ZAUR İSLAMOV: Çoxları elə bilir ki, cavandırsa deməli ürəyində heç bir problem ola bilməz

ZAUR İSLAMOV: Çoxları elə bilir ki, cavandırsa deməli ürəyində heç bir problem ola bilməzÜrək-damar xəstəlikləri dünyada ən geniş yayılmış sağlamlıq problemlərindən biridir. Stress, düzgün qidalanmama, hərəkətsizlik, siqaret, yüksək təzyiq və digər risk faktorları ürək xəstəliklərinin yaranma ehtimalını artıra bilər. Erkən müayinə və risk faktorlarına nəzarət isə ciddi fəsadların qarşısının alınmasında mühüm rol oynayır. Bəs ürəyimizi nə yorur? Səssiz təhlükənin səbəbləri nələrdir?

Sonxeber.az-a açıqlama verən kardioloq Zaur İslamov ürək-damar xəstəliklərinin əsas risk faktorlarından danışıb:

"Ürək xəstəlikləri niyə cavanlaşıb sualının bir cavabı yoxdur. Çünki ürək xəstəlikləri daha doğru desək, ürək damar xəstəlikləri multifaktorludur. Yəni səbəbləri çoxdur. Səbəblər hipodinamiya, artıq çəki, pis vərdişlər, stress və sairədir. Əsasə səbələrdən biri mənə belə gəlir bu barədə marifləndirmənin azlığıdır. Çoxları elə bilir ki, cavandırsa deməli ürəyində heç bir problem ola bilməz. Və buna görə də döş qəfəsində ağrılar olanda həkimə müraciət etmir, ya da çox gecikmiş halda müraciət edir. Amma cavan yaş avtomatik olaraq ürəyin sağlam olması demək deyil".

Həkimin sözlərinə görə, ürəyi sıradan çıxaran əsas amillər yüksək təzyiq, xolesterin və şəkərdir:

"Ətraf mühitdən isə artıq stress, tütün çəkmə, alkoqol, artıq çəki, çox yüksək gərginlikli məşqlər - bütün bunlar ürəyə mənfi təsir edir. Səssiz təhlükə ürəkdə yaranan problemləri çox gözəl ifadə edir. Ürəyi zədələyən amilləri biz hansısa bir müayinə üsulu ilə müəyyən etməsək hiss etmirik. Yüksək xolesterini yalnız laborator analizlərdə hiss edə bilərik. Damar xolesterinlə tutulub infarkt və insult olmayınca insan xolesterini hiss etmir. Həmçinin yüksək təzyiq - insların çoxu elə bilir ki,təzyiq olan zaman mütləq baş ağrısı olmalıdır. Həqiqət budur ki, illərlə təzyiqlə gəzib xəbəri olmayanlar var. Biz təzyiqi heç cür hiss etmirik. Ona görə də adətən pasiyent yaxınlaşanda artıq hipertenziya xəstəliyinin 2 -3 dərəcəsi olur. Şəkərə də bu aiddir. Baxmayaraq ki, 1-ci tip şəkər xəstəliyi dərhal hiss edilən xəstəlikdir və pasiyentlərin çoxu cavanlıqdan bunu hiss edir, 80-90% pasiyentlərdə 2-ci tip şəkərdir, hansı ki demək olar ki, hiss olunmur və yalnız müayinə zamanı müəyyən olunur"

Sonda kardioloq vətəndaşlara xəbərdarlıq edib:

"Bütün bu problemlər illərlə içəridən bizim ürəyi zədələyir. Tam səssizcə və yalnız iri ürək -damar hadisəsi baş verəndə - yəni ürək damar hadisəsi dedikdə, biz infarkt və ya insult nəzərdə tuturuq, yalnız onda pasiyentlərin çoxu həkimə müraciət edir və problemlər olduğu müəyyən edilir. Ona görə də bu problemlərdən qaçmaq üçün hər bir insan ildə bir dəfə kardioloq müayinəsindən keçməli və yaranan problemləri ilkin mərhələdə aradan qaldırmalıdır"

Lalə Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 301   Tarix: 28 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bakcell"in "GO" tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

"Bakcell" danışıq dəqiqələri, internet, SMS və rouminq imkanları ilə yanaşı, sosial şəbəkələrdə istifadə üçün əlavə internet bonusları təqdim edən "GO" tariflərini abunəçilərinə təklif edir. 0.99 AZN-dən başlayan "GO" tariflərindən birinə qoşulan istifadəçilər "WhatsApp"

28 avqust
.

