Bu ixtisas üzrə plan yerləri AZALDI: Əmək bazarına necə təsir edəcək?

Bu ixtisas üzrə plan yerləri AZALDI: Əmək bazarına necə təsir edəcək?Bir sıra universitetlərdə 2026/2027-ci tədris ili üçün xarici dil müəllimliyi üzrə plan yerlərinin azaldılması diqqət çəkir. Bu dəyişiklik əmək bazarındakı tələbatın gələcəkdə necə formalaşacağı ilə bağlı suallar yaradır. Eyni zamanda, plan yerlərinin müəyyənləşdirilməsində məzunların məşğulluğu, müəllim ehtiyacı və abituriyentlərin ixtisasa marağı kimi amillər də nəzərə alına bilər.

Bəs, xarici dil müəllimliyi üzrə plan yerlərinin azaldılması əmək bazarında bu kadrlara tələbatın azalması ilə nə dərəcədə bağlıdır, universitetlər belə qərarları hansı meyarlar əsasında verir və bu tendensiya gələcəkdə xarici dil müəllimi çatışmazlığına səbəb ola bilərmi?
Bu ixtisas üzrə plan yerləri AZALDI: Əmək bazarına necə təsir edəcək?Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, 2026-2027-ci tədris ili üçün qəbul planının artırılması nəzərdə tutulurdu. Belə bir gözlənti var idi ki, plan yerlərinin sayı 65 minə çatdırılacaq. Lakin bu il üçün ayrılan plan yerlərinin sayı təxminən 61 min oldu.

"Ümumi göstəriciyə baxdıqda görürük ki, pedaqoji kadr hazırlayan universitetlərdə plan yerlərində ciddi artım baş verməyib. Əksinə, Qızlar Universitetinin fəaliyyəti dayandırılıb, Naxçıvan Müəllimlər İnstitutu isə bu il qəbul aparmayıb. Bu da təxminən 1000-ə yaxın pedaqoji kadr hazırlığı üzrə plan yerinin digər universitetlərə yönəlməsi deməkdir. Amma düşünmürəm ki, bu dəyişiklik yaxın müddətdə əmək bazarına ciddi təsir göstərəcək. Çünki hər il müəllimlərin işə qəbulu imtahanlarında on minlərlə şəxs iştirak edir, halbuki vakant yerlərin sayı müraciət edənlərin sayından təxminən 10 dəfə az olur".

Ekspert bildirib ki, bu baxımdan, xüsusilə müəllimlik ixtisasları üzrə plan yerlərinin, o cümlədən xarici dil müəllimliyi üzrə yerlərin yaxın vaxtlarda əhəmiyyətli dərəcədə azaldılması gözlənilmir:

"Çünki hazırda xüsusilə ingilis dili müəllimlərinə tələbat var. Digər tərəfdən, xarici dil üzrə sertifikasiya imtahanlarında uğursuz nəticə göstərən müəllimlərin sayının çox olması da bu sahədə əlavə kadrlara ehtiyac yarada bilər. Həmin vakant yerlərin gələcəkdə yeni müəllimlərlə doldurulması mümkündür. Ona görə də hesab edirəm ki, pedaqoji ixtisaslar üzrə, xüsusilə xarici dil müəllimliyi istiqamətində plan yerlərinin bu mərhələdə azaldılmasının əmək bazarına ciddi mənfi təsir göstərəcəyi gözlənilmir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 825   Tarix: 27 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ən yaşlı və ən gənc tələbə onlar oldu

Ali təhsil müəssisələrinə builki qəbulun nəticələrinə əsasən, tələbə adını qazanan ən gənc abituriyentin 16 yaşı var. Məmmədli Gülşən Rəşad qızı 621,2 balla Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasına əyani təhsil forması üzrə dövlət sifarişi əsasında qəbul olunub. "Qafqazinfo"nu

26 avqust
.

"Vefa Esthetıc Center"də qanun pozuntuları aşkarlandı - Rəsmi

"Vefa Esthetıc Center" MMC-yə məxsus özəl tibb müəssisəsində plandankənar yoxlama zamanı bir sıra qanun pozuntuları aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi -ın sorğusuna cavab olaraq məlumat verib. Qeyd olunub ki, KİV-d

27 avqust
.

Sabah hava necə olacaq?

Avqustun 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24 isti

27 avqust
.

Bu ixtisas üzrə plan yerləri AZALDI: Əmək bazarına necə təsir edəcək?

Bir sıra universitetlərdə 2026/2027-ci tədris ili üçün xarici dil müəllimliyi üzrə plan yerlərinin azaldılması diqqət çəkir. Bu dəyişiklik əmək bazarındakı tələbatın gələcəkdə necə formalaşacağı ilə bağlı suallar yaradır. Eyni zamanda, plan yerlərinin müəyyənləşdirilməsində məzunların məşğulluğu, müəlli

27 avqust
.

Elgiz Əkbər bu verilişlə qayıdır

Aparıcı Elgiz Əkbər yeni mövsümdən efirə qayıdır. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb. Elgiz "Şadlıq olsun" adlı yeni layihəsinin tizerini izləyiciləri ilə bölüşərək "tezliklə" qeydini yazıb. Qeyd edək ki, ötən mövsüm onun aparıcılığını etdiy

26 avqust
.

Bakının bu küçələri bağlı olacaq

Aparılan və aparılacaq təmir işləri ilə əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Həmin küçələr aşağıdakılardır:. Suraxanı rayonu, Günəşl

27 avqust
.

Güzəştli ipoteka kreditlərindən kimlər yararlana bilər? - AÇIQLAMA

Azərbaycanda mənzil sahibi olmaq istəyən vətəndaşlar üçün dövlət tərəfindən bir sıra maliyyə mexanizmləri tətbiq olunur. İpoteka kreditləri, güzəştli ipoteka və satmaq öhdəliyi ilə kirayə modeli müəyyən kateqoriyalara aid vətəndaşların mənzil əldə etməsini asanlaşdırır. Bəs bu imkanlardan kimlər yararlan

26 avqust
.

Böyük Qayıdış: doğma torpaqlara dönüş, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi və yeni həyatın qurulması

Tarixi ədalətin bərpasından milli dirçəlişin yeni mərhələsinə. Azərbaycanın müasir tarixində elə hadisələr var ki, onların əhəmiyyətini yalnız bir dövrün və ya bir nəslin taleyi ilə məhdudlaşdırmaq mümkün deyil. Böyük Qayıdış məhz belə tarixi proseslərdən biridir. Bu anlayış bu gün artıq sadəcə keçmi

27 avqust
.

Təmirdən sonra "28 May" və "Nizami" stansiyalarında bu YENİLİKLƏR olacaq - AÇIQLAMA

Bakı Metropolitenində "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması layihəsi çərçivəsində hazırda "28 May"Nizami" sahəsində qatarların hərəkəti müvəqqəti dayandırılıb. Layihənin əsas məqsədlərindən biri xətlərin müstəqil fəaliyyətini təmin etməklə qatarların hərəkət intensivliyin

27 avqust