Süni intellekt sistemi çökərsə, hansı şirkətlər iflas edər? - AÇIQLAMA
Son illərdə süni intellekt bir çox sahədə məlumatların təhlili, avtomatlaşdırma və iş proseslərinin optimallaşdırılması üçün geniş istifadə olunur. Texnologiyanın imkanları artdıqca onun iş dünyasında rolunun daha da genişlənəcəyi gözlənilir.
Lakin süni intellektdən həddindən artıq asılılıq və onun təqdim etdiyi nəticələrin insan nəzarəti olmadan qəbul edilməsi yeni riskləri də gündəmə gətirir.
Bəs istifadə olunan süni intellekt sistemi çökərsə və ya müəyyən müddət əlçatmaz olarsa, bu, iş proseslərinin dayanmasına, hətta bəzi iş modellərinin iflasa uğramasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev Sonxeber.az -a açıqlama verib:
"Süni intellektin hər sahədə deyil, daha çox proseslərin optimallaşdırılması, məlumat analizi və avtomatlaşdırılması sahələrində əsas dəyişikliklər yaratması daha real yanaşmadır. Süni intellektin bir alət kimi geniş istifadə edildiyi üçün, onun əsas dayaq nöqtəsi kimi qəbul edilməsi müəyyən risklər yaradır, lakin bu, yalnız texnologiyanın özünə deyil, onun tətbiq metodologiyasına da bağlıdır.
Sİ sistemlərinin "çöküşü" və ya əlçatmaz olması ilə bağlı risklər əsasən "asılılıq" problemi ilə bağlıdır. Əgər bir müəssisə və ya iş prosesi bütün kritik qərarlarını və əməliyyatlarını yalnız bir Sİ modelinə bağlayıbsa və alternativ bir plan (B planı) hazırlayıbsa, həqiqətən də böyük bir risklə üzləşə bilər. Lakin peşəkar yanaşma Sİ-ni işin əvəzedicisi deyil, işi sürətləndirən bir "katalizator" kimi görməkdir. Yəni, Sİ-nin dayanması işin tamamilə dayanması deyil, sadəcə sürətin azalması və ya köhnə metodlara qayıtmaq demək olmalıdır.
İşlərin "batmaq" təhlükəsi Süni intellektin-nin texniki xətalarından daha çox, insanların Sİ-nin verdiyi nəticələri tənqidi şəkildə yoxlamadan (blind trust) qəbul etməsindən qaynaqlanır. Əgər bir iş modeli yalnız Sİ-nin çıxışlarına əsaslanırsa və orada insan nəzarəti yoxdursa, Süni intellektin-də baş verəcək hər hansı bir halüsinasiya və ya sistem xətası həmin işin batmasına səbəb ola bilər. Bu, texnologiyanın çökməsi deyil, idarəetmə modelinin yanlış qurulmasıdır.
Nəticə olaraq, Süni intellektin-dən istifadə etmək risklidir, lakin bu riskləri idarə etmək mümkündür. Düzgün strategiya Süni intellektin-ni mərkəzi beyin deyil, güclü bir köməkçi kimi yerləşdirməkdir. Əsas iş prosesləri, strateji düşüncə və kritik qərarlar insan nəzarətində qalmalı, Sİ isə bu prosesləri dəstəkləməlidir. Beləliklə, texnoloji bir sıçrayış və ya sistem xətası baş verdikdə, işin strukturu dağılmaz və proseslər insan gücü ilə davam etdirilə bilər"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 267 Tarix: 28 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
Vaxtilə Kəlbəcərdə erməni girovluğunda qalmış Dilqəm Əsgərova qarşı Şəmkir Rayon Məhkəməsində cinayət işi başlanıb. Teleqraf-a istinadən xəbər verir ki, hadisəyə səbəb ailə daxilində yaşanan insident olub. D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov hüquq-mühafizə orqanlarına müraciət edərək atasından şikayətç
29 avqustÜlviyyə İlyasovanın cəzası aktrisaya görə artırıldı
Kosmetoloq Ülviyyə İlyasovanın qanunsuz tibbi müdaxilə nəticəsində aktrisa Mila Əlibəyovanın səhhətinə zərər vurmasına görə barəsində təyin edilən həbs cəzası artırılıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, məhkəmədə Ülviyyə İlyasova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəl
28 avqustAzərbaycanda bu universitetlər təhsil haqqını qaldırdı
2026/2027-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrində bakalavriat səviyyəsində ixtisas seçiminin nəticələri məlum olub. Bu il 58 947 nəfər ali məktəblərə qəbul olub. "AzPolitika"ya istinadən bildirir ki, artıq abituriyent adını qazanmış və ödənişli ixtisaslarda təhsil alaca
28 avqustKöhnə avtomobillər təhlükə yaradır? - AÇIQLAMA
İstismar müddəti uzun olan avtomobillərin texniki vəziyyətinin zəifləməsi onların yol təhlükəsizliyi baxımından risklərini artırır. Xüsusilə əyləc, sükan, asqı və təkərlərdə yaranan nasazlıqlar avtomobilin idarəolunmasını və dayanma qabiliyyətini zəiflədə bilər. Texniki baxış zamanı da məhz bu sistemləri
28 avqustGəncədə qadın bazarda öldürüldü - Şübhəli oğludur
Gəncədə qadın qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən bazarda qeydə alınıb. 1962-ci il təvəllüdlü Laləzər Verdiyeva bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona yardım edilsə də, qadının həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimallar
28 avqustJalə Əhmədova da tələbə oldu
Ali məktəbə qəbul olunanlar arasında sabiq deputat Jalə Əhmədova da var. "Qafqazinfo" xəbər verir ki, bu barədə Jalə Əhmədova sosial şəbəkə hesabında paylaşım edib. Keçmiş deputat Bakı Dövlət Universitetinin Psixologiya ixtisasında əlavə təhsil alacaq. Qeyd edək ki, J.Əhmədova ləğv edilmi
28 avqustQara dənizdə batan gəmidən azərbaycanlıların xilasedilmə GÖRÜNTÜLƏRİ
Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu "Svetoslava" adlı quru yük gəmisi batma təhlükəsi ilə üzləşib. Gəminin göyərtəsindəki 13 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edilib. Bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir. Məlumata görə, Kastamonu vilayətinin Doğanyurt rayonu sahillərind
28 avqustDünənki güclü küləyə görə 2 qadın xəsarət alıb
Ötən gün küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisələr nəticəsində iki nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Belə ki, saat 20:20-də 17.09.1952-ci il təvəllüdlü qadın güclü külək səbəbindən yıxılaraq xəsarət alıb. Zərərçəkən tibbi müayinədən keçirili
28 avqust