Çoxmənzilli binalarda mənzilə necə çıxarış alınır? - AÇIQLAMA
Çoxmənzilli binalarda mənzil alan vətəndaşların qarşılaşdığı əsas məsələlərdən biri də əmlaka çıxarışın əldə olunmasıdır.
Mənzilin alqı-satqısının rəsmiləşdirilməsi ilə yanaşı, onun hüquqi statusunun təsdiqlənməsi və çıxarışın alınması da mühüm əhəmiyyət daşıyır.
Bəs çoxmənzilli binalarda mənzilə çıxarış almaq üçün hansı sənədlər tələb olunur, proses necə həyata keçirilir və hansı hallarda vətəndaşlar çətinliklərlə üzləşirlər?
Mövzu ilə bağlı əmlak məsələləri üzre ekspert Fərid Cəfərli Sonxeber.az -a açıqlama verib:
"Çoxmənzilli binalarda mənzilə çıxarışın alınması üçün ilk növbədə binanın hüquqi statusu və istismara qəbul edilməsi məsələsi müəyyənləşdirilməlidir. Çünki mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yalnız alıcının əlində olan müqavilənin mövcudluğu kifayət etmir; binanın özünün də qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilməsi vacibdir.
Əgər bina mənzil-tikinti kooperativi, yəni MTK tərəfindən inşa olunubsa və bina istismara qəbul edilibsə, əsas sənədlər sırasında mənzilin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarı və mənzil üzrə pay haqqının tam ödənildiyini təsdiq edən maliyyə arayışı xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, ərizəçinin şəxsiyyətini təsdiq edən sənədi və dövlət rüsumunun ödənilməsi barədə sənəd təqdim edilir. Rəsmi məlumatlara görə, MTK binasının istismara qəbul aktının və ya istismara icazə sənədinin olması da mühüm şərtdir.
Əgər çoxmənzilli bina MTK yaradılmadan hüquqi və ya fiziki şəxs tərəfindən inşa edilibsə, bu halda mənzilə hüquqi əsasın notariat qaydasında təsdiq edilmiş müqavilə ilə rəsmiləşdirilməsi tələb olunur. Bununla yanaşı, binanın istismara qəbul edilməsi haqqında müvafiq sənəd, şəxsiyyəti təsdiq edən sənəd və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilir.
Vətəndaş mənzil alarkən yalnız müqavilənin olub-olmamasına deyil, binanın istismara qəbul edilib-edilməməsinə, MTK-nın və ya tikinti şirkətinin təqdim etdiyi sənədlərin hüquqi əsaslarına və mənzilin maliyyə öhdəliklərinin tam yerinə yetirilməsinə də diqqət yetirməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 377 Tarix: 28 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü
Şəmkirin Sərxan kəndində 11 yaşlı qız əməliyyatdan sonra vəfat edib. -a istinadən xəbər verir ki, 2015-ci il təvəllüdlü kənd sakini boğazında olan artıq ətin götürülməsi üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Əməliyyatdan sonra evə buraxılan azyaşlı yaşadığı evdə vəfat edib. Tibb
29 avqustSabah Ay tutulacaq
Avqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək. Bu barədə "Qafqazinfo"ya N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, bu tutulma qismən Ay tutulması olacaq. Yəni Yerin kölgəsi Ayı tamamilə örtməyəcək. Belə ki, qismən Ay tutulması Ay Yerlə Ayın orbitini
27 avqustOTP kodu qarşı tərəfə verilərsə, bu RİSKLƏR yarana bilər - AÇIQLAMA
Mobil telefona göndərilən birdəfəlik OTP kodları hesab sahibinin kimliyini təsdiqləyən mühüm təhlükəsizlik vasitəsidir. Kiberdələduzlar sosial mühəndislik və fişinq üsullarından istifadə edərək vətəndaşı aldadıb bu kodu əldə etməyə çalışırlar. Kodun paylaşılması nəticəsində dələduz müəyyən xidmətlərd
28 avqust"Mismarla gözünü çıxarmaq istəyirdim..." - Evli ola-ola elçi göndəribmiş
Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən 40 yaşlı Ziya Həsənovun (bütün ad-soyadlar şərtidir) məhkəməsində dəhşətli faktlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, qeyri-rəsmi münasibətdə olduğu Ceyran Çobanovanı 2025-ci ilin 7 noyabr tarixində lazeroloq kimi çalışdığı gözəllik salonunu
28 avqustBaşqasının maşını ilə törədilən qəzalarda kim məsuliyyət daşıyır? - AÇIQLAMA
Avtomobil sahibinin nəqliyyat vasitəsini etibarnamə əsasında başqa şəxsə idarə etmək üçün verməsi praktikada geniş yayılmış haldır. Lakin həmin avtomobillə qəza baş verdikdə məsuliyyətin birbaşa avtomobil sahibinin, yoxsa sükan arxasında olan şəxsin üzərinə düşməsi tez-tez sual doğurur. Xüsusilə qəz
27 avqust"İşə düzəldəcəyəm" dedi, 14 500 manat aldı - Tosif Məmmədovla bağlı iddia
Azərbaycanda işədüzəltmə adı ilə vətəndaşın 14.500 manatı mənimsənilib. Bunu -a müraciət edən T.Ə adlı xanım bildirib. Şikayətçinin sözlərinə görə, hadisə Məmmədov Tosif Rasim oğlu ilə bağlıdır. Xanımın təqdim etdiyi müraciətdə qeyd olunur ki, Tosif Məmmədov müəyyən şəxslərlə əlaqələrinin olduğunu v
28 avqustQara dənizdə batan gəmidən azərbaycanlıların xilasedilmə GÖRÜNTÜLƏRİ
Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu "Svetoslava" adlı quru yük gəmisi batma təhlükəsi ilə üzləşib. Gəminin göyərtəsindəki 13 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edilib. Bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir. Məlumata görə, Kastamonu vilayətinin Doğanyurt rayonu sahillərind
28 avqustSabah da güclü külək əsəcək
Avqustun 29-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-25 isti
28 avqust