Ən yaşlı və ən gənc tələbə onlar oldu

Ən yaşlı və ən gənc tələbə onlar olduAli təhsil müəssisələrinə builki qəbulun nəticələrinə əsasən, tələbə adını qazanan ən gənc abituriyentin 16 yaşı var. Məmmədli Gülşən Rəşad qızı 621,2 balla Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasına əyani təhsil forması üzrə dövlət sifarişi əsasında qəbul olunub.

"Qafqazinfo"nun məlumatına görə, Modern.az-a danışan G.Məmmədli bildirib ki, tibb sahəsinə marağı uşaqlıq illərindən yaranıb.

Əvvəllər pediatr olmaq istəsə də, zaman keçdikcə tibbin müxtəlif istiqamətləri ilə maraqlanmağa başlayıb və nəticədə Stomatologiya ixtisasını seçib: "Uşaqlıqdan həkim olmaq istəmişəm. Əvvəllər uşaq həkimi olmağı düşünürdüm. Böyüdükcə gördüm ki, tibbin çoxsaylı sahələri var və hər birinin özünəməxsus dərinliyi mövcuddur. Stomatologiya qismətim oldu. İndi bu imkanı dəyərləndirmək istəyirəm".

Ən gənc tələbə gələcəkdə təhsilini xaricdə davam etdirməyi də planlaşdırdığını qeyd edib: "Universiteti bitirdikdən sonra xaricdə özümü inkişaf etdirmək, daha sonra isə yenidən ölkəmə qayıtmaq istəyirəm".

Gülşən Məmmədli qəbul imtahanına hazırlıq prosesinin intensiv keçdiyini deyib. Onun sözlərinə görə, məktəb dərsləri ilə yanaşı, repetitor yanında da hazırlaşıb: "Günə görə dəyişirdi. Bəzən üç saat, bəzən beş-altı, hətta yeddi saat hazırlaşırdım. Səhər və axşam vaxt tapdıqca dərs oxuyurdum. Ümumilikdə gündə orta hesabla beş-altı saat hazırlığa vaxt ayırırdım".

Bakıda yaşayan Gülşən seçim zamanı Azərbaycan Tibb Universitetini də qeyd etdiyini, lakin qəbul nəticəsinə əsasən Naxçıvan Dövlət Universitetinin tələbəsi olduğunu bildirib. O, Naxçıvanda təhsil almaq qərarında ailəsinin dəstəyinin mühüm rol oynadığını vurğulayıb: "Əlbəttə, Azərbaycan Tibb Universitetini də seçimlərim arasında yazmışdım. Qismətimə Naxçıvan düşdü. Valideynlərim mənə çox dəstək olurlar. Mən də bu şansı əldən vermək istəmirəm. Əsas odur ki, seçdiyim ixtisas üzrə - stomatologiya sahəsində təhsil alacağam".

Azedu.az-ın məlumatına görə isə, builki ən yaşlı tələbə 58 yaşlı Hüseynov Elbrus İsmayıl oğludur.

O, subbakalavr kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kommunikasiya sistemləri mühəndisliyi ixtisasına əyani təhsil forması üzrə dövlət sifarişi əsasında qəbul olub.

E.Hüseynov qeyd edib ki, qrupun ən yaşlı tələbəsi olsa da, bunu problem kimi görmür və özünü gənclərin arasında gənc hiss edəcəyini düşünür: "Kollecdə mühəndislik üzrə təhsil almışam, qiymətlərim də yaxşı olub. Ondan sonra qərara gəldim ki, yenidən universitetə sənəd verim. Şükürlər olsun, qəbul oldum. Çalışacağam ki, həm işimə, həm də universitetdəki təhsilimə maneə yaratmadan təhsilimi başa vurum.

Azərbaycan Memarlıq və İnşaat Universitetində əyani təhsil alacağam. Qrupun ən yaşlı tələbəsiyəm, amma bunu heç bir problem kimi görmürəm. Özümü də həmin gənclərin içində gənc hesab edəcəyəm. Mənim ən böyük arzum həmişə tələbə olmaq idi. Lazım gələrsə, onlara köməklik göstərməyə də hazıram.

Oxumaq həvəsi məndə uşaqlıqdan olub. Atasız böyümüşəm. İmkansızlıqdan, düzdür, orta məktəbdə yaxşı oxumuşam, amma vaxtilə universitetin qapısını açmağa belə imkanım olmayıb. Amma uşaqlıqdan arzum olub ki, nəyin bahasına olursa-olsun, universitetə qəbul olum. O da bu ilə təsadüf etdi, şükürlər olsun.

Təhsilimi bitirdikdən sonra, Allah ömür versə, magistratura təhsilimi də başa vurmaq istəyirəm.