"İşə düzəldəcəyəm" dedi, 14 500 manat aldı - Tosif Məmmədovla bağlı iddia

Azərbaycanda işədüzəltmə adı ilə vətəndaşın 14.500 manatı mənimsənilib. Bunu -a müraciət edən T.Ə adlı xanım bildirib. Şikayətçinin sözlərinə görə, hadisə Məmmədov Tosif Rasim oğlu ilə bağlıdır. Xanımın təqdim etdiyi müraciətdə qeyd olunur ki, Tosif Məmmədov müəyyən şəxslərlə əlaqələrinin olduğunu v

28 avqust
.

Kanaldan su götürərkən faciəvi şəkildə öldü

Tərtər rayonunda bir nəfər su kanalında boğulub. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Cəmilli kəndində qeydə alınıb. Kənd sakini, 65 yaşlı Ağa Məmmədov Soqovuşandan gələn beton kanaldan su götürmək istəyərkən ehtiyatsızlıqdan suya yıxılıb. Bir neçə saat sonra onun meyiti hadisə yerində

29 avqust
.

Sabah da güclü külək əsəcək

Avqustun 29-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-25 isti

28 avqust
.

Jalə Əhmədova da tələbə oldu

Ali məktəbə qəbul olunanlar arasında sabiq deputat Jalə Əhmədova da var. "Qafqazinfo" xəbər verir ki, bu barədə Jalə Əhmədova sosial şəbəkə hesabında paylaşım edib. Keçmiş deputat Bakı Dövlət Universitetinin Psixologiya ixtisasında əlavə təhsil alacaq. Qeyd edək ki, J.Əhmədova ləğv edilmi

28 avqust
.

III qrupda boş yerlər yalnız bir ixtisasda qalıb

2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə əsas yerləşdirmədən sonra II ixtisas qrupunda cəmi 5 plan yeri boş qalıb. Bu barədə Dövlət İmtahan Mərkəzinin boş qalan yerlərə qəbul üçün nəşr etdiyi "Abituriyent" jurnalının 7-ci nömrəsində məlumat verilib. Jurnaldakı göstəricilərə əsasən

28 avqust
.

Moskvada Azərbaycan əleyhinə təxribat: Diplomatik təhlükəsizlik və beynəlxalq hüquqa hörmət məsələsi yenidən gündəmdə

Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısında törədilən təxribat araşdırılmalı, günahkarlar müəyyən edilməli və diplomatik obyektlərin təhlükəsizliyi gücləndirilməlidir.27 avqust 2026-cı il tarixində Moskvada Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin qonaq evinin qarşısında baş vermi

28 avqust
.

"Mismarla gözünü çıxarmaq istəyirdim..." - Evli ola-ola elçi göndəribmiş

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən 40 yaşlı Ziya Həsənovun (bütün ad-soyadlar şərtidir) məhkəməsində dəhşətli faktlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, qeyri-rəsmi münasibətdə olduğu Ceyran Çobanovanı 2025-ci ilin 7 noyabr tarixində lazeroloq kimi çalışdığı gözəllik salonunu

28 avqust
.

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü

Şəmkirin Sərxan kəndində 11 yaşlı qız əməliyyatdan sonra vəfat edib. -a istinadən xəbər verir ki, 2015-ci il təvəllüdlü kənd sakini boğazında olan artıq ətin götürülməsi üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Əməliyyatdan sonra evə buraxılan azyaşlı yaşadığı evdə vəfat edib. Tibb

29 avqust