Küləkli havada dənizə girməyin! - Müraciət
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Sonxeber.az xəbər verir ki, müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində avqustun 30-dək güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı və bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Eləcə də, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar. Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.
Bundan əlavə, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilib.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 135 Tarix: 27 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TƏBİB rəhbəri baş həkimi işdən azad etdi
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi Ziyafət Tağıyeva vəzifəsindən azad edilib. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov əmr imzalayıb. Qeyd edək ki, Hövsan Sağlamlıq Mərkəzi 2024-cü ilin noyabr ayınd
27 avqustİşini itirən vətəndaş kredit borcunu dondura bilər? - AÇIQLAMA
İşini itirən və gəlir mənbəyindən məhrum olan şəxslərin kredit ödənişlərini davam etdirməsi ciddi maliyyə çətinliyi yarada bilər. Mövcud qaydalar çərçivəsində işsiz qalmaq kredit ödənişlərinin avtomatik dayandırılması üçün ayrıca əsas kimi nəzərdə tutulmur. Bununla belə, borcalanın maliyyə çətinliy
26 avqustQarayara xəstəliyi ilə bağlı TƏHLÜKƏ: Ət alarkən DİQQƏTLİ OLUN
Qarayara xəstəliyinin heyvanlar arasında yayılması ət və digər heyvan mənşəli məhsulların təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Xüsusilə xəstə və ya qəfil ölmüş heyvanların ətinin qida kimi istifadə edilməsi insan sağlamlığı üçün ciddi risk yarada bilər. Bu baxımdan kəsim məntəqələrind
26 avqustBinəqədidə yanğın - 36 yaşlı kişi öldü
Bakı şəhərinin Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsində tikilidə yanğın baş verib. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınma
26 avqustLaçın Şəhəri Günü - Zəfərdən quruculuğa uzanan tarixi yol
Laçın Azərbaycanın zəngin tarixə, qədim mədəni irsə və misilsiz təbiət gözəlliklərinə malik şəhərlərindən biridir. Bu şəhərin adı Azərbaycan xalqının yaddaşında həm Qarabağımızın ayrılmaz parçası, həm də Vətən müharibəsində qazanılmış böyük Zəfərin rəmzlərindən biri kimi yaşayır. Laçın Şəhəri Günü b
26 avqustBaşqasının maşını ilə törədilən qəzalarda kim məsuliyyət daşıyır? - AÇIQLAMA
Avtomobil sahibinin nəqliyyat vasitəsini etibarnamə əsasında başqa şəxsə idarə etmək üçün verməsi praktikada geniş yayılmış haldır. Lakin həmin avtomobillə qəza baş verdikdə məsuliyyətin birbaşa avtomobil sahibinin, yoxsa sükan arxasında olan şəxsin üzərinə düşməsi tez-tez sual doğurur. Xüsusilə qəz
27 avqustSabah hava necə olacaq?
Avqustun 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24 isti
27 avqust7-ci mərtəbədən yıxılan 1 yaşlı uşaq öldü
Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 25-i saat 18 radələrində Xırdalan şəhər sakini 2025-ci il təvəllüdlü Sadiq Elvin oğlu Atakişiyev 7-ci mərtəbədə yaşadığı evin eyvanından ehtiyatsızlıqdan yıxılıb. O, hadisə yerində ölüb. Faktl
26 avqustUçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz
Səyahət planları hər zaman gözlənildiyi kimi davam etməyə bilər. Hava şəraiti, texniki, əməliyyat və digər səbəblər uçuş vaxtının dəyişməsinə, reysin gecikməsinə və ya ləğvinə səbəb ola bilər. Bu hallar sərnişinlərin planlarına təsir etdiyi kimi, aviaşirkət üçün də arzuolunmazdır. xəbər verir ki, bel
26 avqust