İnsan, birincisi, hər şeyə qadirdir. İkincisi də, həvəsdən düşmək lazım deyil. Görün, mən nə qədər çətinliklərlə qarşılaşmışam, atasız böyümüşəm... Bu qədər əzab-əziyyətin qarşısında qarşıma məqsəd qoymuşam ki, nə vaxtsa universitetə qəbul olacağam. İnsan qarşısına məqsəd qoyursa, tez və ya gec ona nail olmalıdır.

Ən yaşlı tələbə statusunda olmaq çox gözəl hissdir. Sevincimin həddi-hüdudu yoxdur, inanın. Nəvələrim bu xəbəri eşidəndə boynuma sarıldılar. Mənim üçün ən böyük xoşbəxtlik də nəvələrimin sevincini görmək oldu".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 521   Tarix: 26 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı Metropolitenində bu yeniliklər olacaq - AÇIQLAMA

Bakı Metropolitenində qatarlararası intervalın azaldılması sərnişin sıxlığının və stansiyalarda gözləmə müddətinin aşağı salınması baxımından mühüm addımdır. Hazırda Qırmızı xətt üzrə interval 2 dəqiqə 30 saniyəyə endirilib, Yaşıl xəttdə isə 3 dəqiqə 30 saniyə təşkil edir. Xətlərin ayrılması layihəsini

25 avqust
.

Qarayara xəstəliyi ilə bağlı TƏHLÜKƏ: Ət alarkən DİQQƏTLİ OLUN

Qarayara xəstəliyinin heyvanlar arasında yayılması ət və digər heyvan mənşəli məhsulların təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Xüsusilə xəstə və ya qəfil ölmüş heyvanların ətinin qida kimi istifadə edilməsi insan sağlamlığı üçün ciddi risk yarada bilər. Bu baxımdan kəsim məntəqələrind

26 avqust
.

Güzəştli ipoteka kreditlərindən kimlər yararlana bilər? - AÇIQLAMA

Azərbaycanda mənzil sahibi olmaq istəyən vətəndaşlar üçün dövlət tərəfindən bir sıra maliyyə mexanizmləri tətbiq olunur. İpoteka kreditləri, güzəştli ipoteka və satmaq öhdəliyi ilə kirayə modeli müəyyən kateqoriyalara aid vətəndaşların mənzil əldə etməsini asanlaşdırır. Bəs bu imkanlardan kimlər yararlan

26 avqust
.

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib. report-a istinadən xəbər verir ki, Xalq artisti ilə vida mərasimi Təzə Pir məscidində keçirilir. Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib

25 avqust
.

Mehriban İsayevaya doğum günü münasibətilə: Uşaq sağlamlığının keşiyində dayanan fədakar həkimə səmimi təbriklər

Nizami Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının baş həkimi Mehriban xanım İsayevaya doğum günü münasibətilə səmimi təbriklərimizi çatdırırıq!. Səhiyyə sahəsi insan həyatına birbaşa toxunan, böyük məsuliyyət, fədakarlıq və peşəkarlıq tələb edən ən şərəfli fəaliyyət istiqamətlərindən biridir. Xüsusil

26 avqust
.

Bu şəhid övladları tələbə oldular - Adlar

Bu il ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanan şəhid övladlarının adları açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb. Onların siyahısını təqdim edirik:. 1. Şəhid Baş çavuş Rəhimov Ruslanın övlad

25 avqust
.

Yetkinlik yaşına çatmayan şagird məsuliyyətə cəlb edilə bilər? - AÇIQLAMA

Məktəblərdə ciddi zorakılıq və ya qadağan olunmuş əşyaların gətirilməsi kimi ağır qayda pozuntuları zamanı məsələnin polisə bildirilməsi həm məktəbin, həm də hüquq-mühafizə orqanlarının təhlükəsizliyin təmin olunması və hüquq pozuntularının qarşısının alınması ilə bağlı vəzifələrindən irəli gəlir. Məktə

25 avqust
.

Lerikdə nasaz elektrik xətləri təhlükə saçır: Heyvanları cərəyan vurub

Lerik rayonunun Davradibi və Dico kəndlərində elektrik naqilləri və dirəklərin bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub. Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, elektrik xətlərindəki nasazlıqlar səbəbindən son iki il ərzində 5-6 iribuynuzlu mal-qara cərəya

25 avqust
.

Beş aylıq hamilə qadın öldü: Kim günahkardır? - VİDEO

Avqustun 20-də Tovuz rayon sakini, 24 yaşlı Lalə Quliyeva beş aylıq hamiləliyini sonlandırdıqdan sonra güclü qanaxmadan həyatını itirib. TƏBİB-in məlumatına görə, qadın Sabunçu Tibb Mərkəzinə ölü vəziyyətdə gətirilib. Lakin abortun hansı tibb müəssisəsində və kim tərəfindən aparıldığı açıqlanmayıb. Qey

26 avqust