Azərbaycan Badminton Federasiyasından məlumat verilib. Azərbaycan, Türkiyə, İsrail
25 avqust"Roma" Rodriqu Moranı heyətinə qatdığını açıqlayıb
İtaliyanın "Roma" klubu Portuqaliyanın "Portu" komandasının hücumameyilli yarımmüdafiəçisi Rodriqu Moranı heyətinə qatıb. xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 19 yaşlı futbolçu komandada 86 nömrəli formanı geyinəcək. Qeyd edək ki, R.Mora "Portu"nu
19 avqust