Ceyhun Aşurov: Turizm təkcə otel, restoran, qidalanma, hava limanı, təyyarə biletindən ibarət deyil

Ceyhun Aşurov: Turizm təkcə otel, restoran, qidalanma, hava limanı, təyyarə biletindən ibarət deyilTurizm müasir dövrdə ölkələrin iqtisadi və sosial inkişafında mühüm rol oynayan sahələrdən biridir. Təbii sərvətləri, tarixi-mədəni irsi və zəngin turizm potensialı olan ölkələr üçün bu sektor yeni iş yerlərinin yaradılması, regionların inkişafı, sahibkarlığın dəstəklənməsi və ölkəyə xarici valyuta axınının artırılması baxımından böyük əhəmiyyət daşıyır. Ölkəmizdə turizmin inkişafı iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi istiqamətində prioritet məsələlərdən biridir.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan "Skal Baku Turizm peşəkarları" təşkilatının sədri, turizm üzrə ekspert Ceyhun Aşurov vacib məqamlara toxunub:

"Turizmin məşğulluğun artırılmasında, gəlirlərin paylanmasında, regionların infrastrukturun inkişaf etdirilməsində rolu böyükdür. Çünki turizm təkcə otel, restoran, qidalanma, hava limanı, təyyarə biletindən ibarət deyil, o həmçinin bir neçə yan sahələri stimullaşdırır. İqtisadiyyatın digər sahələrini də stimullaşdırır və bu mənada regionların inkişafına da müsbət təsir göstərə bilir. Son dövrlər xüsusilə ekoturizm, kənd turizminin inkişafı, regionlarda infrastrukturun yaradılması ilə bağlı onu demək olar ki, bu insanların həm rayonlardan paytaxta köçünün qarşısını alır, eyni zamanda regionlarda iş yeri yaratmaqla ora investisiyaları cəlb edir"

Ekspert həmçinin ekoturizmin əhəmiyyətindən söz edib:

"Ekoturizm ekologiyanın qorunmasını nəzərdə tutan turizm növüdür və sırf təbiətdə, açıq havada, xüsusən sonrakı dövürdə daha da aktuallaşan bir turizm növüdür. Bu istiqamətdə də müxtəlif işlər görülür və kifayət qədər Azərbaycanın bunun inkişafı üçün rekreasiya resursları vardır. Əlavə olaraq qeyd edim ki, bu yaxınlarda 20 avqustda cənab Prezident turizmin inkişafı ilə bağlı 2026-2030-cu illər dövlət proqramını təsdiq etdi və burada da bir çox məsələlərə toxunuldu. Orada mərhələli şəkildə nəzərdə tutulan adddımların atılması turizmin inkişafına, turistlərin sayının artımına gətirib çıxara bilər"

Onun sözlərinə görə, 2030-cu ilə qədər turistlərin sayının təxminən 4 milyona çatdırılması gözlənilir. Ceyhun Aşurov eyni zamanda ölkəmizin daha çox turist qəbul etməsinə şərait yarada biləcək amillərdən danışıb:
"Əlbəttə,bunun üçün də atılacaq addımlar, kiçik və mikrosahibkarlığın dəstəklənməsi, karter reyslərinə subsidiyaların verilməsi, mütəmadi reyslər üçün subsidiyaların optimallaşdırılması proqramının olması, bu biletlərin daha əlçatan olması üçün müvafiq addımların atılması, eyni zamanda böyük tədbirlərin keçirilməsi ilə bağlı təşviqin olması, infrastrukturun yaradılması ilə bağlı, otel tikintisi ilə bağlı. Eyni zamanda tur operatorların xaricdən turist gətirən turizm şirkətlərinə müəyyən təşviqin olması- bütün bu kompleks adımlar gələcəkdə Azərbaycanın daha çox turist qəbul etməsinə şərait yarada bilər. Xüsusən də, orada beynəlxalq hava limanlarından Bakıdan başqa digər regional beynəlxalq hava limanlarından yararlanması, daha səmərəli istifadə olunması nəzərdə tutulmuşdur"
Lalə Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 77   Tarix: 26 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

BƏXTİYAR NƏCƏFOV: Xaricdə təhsil ölkənin insan kapitalına qoyulan çox mühüm investisiyadır

Xaricdə təhsil müasir dövrdə gənclərin dünyagörüşünün genişlənməsi, yeni bilik və bacarıqlar əldə etməsi baxımından mühüm imkanlardan biri hesab olunur. Eyni zamanda, xaricdə təhsil alan gənclərin əldə etdikləri bilik və təcrübəni ölkənin inkişafına yönəltməsi insan kapitalının gücləndirilməsi baxımında

26 avqust
.

Azərbaycan-Özbəkistan: İkitərəfli əməkdaşlıqdan regional tərəfdaşlığa

Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Qarşılıqlı etimad və ortaq strateji maraqlar üzərində qurulan bu əlaqələr artıq sadəcə iki qardaş dövlət arasındakı ikitərəfli münasibətlər deyil, daha geniş regional əməkdaşlığın mühüm dayaqlarından bir

25 avqust
.

Bakıda gecə klubunda yanğın OLUB - VİDEO

Bakının Nərimanov rayonunda gecə klubundakı yanğın söndürülüb. Bununla bağlı -a FHN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektin dam örtüyündə elektrik naqillərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb

25 avqust
.

İşini itirən vətəndaş kredit borcunu dondura bilər? - AÇIQLAMA

İşini itirən və gəlir mənbəyindən məhrum olan şəxslərin kredit ödənişlərini davam etdirməsi ciddi maliyyə çətinliyi yarada bilər. Mövcud qaydalar çərçivəsində işsiz qalmaq kredit ödənişlərinin avtomatik dayandırılması üçün ayrıca əsas kimi nəzərdə tutulmur. Bununla belə, borcalanın maliyyə çətinliy

26 avqust
.

Binəqədidə yanğın - 36 yaşlı kişi öldü

Bakı şəhərinin Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsində tikilidə yanğın baş verib. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınma

26 avqust
.

Azərbaycan üzgüçülüyünün institusional inkişafı davam edir

Sloveniya Üzgüçülük Assosiasiyasının keçmiş prezidenti ASF-də fəaliyyətə başlayıb. Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN), Milli Olimpiya Komitəsinin (MOK), eləcə də Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi proqramının dəstəyi il

25 avqust
.

610 bal topladı, universitetə qəbul olmadı

Ötən gün ölkədə minlərlə abituriyent tələbə adını qazanıb. Bəziləri arzuladığı ixtisasa qəbul olub, bəziləri isə gələn il yenidən şansını sınamaq qərarına gəlib. -a istinadən xəbər verir ki, belə şəxslərdən biri də H.G-dır. O, sosial şəbəkə hesabında 610,4 bal toplamasına baxmayaraq, heç bir universitet

26 avqust
.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Avqustun 26-da Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. xatırladır ki, Prezident İlham Əliyevin xanımı, Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində anadan olub. 1981-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərə

26 avqust
.

Polad Bülbüloğlu üçüncü dəfə evləndi - Fotolar

Uzun illər Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışmış, ölkəmizin Rusiyadakı keçmiş səfiri, Milli Məclisin 81 yaşlı deputatı Polad Bülbüloğlunun ailə həyatı ilə bağlı yeni məlumat yayılıb. "Qafqazinfo" -ya istinadən xəbər verir ki, 81 yaşlı Polad Bülbüloğlu 1997-ci ildə nikaha girdiy

25 avqust