Gənclər niyə problemləri həll etmək yerinə ayrılmağı seçir? - AÇIQLAMA

Gənclər niyə problemləri həll etmək yerinə ayrılmağı seçir? - AÇIQLAMASon illərdə gənclər arasında münasibətlərin daha qısa müddət davam etməsi və tərəflərin problemlə qarşılaşdıqda münasibəti davam etdirmək əvəzinə ayrılmağa üstünlük verməsi diqqət çəkir.

Bəzi hallarda münasibətlərin tez başlaması və eyni sürətlə bitməsi emosional bağların qurulmasına imkan vermir.

Bəs gənclərin münasibətlərdə daha səbirsiz olması və ayrılıq qərarını daha asan verməsi hansı psixoloji amillərlə bağlıdır?

Psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:

"Gənclər arasında münasibətlərin daha qısa müddətli olmasının bir neçə psixoloji səbəbi ola bilər. Burada söhbət bütün gənclərin eyni davranışından getmir. Lakin müasir həyat tərzi, sosial medianın yaratdığı münasibət modeli, yüksək gözləntilər və emosional çətinliklərə dözümlülüyün azalması bu prosesə təsir edən amillər sırasındadır.

Əvvəla, sosial şəbəkələr insanlarda münasibətlərlə bağlı müəyyən ideal təsəvvür yaradır. İnsanlar internetdə əsasən münasibətlərin xoş və romantik tərəflərini görürlər. Bu isə real münasibətdə qarşıya çıxan fikir ayrılıqları, konfliktlər və çətinliklərin "normal proses" kimi qəbul edilməməsinə səbəb ola bilər. Nəticədə tərəflər münasibətdə problem yarananda bunun üzərində işləmək əvəzinə, "deməli, düzgün insan deyil" düşüncəsinə qapıla bilərlər.

Digər mühüm amil isə seçim imkanlarının çoxalması hissidir. Sosial media və tanışlıq platformaları insanlarda daim daha uyğun birinin mövcud olduğu təəssüratı yarada bilər. Bu zaman münasibətdə müəyyən çatışmazlıq yarananda insan onu düzəltmək əvəzinə daha yaxşı alternativ axtarmağa meyllənə bilər.

Bundan başqa, bəzi gənclər emosional yaxınlıqdan və məsuliyyətdən çəkinə bilirlər. Sağlam münasibət yalnız sevgi və romantikadan ibarət deyil; burada ünsiyyət qurmaq, qarşı tərəfi dinləmək, konfliktləri həll etmək və müəyyən güzəştlərə getmək də vacibdir. Bu bacarıqlar kifayət qədər formalaşmadıqda münasibəti davam etdirmək çətinləşir.
Burada fərdin əvvəlki ailə və münasibət təcrübəsi də rol oynaya bilər. Uşaqlıqdan sağlam ünsiyyət və konflikt həll etmə nümunələri görməyən insan sonrakı münasibətlərində problemlə qarşılaşdıqda qaçmağı və əlaqəni bitirməyi daha asan seçim kimi görə bilər.

Digər tərəfdən, hər ayrılığı münasibətə qarşı səbirsizlik kimi qiymətləndirmək də düzgün deyil. Bəzən münasibətin bitirilməsi insanın öz sərhədlərini qoruması və sağlam olmayan münasibətdən uzaqlaşması deməkdir. Əsas məsələ münasibətin nə qədər davam etməsi deyil, tərəflərin həmin münasibətdə özlərini necə hiss etməsi və problemləri necə həll etməsidir.

Sağlam münasibətin əsas göstəricilərindən biri də konfliktlərin ümumiyyətlə olmaması deyil, tərəflərin fikir ayrılıqlarını bir-birinə hörmət çərçivəsində həll edə bilməsidir. Gənclərin münasibətlərdə bunu öyrənməsi və emosional ünsiyyət bacarıqlarını inkişaf etdirməsi uzunmüddətli və daha sağlam münasibətlərin qurulmasına kömək edə bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 734   Tarix: 26 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021