Faizlə borc verən şəxslərə XƏBƏRDARLIQ: Hansı vergi məsuliyyəti gözləyir?

Faizlə borc verən şəxslərə XƏBƏRDARLIQ: Hansı vergi məsuliyyəti gözləyir?Fiziki şəxslər arasında faizlə borc münasibətləri müəyyən şərtlər daxilində mülki-hüquqi münasibət kimi rəsmiləşdirilə bilər. Mülki Məcəllə borc və kredit müqavilələrini tanıyır və müstəqil peşə fəaliyyəti formasında davamlı kredit vermə halında əlavə hüquqi tələblərin nəzərə alınmasını nəzərdə tutur.

Bəs, fiziki şəxsin faizlə borc verməsi hansı məqamdan etibarən sahibkarlıq və ya qanunsuz maliyyə fəaliyyəti sayıla bilər və bunu sistemli şəkildə həyata keçirən şəxsi hansı hüquqi və vergi məsuliyyəti gözləyə bilər?
Faizlə borc verən şəxslərə XƏBƏRDARLIQ: Hansı vergi məsuliyyəti gözləyir?Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Cavanşir Qasımzadə bildirib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən fiziki şəxsin başqa bir şəxsə faiz müqabilində borc verməsi prinsip etibarilə qanunla qadağan edilmir və adi mülki hüquqi münasibət sayılır.

"Belə münasibətlərin adi mülki xarakter daşıması üçün borcvermə təktərəfli, istisna və ya nadir hallarda baş verməli, tərəflərin müqavilə sərbəstliyi çərçivəsində rəsmiləşdirilməli və ictimai xarakter daşımamalıdır. Lakin Mülki Məcəllənin 740.10-cu maddəsinin tələblərinə görə, gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, eləcə də qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilərək dövriyyəyə buraxılması fəaliyyətin xarakterini dəyişir. Bu fəaliyyət müntəzəmlik, gəlir götürmək məqsədi və geniş şəxs dairəsini əhatə etmək əlamətləri qazandıqdan etibarən artıq sadə borc münasibəti deyil, qanunsuz sahibkarlıq və ya lisenziyasız maliyyə-kredit fəaliyyəti kimi qiymətləndirilir".

Vəkil bildirib ki, qanunvericiliyə görə, qeyri-məhdud şəxslərə sistemli şəkildə kredit verilərək faiz qazanılması yalnız Mərkəzi Bankın müvafiq lisenziyasına sahib olan banklar, bank olmayan kredit təşkilatları (BOKT) və ya lombardlar kimi xüsusi subyektlər tərəfindən həyata keçirilə bilər:

"Davamlı və sistemli şəkildə faizlə borc verən fiziki şəxsi bir neçə müstəvidə hüquqi məsuliyyət gözləyir. İnzibati müstəvidə, lisenziya və ya vergi qeydiyyatı olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, habelə əldə edilən faiz gəlirlərindən vergiləri bəyan etməməyə görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati cərimələr tətbiq olunur. Əgər bu fəaliyyət nəticəsində dövlətə vurulmuş ziyan və ya əldə edilmiş qanunsuz gəlir böyük məbləğ təşkil edərsə, şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci Qanunsuz sahibkarlıq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər. Bundan başqa, şəxs borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etdikdə, hakim müqavilənin mahiyyətini araşdıraraq onun qanunsuz maliyyə fəaliyyəti olduğunu müəyyən edərsə, iş üzrə xüsusi qərardad çıxararaq materialları hüquq-mühafizə orqanlarına göndərə bilər və qanunsuz fəaliyyətdən doğan faiz tələblərini rədd edib borcverənin yalnız əsas borc məbləğinə hüquqi iddia qaldırmasına şərait yarada bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 176   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Bu il ali təhsil müəssisələrinə qəbul olunanların yarıdan çoxu ödənişli əsaslarla təhsil alacaq. "Qafqazinfo" xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin açıqladığı nəticələrə əsasən, ali məktəblərə qəbul olunan 58 947 nəfərdən 30 522-si ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb. Dövlə

24 avqust
.

Qəbul olunanlar bu vaxtadək qeydiyyatdan keçməlidir

"Qəbul olunanların ali təhsil müəssisələri üzrə qeydiyyatı yalnız portalı üzərindən həyata keçirilir". xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti "mygov" platformasında istifadəyə verilib. "Qeydiyyat avqustu

24 avqust
.

Əkiz bacılar eyni ixtisasa qəbul olundu

Xaçmaz rayonunun Niyazabad kəndindən olan əkiz bacılar - Selcan və Nurcan Əkbərovalar ali məktəbə qəbul zamanı eyni ixtisası seçərək tələbə adını qazanıblar. AZƏRTAC-a istinadən xəbər verir ki, onlar 2015-ci ildə Niyazabad kənd tam orta məktəbinin birinci sinfinə gediblər. Təhsil müddətində eyni sinifd

25 avqust
.

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib. report-a istinadən xəbər verir ki, Xalq artisti ilə vida mərasimi Təzə Pir məscidində keçirilir. Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib

25 avqust
.

Müttəfiqlik münasibətlərindən əbədi dostluğa

23 avqust 2026-cı ildə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" imzalanıb. . Müqavilədə göstərilir ki, iki dövlət beynəlxalq hüququn hamılıqla tanınmı

25 avqust
.

Bu dondurmanın satışı qadağan edildi - Fotolar

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən dondurma məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi məqsədilə monitorinq keçirilib. "Qafqazinfo" xəbər verir ki, monitorinq çərçivəsində 13 istehsalçıya məxsus 27 dondurma nümunəsi götürülərə

25 avqust
.

Azərbaycan üzgüçülüyünün institusional inkişafı davam edir

Sloveniya Üzgüçülük Assosiasiyasının keçmiş prezidenti ASF-də fəaliyyətə başlayıb. Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN), Milli Olimpiya Komitəsinin (MOK), eləcə də Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi proqramının dəstəyi il

25 avqust
.

Qəbul olmayanlar üçün yeni şans - Tarix açıqlandı

Ali məktəblərə qəbul ola bilməyən abituriyentlər üçün vakant plan yerləri üzrə ixtisas seçiminin keçiriləcəyi tarix açıqlanıb. xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, vakant yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektro

24 avqust
.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: əbədi dostluqdan strateji müttəfiqliyə

23 avqust 2026-cı il Azərbaycan-Özbəkistan münasibətlərinin tarixində mühüm siyasi və diplomatik hadisə kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri yalnız iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun növbəti mərhələsi deyil, eyn

25 avqust