Ülviyyə İlyasovanın cəzası aktrisaya görə artırıldı

Ülviyyə İlyasovanın cəzası aktrisaya görə artırıldıKosmetoloq Ülviyyə İlyasovanın qanunsuz tibbi müdaxilə nəticəsində aktrisa Mila Əlibəyovanın səhhətinə zərər vurmasına görə barəsində təyin edilən həbs cəzası artırılıb.

Sonxeber.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, məhkəmədə Ülviyyə İlyasova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən İlyasova (Qurbanova) Ülviyyə Hüseynağa qızı ixtisasca həkim deyil. Onun yalnız ibtidai müəllimlik üzrə ali təhsili var. Göstərdiyi fəaliyyətlə bağlı isə yalnız Türkiyədə kurs keçib.

İttihama görə, Ülviyyə İlyasova "Turana Estetik" klinikasında özünü həkim kimi təqdim edərək aktrisa Mila Əlibəyovaya "liposaksiya - piy sovurma, bədən şəkilləndirmə" cərrahi əməliyyatı edəcəyini vəd edib. O, zərərçəkmiş şəxsdən 1500 manat məbləğində pul vəsaiti alaraq həmin yerdə əməliyyat keçirib.

Birinci əməliyyat uğursuz olduğundan Ülviyyə İlyasova aktrisanı "Azal Estetika" adlı yerdə yenidən əməliyyat edib. Nəticədə zərərçəkmiş qadının sağlamlığının bərpası üçün uzunmüddətli və külli miqdarda maliyyə resursları tələb edən müayinə və müalicə prosedurlarına müraciət etmək məcburiyyətində qalmasına, gündəlik həyat tərzinin və əmək fəaliyyətinin dəyişməsinə səbəb olan ağır nəticələrə gətirib çıxaran mühüm zərər vurduğu və səhlənkarlıq etdiyi bildirilir.

Mila Əlibəyova ifadəsində "Əqrəb mövsümü", "Körpü", "Atabəylər" və digər bir sıra filmlərdə aktrisa kimi rol aldığını deyib. Onun sözlərinə görə, başqa bir filmdə rol alması üçün rejissor tərəfindən təcili olaraq 5-6 kiloqram arıqlaması tələb olunub.

Elə bu ərəfədə sosial şəbəkədə Ülviyyə İlyasovanın instaqram səhifəsi qarşısına çıxıb. Aktrisa onun sosial şəbəkədə paylaşdığı şəkillərə inanaraq qarşı tərəfə müraciət edib və nəticədə səhhətinə ağır zərər dəyib.

Aktrisa təqsirləndirilən qadının bir qız övladının olmasını nəzərə alaraq ondan heç bir şikayət və tələbinin olmadığını da bildirib.

Məhkəmənin hökmü ilə Ülviyyə İlyasovanın cəzası 3 il 3 aydan 3 il 6 aya qaldırılıb. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasova Bakıda evinin mətbəxində eltisi Səbirə Vəliyevanı qanunsuz olaraq bədənşəkilləndirmə əməliyyatı edərək onun ölümünə səbəb olub. Bu ilin aprelində məhkəmənin hökmü ilə Ülviyyə İlyasova 3 il müddətinə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 266   Tarix: 28 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah Ay tutulacaq

Avqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək. Bu barədə "Qafqazinfo"ya N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, bu tutulma qismən Ay tutulması olacaq. Yəni Yerin kölgəsi Ayı tamamilə örtməyəcək. Belə ki, qismən Ay tutulması Ay Yerlə Ayın orbitini

27 avqust
.

OTP kodu qarşı tərəfə verilərsə, bu RİSKLƏR yarana bilər - AÇIQLAMA

Mobil telefona göndərilən birdəfəlik OTP kodları hesab sahibinin kimliyini təsdiqləyən mühüm təhlükəsizlik vasitəsidir. Kiberdələduzlar sosial mühəndislik və fişinq üsullarından istifadə edərək vətəndaşı aldadıb bu kodu əldə etməyə çalışırlar. Kodun paylaşılması nəticəsində dələduz müəyyən xidmətlərd

28 avqust
.

Sabah Biləsuvarda 6300-dən çox abonentin qazı kəsiləcək

Sabah Biləsuvar rayonunun bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq. "Report"a istinadən xəbər verir ki, buna səbəb yeraltı daşıyıcı qaz xətinin kipliyə sınaq edilməsidir. Görüləcək işlərlə əlaqədar avqustun 28-də saat 10:00-dan etibarən "Biləsuvar QPS"-dən qidalanan Xırmandalı

27 avqust
.

2 nəfəri iş başında elektrik cərəyanı vurub öldürdü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisələr baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 27-si saat 16 radələrində 1986-cı il təvəllüdlü Mərdan Balaxan oğlu Əhmədov Binəqədi şosesi 57-də işlədiyi poladtökmə zavodunda elektrik cərəyanı vurması nəticəsində ölüb. Oxşar hadisə paytaxtın Sabunç

28 avqust
.

Çoxmənzilli binalarda mənzilə necə çıxarış alınır? - AÇIQLAMA

Çoxmənzilli binalarda mənzil alan vətəndaşların qarşılaşdığı əsas məsələlərdən biri də əmlaka çıxarışın əldə olunmasıdır. Mənzilin alqı-satqısının rəsmiləşdirilməsi ilə yanaşı, onun hüquqi statusunun təsdiqlənməsi və çıxarışın alınması da mühüm əhəmiyyət daşıyır. Bəs çoxmənzilli binalarda mənzilə çıxarı

28 avqust
.

Toy mərasimlərində bu qidalara DİQQƏT EDİN - AÇIQLAMA

Toy və digər kütləvi tədbirlərdə çox sayda yeməyin əvvəlcədən hazırlanması, uzun müddət süfrədə saxlanılması və isti havalarda temperatur rejiminin pozulması qida zəhərlənməsi riskini artıra bilər. Bəs, toy və kütləvi tədbirlərdə qida zəhərlənmələrinin qarşısını almaq üçün yeməklərin hazırlanması, daşınmas

28 avqust
.

Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinə sədr müavini təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin imzaladığı Əmrlə bu vəzifəyə Paşayev Hüseyn Ələsgər oğlu gətirilib. Yeni sədr müavini təyi

29 avqust
.

İlin son Ay tutulması başa çatdı

İlin son Ay tutulması hadisəsi başa çatıb. Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, Ay tutulması saat 11:01:41-də başa çatıb. Vurğulanıb ki, tutulmanın maksimumu saat 08:12:53-də olub. Qeyd edək ki

28 avqust
.

Tamstore 100-cü mağazasını açaraq üçillik hədəfinə vaxtından əvvəl nail olub

"Tam istədiyiniz market" sloqanı ilə fəaliyyət göstərən Tamstore marketlər şəbəkəsi Binəqədi qəsəbəsində yubiley - 100-cü mağazasını müştərilərin xidmətinə verməklə qarşıya qoyduğu üçillik strateji inkişaf hədəfini nəzərdə tutulan müddətdən daha tez yerinə yetirib. Bu gün açılan yeni Binəqəd

28 avqust