Bu ərazidə əmlak qiymətləri UCUZLAŞIR: Alıcı niyə yoxdur?
Güclü yağışlar zamanı su basan və nəqliyyat imkanları məhdud olan ərazilərdə fərdi evlərə tələbin azalması əmlak qiymətlərinə də təsir göstərə bilər. Xüsusilə təkrar daşqınlar, infrastruktur problemləri və əraziyə çıxışın çətinliyi alıcıların seçimində risk amili kimi nəzərə alınır.
Bəs, daşqın riski, nəqliyyat əlçatanlığının zəifliyi və digər infrastruktur problemləri belə ərazilərdə evlərin bazar dəyərinə nə dərəcədə təsir edir və bu amillər qiymətlərin uzunmüddətli ucuzlaşmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, bu il yaz aylarında intensiv yağışlar nəticəsində bəzi ərazilərin su basması həmin zonalara olan tələbatın kəskin azalmasına səbəb olub.
"Demək olar ki, hazırda həmin ərazilərdə nə torpaq, nə də ev alan var. İstisna olaraq, büdcəsi məhdud olan və regionlardan gələn şəxslər tərəfindən ayrı-ayrı hallarda maraq göstərilir. Hətta həmin ərazilərdə evlərin qiymətləri təxminən 50 faizədək aşağı düşsə də, bu, alıcılar üçün onları cəlbedici etməyib. İndi isə payız yaxınlaşır və qarşıdakı dövrdə yağıntıların yenidən həmin ərazilərdə vəziyyətə necə təsir edəcəyi müəyyənləşəcək".
Ekspert bildirib ki, belə ərazilərdə evlərin uzun müddət satılmaması, sözsüz ki, qiymətlərə ciddi təsir göstərir:
"Bununla belə, düşünürəm ki, bu məsələ əsasən bu ilin gündəmində olacaq. Əgər növbəti illərdə həmin ərazilərdə analoji hallar təkrarlanmasa, problem tədricən unudula bilər və oradakı evlər də zamanla satılmağa başlayar. Xüsusilə büdcəsi məhdud olan və regionlardan gələn şəxslərin belə evlərə maraq göstərməsi mümkündür".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 484 Tarix: 27 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021