David Seliverstovdan Novella Cəfəroğluna sillə kimi cavab: "Azərbaycanda "siyasi məhkum" yoxdur"

David Seliverstovdan Novella Cəfəroğluna sillə kimi cavab: "Azərbaycanda "siyasi məhkum" yoxdur"Xəbər verdiyimiz kimi Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadə son 20 gündən çoxdur ki, "Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov haqqında bir neçə iddia irəli sürür. Çingiz Qənizadənin irəli sürdüyü iddialardan biri də David Seliverstovun insanlara qarşı dələduzluq etdiyi və onlardan külli miqdarda pul alıb qaytarmamağıdir. Hətta bu barədə təkcə ona deyil digər hüquq müdafiəçiləri Novella Cəfəroğluya, Səidə Qocamanlıya və Səadət Bənənyarlıya zərərçəkən şəxslərə müraciət edərək, kömək istəyiblər. Məsələni aydınlaşdırmaq üçün David Seliverstov Novella Cəfəroğlu ilə əlaqə saxlayıb. Novella Cəfəroğlu telefon danışığı zamanı Çingiz Qənizadənin onun adını mətbuatda niyə çəkdiyini bilmədiyini və məsələdən xəbərsiz olduğunu söyləyib.Ən önəmlisi Novella Cəfəroğlu isə Çingiz Qənizadənin iddia etdiyi 90 min manat məsələsindən məlumatının olmamasını və bu işin qanun çərçivəsində həll oluna biləcəyini vurğulayıb.

Novella Cəfəroğlu mətbuata açıqlamasında bildirib ki, Çingiz Qənizadə uzun müddətdir dostdurlar:

"Biz heç vaxt kimdənsə pul almayıblar. Bu qədər siyasi məhbus azadlığa çıxarmışıq.İnanmıram ki, Çingiz Qənizadə pul məqsədi ilə bu addımı atsın".

Novella Cəfəroğlunun sonuncu müsahibəsində səsləndirdiyi fikirlərlə bağlı"Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov Sonxeber.az-a bildirib ki, Azərbaycanda siyasi məhbus yoxdur:

Dövlət başçısı cənab prezident İlham Əliyev də bu fikiri dəfələrlə səsləndirib və qeyd edib ki, Azərbaycanda heç kəs siyasi zəmində həbs olunmayıb:

"Novella xanım, siz loqonu araşdırmaq əvəzinə, zəhmət olmasa, konkret olaraq hansı "siyasi məhbusun" azadlığa buraxıldığını və həmin şəxsə bu statusun hansı hüquqi meyarlar əsasında verildiyini açıqlayın. Əks halda, belə ifadələr Azərbaycan Respublikasının açıq şəkildə bəyan edilmiş rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir.

Novella xanım, bir ana və Azərbaycan qadını kimi sizdən üzr istəməyi düşünürdüm. Çünki silahdaşlarınız tərəfindən mənə qarşı qarayaxma kampaniyası aparıldığını, sizin isə bu prosesə cəlb edildiyinizi hesab edirdim. Lakin sizin sonuncu müsahibənizdən sonra fikrimdən daşındım. Siz hər hansı loqonu araşdıra və müzakirə edə bilərsiniz. Ancaq Azərbaycan Respublikasının rəsmi mövqeyinə bu cür yanaşmağınız məndə dərin təəssüf hissi doğurdu. Hüquq müdafiəçisi şəxsi və ya siyasi qiymətləndirmələrlə deyil, konkret faktlar və hüquqi meyarlarla danışmalıdır".

Novella Cəfəroğlunun Çingiz Qənizadə ilə birlikdə siyasi məhbusları azadlığa buraxmasına köməklik göstərməsi ilə bağlı fikirlər səsləndirdiyi həmin müsahibəni oxucularımıza təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1423   Tarix: 27 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İçərişəhərdə maşın park etməyin saatı 5 manatdır - RƏSMİ

"Qeyri-rezidentlər üçün qüvvədə olan tariflər ilk 15 dəqiqə üçün 3 manat, sonrakı hər saat üçün isə 5 manat təşkil edir. Avtomatlaşdırılmış sistem tərəfindən hesablanan 6 saat 4 dəqiqəlik parklanma müddəti üzrə 33 manatlıq ödəniş də müəyyən edilmiş tariflərə uyğundur. Tariflər və giriş şərtlər

16 noyabr
.

10° şaxta olacaq

Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

16 noyabr
.

Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma

Azərbaycanda müəllimlər üçün yeni öhdəliklər müəyyənləşdirilib. İmzalanmış yeni qərara əsasən, təhsilverənlərin etik davranış qaydalarına əlavələr edilib. Yeni tələblərə əsasən, təhsilverənlər uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli

15 noyabr
.

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü

17 noyabr
.

Evə buraxılan qadın xəstəxana həyətində öldü

Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On

17 noyabr
.

Məktəblərdə payız tətili başladı

Bu gündən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayıb. xəbər verir ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Belə ki, şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrind

16 noyabr
.

Güclü küləklə bağlı xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran

16 noyabr
.

Daha bir vəkil həbs edildi

Azərbaycanda daha bir vəkil həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, vəkil Elçin Əmirov polis tərəfindən tutulub. 9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-c

16 noyabr
.

Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aşağıdakı hallardan biri olduqda saatlıq əməkhaqqı müəyyən ediləcək:

17 noyabr