Feysbuk və instaqramda yenilik - Gecə girişləri məhdudlaşdırılacaq
Sosial media nəhəngi "Meta" ABŞ-nin 29 ştatının iştirakı ilə açılan məhkəmə işində razılaşmaya gedib.
"Qafqazinfo" xəbər verir ki, şirkətin 17 milyard dollara qədər təzminat ödəyəcəyi və feysbuk və instaqramda gənc istifadəçilərin təhlükəsizliyini artırmaq üçün yeni məhdudiyyətlər tətbiq edəcəyi bildirilir.
Məhkəmə sənədlərində əksini tapan razılaşmaya əsasən, "Meta" uşaqlar və yeniyetmələrin platformalardan istifadəsini məhdudlaşdıran bir sıra tədbirlər həyata keçirəcək.
Razılaşma çərçivəsində "Meta"nın yaxın aylarda gənc istifadəçilər üçün gündəlik istifadə limitləri və gecə saatlarında giriş məhdudiyyətləri tətbiq etməsi nəzərdə tutulur. Məktəb saatlarında isə onların diqqətini yayındıra biləcək bildirişlərin dayandırılması planlaşdırılır.
Bundan başqa, gənclərin bədən görünüşünə mənfi təsir göstərə biləcəyi iddia edilən kosmetik cərrahiyyə filtrlərinin qadağan olunacağı bildirilir.
İş üzrə razılaşma Kaliforniya və digər ştatların "Meta"ya qarşı irəli sürdüyü iddialardan sonra əldə olunub. Şirkət uşaqları platformalarda daha uzun müddət saxlamaq üçün asılılıq yaradan mexanizmlərdən istifadə etməkdə və 13 yaşdan kiçik uşaqların məlumatlarını valideyn razılığı olmadan toplamaqda ittiham edilirdi.
"Meta" isə razılaşma çərçivəsində şirkətə qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib. Şirkət daha əvvəl təhlükəsizlik tədbirlərini davamlı şəkildə gücləndirdiyini və ştatların tələb etdiyi kompensasiyanın həddindən artıq olduğunu müdafiə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 105 Tarix: 27 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ən yaşlı və ən gənc tələbə onlar oldu
Ali təhsil müəssisələrinə builki qəbulun nəticələrinə əsasən, tələbə adını qazanan ən gənc abituriyentin 16 yaşı var. Məmmədli Gülşən Rəşad qızı 621,2 balla Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasına əyani təhsil forması üzrə dövlət sifarişi əsasında qəbul olunub. "Qafqazinfo"nu
26 avqust"Vefa Esthetıc Center"də qanun pozuntuları aşkarlandı - Rəsmi
"Vefa Esthetıc Center" MMC-yə məxsus özəl tibb müəssisəsində plandankənar yoxlama zamanı bir sıra qanun pozuntuları aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi -ın sorğusuna cavab olaraq məlumat verib. Qeyd olunub ki, KİV-d
27 avqustSabah hava necə olacaq?
Avqustun 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24 isti
27 avqustBu ixtisas üzrə plan yerləri AZALDI: Əmək bazarına necə təsir edəcək?
Bir sıra universitetlərdə 2026/2027-ci tədris ili üçün xarici dil müəllimliyi üzrə plan yerlərinin azaldılması diqqət çəkir. Bu dəyişiklik əmək bazarındakı tələbatın gələcəkdə necə formalaşacağı ilə bağlı suallar yaradır. Eyni zamanda, plan yerlərinin müəyyənləşdirilməsində məzunların məşğulluğu, müəlli
27 avqustElgiz Əkbər bu verilişlə qayıdır
Aparıcı Elgiz Əkbər yeni mövsümdən efirə qayıdır. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb. Elgiz "Şadlıq olsun" adlı yeni layihəsinin tizerini izləyiciləri ilə bölüşərək "tezliklə" qeydini yazıb. Qeyd edək ki, ötən mövsüm onun aparıcılığını etdiy
26 avqustBakının bu küçələri bağlı olacaq
Aparılan və aparılacaq təmir işləri ilə əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Həmin küçələr aşağıdakılardır:. Suraxanı rayonu, Günəşl
27 avqustGüzəştli ipoteka kreditlərindən kimlər yararlana bilər? - AÇIQLAMA
Azərbaycanda mənzil sahibi olmaq istəyən vətəndaşlar üçün dövlət tərəfindən bir sıra maliyyə mexanizmləri tətbiq olunur. İpoteka kreditləri, güzəştli ipoteka və satmaq öhdəliyi ilə kirayə modeli müəyyən kateqoriyalara aid vətəndaşların mənzil əldə etməsini asanlaşdırır. Bəs bu imkanlardan kimlər yararlan
26 avqust