Bu dondurmanın satışı qadağan edildi - Fotolar
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən dondurma məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi məqsədilə monitorinq keçirilib.
"Qafqazinfo" xəbər verir ki, monitorinq çərçivəsində 13 istehsalçıya məxsus 27 dondurma nümunəsi götürülərək laborator müayinələr aparılıb.
Nəticələrə əsasən, istehsalçı - fiziki şəxs Qasımov Tahir Adil oğluna məxsus məhsul nümunəsində uyğunsuzluq müəyyən edilib. Belə ki, həmin dondurma emalı müəssisəsində istehsal olunan "Fantaziya" əmtəə nişanlı "Matroskin" südlü dondurmasından götürülən nümunədə E.Coli və Enterobacteriacea göstəriciləri üzrə mikrobioloji uyğunsuzluq müəyyən edilib. Həmçinin məhsulun etiketində kərə yağından istifadə olunduğu bəyan edilsə də, tərkibində bitki sterini aşkarlanıb.
Bununla əlaqədar, qanunvericiliyə uyğun inzibati tədbir görülüb, müəssisədə dondurma emalı dayandırılıb, uyğunsuzluq müəyyən edilmiş məhsul partiyasının satışının qadağan edilməsi, dövriyyədən çıxarılması və geri çağırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı qərar qəbul edilib.
Nəticədə ticarət şəbəkələrindən geri çağırılan 38,4 kq, müəssisənin anbarında olan 120 kq olmaqla, ümumilikdə 158,4 kq uyğunsuz dondurma məhsulu Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilib.





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 128 Tarix: 25 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tarixi qardaşlıqdan strateji müttəfiqliyə
Azərbaycan və Özbəkistan münasibətləri son illərdə türk dünyasında ən sürətlə inkişaf edən və ən çoxşaxəli əməkdaşlıq modellərindən birinə çevrilib. Bu münasibətlərin təməlində yalnız müasir dövlətlərarası maraqlar deyil, əsrlər boyu formalaşmış tarixi, mədəni və mənəvi yaxınlıq dayanır. Bakı ilə Daşkən
25 avqustÖzbəkistanla yüksəksəviyyəli intensiv təmaslar effektiv nəticələr doğurur
Prezident İlham Əliyevin Özbəkistana avqustun 23-də başlayan dövlət səfəri son iki il ərzində Azərbaycan və Özbəkistan liderlərinin qarşılıqlı şəkildə reallaşdırdıqları sayca 3-cü dövlət səfəridir. 2024-cü ildə İlham Əliyev Daşkənddə, 2025-ci ildə Şavkat Mirziyoyev Bakıda dövlət səfərində olub. Bel
25 avqustSabah hava necə olacaq?
Avqustun 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 isti, gündü
25 avqustYatmış vəziyyətdə öldürülübmüş - Evə pəncərə torundan girib...
Ağdamda baş verən qətlin təfərrüatı məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisəyə Eldəniz Qənbərovun həyat yoldaşının ər evindən küsərək ata evinə getməsi səbəb olub. Belə ki, E.Qənbərov həyat yoldaşını geri aparmaq üçün qayınatasının evinə gəlib. Lakin qadın onunla getməkdə
25 avqustBakı metrosunun iş rejimi dəyişdiriləcək
Bu axşam saat 20:45-də "Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunla əlaqədar Bakı Metropoliteninin iş rejimində dəyişiklik ediləcək. xəbər verir ki, bu barəd
25 avqustFaizlə borc verən şəxslərə XƏBƏRDARLIQ: Hansı vergi məsuliyyəti gözləyir?
Fiziki şəxslər arasında faizlə borc münasibətləri müəyyən şərtlər daxilində mülki-hüquqi münasibət kimi rəsmiləşdirilə bilər. Mülki Məcəllə borc və kredit müqavilələrini tanıyır və müstəqil peşə fəaliyyəti formasında davamlı kredit vermə halında əlavə hüquqi tələblərin nəzərə alınmasını nəzərdə tutur
25 avqustAzərbaycan-Özbəkistan müttəfiqliyi yeni məzmun qazanır
Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər üzərində formalaşıb. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasındakı qarşılıqlı etimad və səmimi dostluq münasibətləri dövlətlərarası əlaqələrin inkişafına güclü impuls verib. Nəticədə münasibətlər stratej
25 avqust