Bu təhlükəsizlik qaydalarına əməl etmək həyatınızı XİLAS EDƏCƏK
Ev təmiri zamanı, xüsusilə dam, eyvan və digər hündürlüklərdə aparılan işlərdə yıxılma ciddi xəsarət və ölüm riski yaradır. Bu riskin qarşısını almaq üçün işə başlamazdan əvvəl hündürlükdə təhlükəli sahələr müəyyənləşdirilməli, mümkün olduqda qoruyucu məhəccər və təhlükəsizlik baryerləri quraşdırılmalı, işçi isə uyğun fərdi mühafizə vasitələri ilə təmin edilməlidir.
Bəs, damda, eyvanda və digər hündürlüklərdə təmir aparan şəxslər hansı təhlükəsizlik qaydalarına və qoruyucu vasitələrə əməl etməlidirlər və belə işlər zamanı təhlükəsizliyə nəzarət kim tərəfindən və necə həyata keçirilməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev bildirib ki, hündürlükdə işlə bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq qərarı var və Azərbaycanda bu istiqamətdə hüquqi-normativ baza mövcuddur:
"Hündürlükdə iş zamanı həm fərdi, həm də kollektiv mühafizə vasitələrindən istifadə edilməlidir. Bunlara təhlükəsizlik torları, təhlükəsizlik kəmərləri və digər mühafizə vasitələri daxildir. Tətbiq olunan təhlükəsizlik tədbirləri işin görüldüyü əraziyə və mövcud risklərə görə dəyişir. Məsələn, dam üzərində iş aparılırsa, təhlükəsizlik xətti, yəni tros çəkilməli, ankerlə möhkəmləndirilməli və təhlükəsizlik kəməri həmin trosdan bərkidilməlidir. İşçi ayaqaltı, sənaye iskələsi və ya digər hündürlükdə işləmə vasitəsindən istifadə edirsə, təhlükəsizlik kəməri müvafiq konstruksiyaya bərkidilməlidir".
Ekspert bildirib ki, nərdivanlardan istifadə zamanı da müəyyən təhlükəsizlik qaydalarına əməl olunmalıdır:
"A tipli nərdivanlarda işləmək mümkündür, lakin söykəmə tipli nərdivanlardan iş aparmaq məqsədilə istifadə etmək olmaz. Burada "üç nöqtə prinsipi"nə riayət edilməlidir. Yəni işçi nərdivanda hərəkət edərkən eyni anda iki əlini və bir ayağını, yaxud iki ayağını və bir əlini dayaqlayaraq sabitliyini qorumalıdır. Həmçinin alət və avadanlıqlar əllə daşınmamalıdır. Onların digər vasitələrlə, məsələn, səbət, kran və ya kəndir vasitəsilə yuxarı qaldırılması daha təhlükəsiz hesab olunur. Ümumilikdə, hündürlükdə iş zamanı təhlükəsizlik tədbirləri işin xarakterindən və ərazidəki risklərdən asılı olaraq müəyyənləşdirilməlidir. Troslardan, təhlükəsizlik kəmərlərindən və kollektiv mühafizə vasitələrindən düzgün istifadə iş zamanı bədbəxt hadisələrin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 732 Tarix: 28 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bugün məktəb, sabah böyük həyat - KÖŞƏ YAZISI
"A məktəb yolları, məktəb yolları,. Sizi bir an belə unutmadım mən. Bəxtiyar Vahabzadənin bu misralarında təkcə uşaqlıq xatirəsinin kövrəkliyi yoxdur. Burada insanın ömrü boyu yaddaşında daşıdığı bir həqiqət var: məktəb sadəcə bir binadan, sinif otağından, parta və lövhədən ibarət deyil. Məktə
15 sentyabrBu siniflərdə Azərbaycan dilinin dərs yükü 42 saata çatdırılacaq
"Tədrisi digər dillərdə aparılan siniflərdə "Azərbaycan dili - dövlət dili kimi" fənninin həftəlik saatı artırılır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, hazırd
14 sentyabr"Bu o demək deyil ki, sertifikasiya sualları çətinləşəcək"
"Biz düşünürük ki, sertifikasiya Azərbaycan təhsili üçün böyük müsbət addım idi və ümumən nəticələri müsbət qiymətləndirə biləcəyik. 2024-cü ildən başlayaraq ibtidai təhsilə gələn uşaqlarımızın demək olar ki, hər biri sertifikasiyadan keçmiş müəllim tərəfindən tədris alacaq". "Qafqazinfo"
14 sentyabr40-dan yuxarı şagirdi olan siniflərin sayı açıqlandı
"Bizim ölkəmizdə 80 00 sinfimiz var. Bu siniflərdə 40-dan yuxarı şagirdi olan siniflərin sayı cəmi 600-dür". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu da ümumi siniflərin 1%-n
14 sentyabrSabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilə
15 sentyabrAzərbaycanlı rejissorun xaricdə oğlu üzə çıxdı - 90 yaşı var
"Əlisəttar Atakişiyevin oğlu ilə bu günlərdə qohumlardan biri əlaqə saxlamışdı. Onların arasında telefon danışığı olub. Bilirsiniz ki, Əlisəttar Atakişiyevin filmləri bu gün efirlərdə nümayiş etdirilir və onun adına qonorar yazılır. Kinogildiyadan yığmışdılar ki, qonorarı onun oğluna necə çatdıraq
14 sentyabrNəqliyyatın sıxlığını azaltmaq üçün nə etmək lazımdır? - AÇIQLAMA
Yeni tədris ilinin başlaması ilə şəhər yollarında, xüsusilə məktəblərin yerləşdiyi ərazilərdə nəqliyyat sıxlığının artması gözlənilir. Səhər saatlarında valideynlərin övladlarını məktəbə aparması, məktəb qarşısında avtomobillərin nizamsız saxlanılması və piyada hərəkətinin artması bu ərazilərdə həm tıxac
15 sentyabrAzərbaycanda Bilik Günüdür
Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur. xəbər verir ki, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır. 2026-2027-ci tədris ilində bütün təhsil pillələri üzrə təqribən 2,2 milyon nəfərin təhsil alacağı proqnozlaşdırılır. Yeni tədris ilində ümumi təhsil müəssisələrində 1,
15 sentyabr