Nigar Fərhadın ərini DTX həbs edibmiş

Nigar Fərhadın ərini DTX həbs edibmişTeleaparıcı Nigar Fərhadın ötən gün saxlanılması yenidən onun rəhbərlik etdiyi "AİD Group"la bağlı məsələni gündəmə gətirib.

"Qafqazinfo" xəbər verir ki, xaricdə təhsil agentliyinin rəhbərliyinə qarşı açılmış cinayət işi üzrə zərərçəkənlərin sayı günbəgün artır. Onlar şikayətlərini eyni zamanda sosial şəbəkələr üzərindən ictimailəşdirməyə başlayıblar.

Bu məqamda məlum olub ki, Nigar Fərhadın həyat yoldaşı Samir Yəhyazadə bir müddət əvvəl məhz Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq həbs edilib. Bu haqda Baku.es məlumat yayıb.

Artıq şirkətin rəhbəri Nigar Fərhad da daxil olmuş çoxsaylı vətəndaş şikayətləri əsasında Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən tutulub və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər görülür. Gün ərzində Nigar Fərhadın barəsində də həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat göndərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, "AİD Group" xaricdə təhsil sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Şirkət Samir Yəhyazadə və həyat yoldaşı Nigar Fərhad tərəfindən yaradılıb. Nigar Fərhad Harvard Universitetində təhsil aldığını bildirir. O, eyni zamanda müxtəlif televiziya kanallarında aparıcı kimi çalışıb və verilişlərində səsləndirdiyi bəzi fikirlərlə zaman-zaman ictimai müzakirələrin mərkəzində yer alıb. Həbs edilən Samir Yəhyazadə isə əsasən Amerikanın Nyu-York şəhərində yaşayır, peşəkar İT mütəxəssisidir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 410   Tarix: 28 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dilqəm Əsgərova qarşı cinayət işi açıldı

Vaxtilə Kəlbəcərdə erməni girovluğunda qalmış Dilqəm Əsgərova qarşı Şəmkir Rayon Məhkəməsində cinayət işi başlanıb. Teleqraf-a istinadən xəbər verir ki, hadisəyə səbəb ailə daxilində yaşanan insident olub. D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov hüquq-mühafizə orqanlarına müraciət edərək atasından şikayətç

29 avqust
.

Azərbaycanda bu universitetlər təhsil haqqını qaldırdı

2026/2027-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrində bakalavriat səviyyəsində ixtisas seçiminin nəticələri məlum olub. Bu il 58 947 nəfər ali məktəblərə qəbul olub. "AzPolitika"ya istinadən bildirir ki, artıq abituriyent adını qazanmış və ödənişli ixtisaslarda təhsil alaca

28 avqust
.

Köhnə avtomobillər təhlükə yaradır? - AÇIQLAMA

İstismar müddəti uzun olan avtomobillərin texniki vəziyyətinin zəifləməsi onların yol təhlükəsizliyi baxımından risklərini artırır. Xüsusilə əyləc, sükan, asqı və təkərlərdə yaranan nasazlıqlar avtomobilin idarəolunmasını və dayanma qabiliyyətini zəiflədə bilər. Texniki baxış zamanı da məhz bu sistemləri

28 avqust
.

OTP kodu qarşı tərəfə verilərsə, bu RİSKLƏR yarana bilər - AÇIQLAMA

Mobil telefona göndərilən birdəfəlik OTP kodları hesab sahibinin kimliyini təsdiqləyən mühüm təhlükəsizlik vasitəsidir. Kiberdələduzlar sosial mühəndislik və fişinq üsullarından istifadə edərək vətəndaşı aldadıb bu kodu əldə etməyə çalışırlar. Kodun paylaşılması nəticəsində dələduz müəyyən xidmətlərd

28 avqust
.

"İşə düzəldəcəyəm" dedi, 14 500 manat aldı - Tosif Məmmədovla bağlı iddia

Azərbaycanda işədüzəltmə adı ilə vətəndaşın 14.500 manatı mənimsənilib. Bunu -a müraciət edən T.Ə adlı xanım bildirib. Şikayətçinin sözlərinə görə, hadisə Məmmədov Tosif Rasim oğlu ilə bağlıdır. Xanımın təqdim etdiyi müraciətdə qeyd olunur ki, Tosif Məmmədov müəyyən şəxslərlə əlaqələrinin olduğunu v

28 avqust
.

Kanaldan su götürərkən faciəvi şəkildə öldü

Tərtər rayonunda bir nəfər su kanalında boğulub. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Cəmilli kəndində qeydə alınıb. Kənd sakini, 65 yaşlı Ağa Məmmədov Soqovuşandan gələn beton kanaldan su götürmək istəyərkən ehtiyatsızlıqdan suya yıxılıb. Bir neçə saat sonra onun meyiti hadisə yerində

29 avqust
.

Feysbuk və instaqramda yenilik - Gecə girişləri məhdudlaşdırılacaq

Sosial media nəhəngi "Meta" ABŞ-nin 29 ştatının iştirakı ilə açılan məhkəmə işində razılaşmaya gedib. "Qafqazinfo" xəbər verir ki, şirkətin 17 milyard dollara qədər təzminat ödəyəcəyi və feysbuk və instaqramda gənc istifadəçilərin təhlükəsizliyini artırmaq üçün yeni məhdudiyyətlə

27 avqust
.

Çoxmənzilli binalarda mənzilə necə çıxarış alınır? - AÇIQLAMA

Çoxmənzilli binalarda mənzil alan vətəndaşların qarşılaşdığı əsas məsələlərdən biri də əmlaka çıxarışın əldə olunmasıdır. Mənzilin alqı-satqısının rəsmiləşdirilməsi ilə yanaşı, onun hüquqi statusunun təsdiqlənməsi və çıxarışın alınması da mühüm əhəmiyyət daşıyır. Bəs çoxmənzilli binalarda mənzilə çıxarı

28 avqust
.

Dünənki güclü küləyə görə 2 qadın xəsarət alıb

Ötən gün küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisələr nəticəsində iki nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Belə ki, saat 20:20-də 17.09.1952-ci il təvəllüdlü qadın güclü külək səbəbindən yıxılaraq xəsarət alıb. Zərərçəkən tibbi müayinədən keçirili

28 avqust