Təmirdən sonra "28 May" və "Nizami" stansiyalarında bu YENİLİKLƏR olacaq - AÇIQLAMA

Təmirdən sonra "28 May" və "Nizami" stansiyalarında bu YENİLİKLƏR olacaq - AÇIQLAMABakı Metropolitenində "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması layihəsi çərçivəsində hazırda "28 May"-"Nizami" sahəsində qatarların hərəkəti müvəqqəti dayandırılıb. Layihənin əsas məqsədlərindən biri xətlərin müstəqil fəaliyyətini təmin etməklə qatarların hərəkət intensivliyini artırmaq və sərnişin sıxlığını azaltmaqdır.

Bəs, layihə başa çatdıqdan sonra "28 May" və "Nizami" stansiyaları arasında birbaşa metro əlaqəsi bərpa olunacaqmı, qatarların hərəkət sxemi necə təşkil ediləcək və xətlərin ayrılması sərnişin sıxlığının və gözləmə müddətinin azalmasına nə dərəcədə imkan verəcək?
Təmirdən sonra "28 May" və "Nizami" stansiyalarında bu YENİLİKLƏR olacaq - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, xətlərin ayrılması prosesi baş verəcəksə, bu, gözlənilən və müsbət haldır.

"Bu prosesin həyata keçirilməsi ilə metroda hərəkətin təşkili, qatarlararası intervalların azaldılması və digər prosedurların daha səmərəli həyata keçirilməsi mümkün olacaq. Burada təkcə "28 May" və "Nizami" stansiyaları arasındakı tunellərin ayrılması nəzərdə tutulmur. Eyni zamanda "İçərişəhər" stansiyasında geridönmə kamerasının quraşdırılması ilə bağlı tikinti işləri də aparılır. Bu proseslər paralel şəkildə həyata keçirilir və onların eyni vaxtda başa çatdırılması gözlənilir".

Ekspert bildirib ki, xətlərin ayrılmasından sonra "İçərişəhər"dən "Həzi Aslanov" istiqamətində birbaşa hərəkətin təşkili ilə bağlı da gözləntilər var:

"Həmçinin "Xətai" stansiyasına qədər xəttin açılması imkanları da nəzərdən keçirilir. Bir sözlə, bu layihələr həyata keçirildikcə Bakı metrosunun infrastrukturu tədricən sovet dövründən qalan mövcud sistemdən daha müasir metro şəbəkəsinə çevriləcək. Bu, kifayət qədər mühüm və böyük əhəmiyyət daşıyan prosesdir. Eyni zamanda, qatarlararası intervalın azaldılması sərnişin sıxlığının və gözləmə müddətinin aşağı salınmasına əhəmiyyətli təsir göstərəcək. Bu baxımdan prosesin müsbət nəticə verəcəyi gözlənilir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 667   Tarix: 27 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qarayara xəstəliyi ilə bağlı TƏHLÜKƏ: Ət alarkən DİQQƏTLİ OLUN

Qarayara xəstəliyinin heyvanlar arasında yayılması ət və digər heyvan mənşəli məhsulların təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Xüsusilə xəstə və ya qəfil ölmüş heyvanların ətinin qida kimi istifadə edilməsi insan sağlamlığı üçün ciddi risk yarada bilər. Bu baxımdan kəsim məntəqələrind

26 avqust
.

TƏBİB rəhbəri baş həkimi işdən azad etdi

Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi Ziyafət Tağıyeva vəzifəsindən azad edilib. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov əmr imzalayıb. Qeyd edək ki, Hövsan Sağlamlıq Mərkəzi 2024-cü ilin noyabr ayınd

27 avqust
.

Bakının bu küçələri bağlı olacaq

Aparılan və aparılacaq təmir işləri ilə əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Həmin küçələr aşağıdakılardır:. Suraxanı rayonu, Günəşl

27 avqust
.

42 yaşlı qadın müəmmalı şəkildə öldü

Xəzər rayonunda 42 yaşlı qadın qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 26-sı saat 21 radələrində Mərdəkan qəsəbəsində baş verib. 1984-cü il təvəllüdlü N.Babayeva yaşadığı evin həyətində naməlum səbəbdən qəflətən ölüb. Ölüm səbəbinin müəyyən edilməsi məqsədilə araşdırm

27 avqust
.

Sabah hava necə olacaq?

Avqustun 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24 isti

27 avqust
.

Bu ixtisas üzrə plan yerləri AZALDI: Əmək bazarına necə təsir edəcək?

Bir sıra universitetlərdə 2026/2027-ci tədris ili üçün xarici dil müəllimliyi üzrə plan yerlərinin azaldılması diqqət çəkir. Bu dəyişiklik əmək bazarındakı tələbatın gələcəkdə necə formalaşacağı ilə bağlı suallar yaradır. Eyni zamanda, plan yerlərinin müəyyənləşdirilməsində məzunların məşğulluğu, müəlli

27 avqust
.

Şavkat Mirziyoyev Mehriban Əliyevanı təbrik etdi

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib. AZƏRTAC-a istinadən həmin məktubun mətnini təqdim edir:. "Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə Azərbaycan xalqını

26 avqust
.

VÜQAR MƏMMƏDOV: Dil öyrənmək sadəcə qaydaları bilmək deyil, həmin dili real məqsədlə istifadə etməkdir

Müasir dünyada xarici dil bilmək artıq əlavə üstünlük deyil, yeni imkanlara açılan mühüm qapıdır. Xarici dil öyrənmək insanın yalnız ünsiyyət imkanlarını genişləndirmir, həm də təhsil, karyera və şəxsi inkişaf üçün yeni perspektivlər yaradır. Bəs ölkədə xarici dil öyrənməyə maraq hansı səviyyədədir

27 avqust
.

Feysbuk və instaqramda yenilik - Gecə girişləri məhdudlaşdırılacaq

Sosial media nəhəngi "Meta" ABŞ-nin 29 ştatının iştirakı ilə açılan məhkəmə işində razılaşmaya gedib. "Qafqazinfo" xəbər verir ki, şirkətin 17 milyard dollara qədər təzminat ödəyəcəyi və feysbuk və instaqramda gənc istifadəçilərin təhlükəsizliyini artırmaq üçün yeni məhdudiyyətlə

27 avqust