Şavkat Mirziyoyev Mehriban Əliyevanı təbrik etdi

Şavkat Mirziyoyev Mehriban Əliyevanı təbrik etdiÖzbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib.

Sonxeber.az AZƏRTAC-a istinadən həmin məktubun mətnini təqdim edir:

"Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Azərbaycan xalqının rifahının təmin olunmasına, təhsil, elm, mədəniyyət və incəsənətin inkişafına, Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunub saxlanılmasına və təbliğinə yönəlmiş çoxşaxəli dövləti və ictimai fəaliyyətinizə dərin hörmətimi və səmimi heyranlığımı ifadə etmək istəyirəm.

Özbəkistanda Sizə xüsusi rəğbət və ehtiram bəslənilir, Özbəkistan-Azərbaycan münasibətlərinin ardıcıl şəkildə dərinləşdirilməsinə göstərdiyiniz daimi həssas diqqət yüksək qiymətləndirilir.

Ailələrimiz arasında mövcud səmimi və mehriban münasibətlər xüsusi sevinc hissi doğurur. Əminəm ki, bu dostluq və qarşılıqlı hörmət mühiti hazırda Özbəkistanı və Azərbaycanı birləşdirən həqiqi qardaşlıq bağlarının parlaq ifadəsidir.

Əminəm ki, Sizin şəxsi iştirakınız bundan sonra da ölkələrimiz arasında humanitar və mədəni əlaqələrin möhkəmləndirilməsinə, xalqlarımızın yaxınlaşmasına və zəngin ümumi irsimizin gələcək nəsillər üçün qorunub saxlanılmasına hərtərəfli töhfə verəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, xoşbəxtlik və firavanlıq, qardaş Azərbaycan xalqına isə sülh və davamlı tərəqqi arzulayıram".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 113   Tarix: 26 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qarayara xəstəliyi ilə bağlı TƏHLÜKƏ: Ət alarkən DİQQƏTLİ OLUN

Qarayara xəstəliyinin heyvanlar arasında yayılması ət və digər heyvan mənşəli məhsulların təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Xüsusilə xəstə və ya qəfil ölmüş heyvanların ətinin qida kimi istifadə edilməsi insan sağlamlığı üçün ciddi risk yarada bilər. Bu baxımdan kəsim məntəqələrind

26 avqust
.

Sabahın havası

Avqustun 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 21-24 isti

26 avqust
.

Beş aylıq hamilə qadın öldü: Kim günahkardır? - VİDEO

Avqustun 20-də Tovuz rayon sakini, 24 yaşlı Lalə Quliyeva beş aylıq hamiləliyini sonlandırdıqdan sonra güclü qanaxmadan həyatını itirib. TƏBİB-in məlumatına görə, qadın Sabunçu Tibb Mərkəzinə ölü vəziyyətdə gətirilib. Lakin abortun hansı tibb müəssisəsində və kim tərəfindən aparıldığı açıqlanmayıb. Qey

26 avqust
.

Bakıda və bəzi rayonlarda KÜLƏK GÜCLƏNƏCƏK - XƏBƏRDARLIQ

Avqustun 26-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq

25 avqust
.

Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz

Səyahət planları hər zaman gözlənildiyi kimi davam etməyə bilər. Hava şəraiti, texniki, əməliyyat və digər səbəblər uçuş vaxtının dəyişməsinə, reysin gecikməsinə və ya ləğvinə səbəb ola bilər. Bu hallar sərnişinlərin planlarına təsir etdiyi kimi, aviaşirkət üçün də arzuolunmazdır. xəbər verir ki, bel

26 avqust
.

Laçın Şəhəri Günü: Zəfərimizin, Böyük Qayıdışımızın və dirçəlişimizin ünvanı

Laçın - tariximizin, milli yaddaşımızın və Böyük Qayıdışımızın simvollarından biri. Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhəri özünəməxsus təbiəti, zəngin tarixi, qədim mədəni irsi və strateji coğrafi mövqeyi ilə ölkəmizin tarixində xüsusi yer tutur. Bu gün Laçın təkcə gözəl dağ şəhəri kimi deyil

26 avqust
.

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür. -ın məlumatına görə, Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci avqustun 26-da Azərbaycanın nəzarəti altına keçib. Prezident İlham Əliyev 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb

26 avqust
.

Şavkat Mirziyoyev Mehriban Əliyevanı təbrik etdi

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib. AZƏRTAC-a istinadən həmin məktubun mətnini təqdim edir:. "Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə Azərbaycan xalqını

26 avqust
.

İşini itirən vətəndaş kredit borcunu dondura bilər? - AÇIQLAMA

İşini itirən və gəlir mənbəyindən məhrum olan şəxslərin kredit ödənişlərini davam etdirməsi ciddi maliyyə çətinliyi yarada bilər. Mövcud qaydalar çərçivəsində işsiz qalmaq kredit ödənişlərinin avtomatik dayandırılması üçün ayrıca əsas kimi nəzərdə tutulmur. Bununla belə, borcalanın maliyyə çətinliy

26 avqust