Fransa, Britaniya və Almaniya liderlərinin Ukrayna ilə bağlı görüşü keçirildi -AÇIQLAMA
24 avqust 2026-cı ildə Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və Britaniyanın Baş naziri Endi Börnham Ukrayna ilə bağlı "İstəkli ölkələr koalisiyası"nın görüşünə həmsədrlik ediblər. Görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edib.
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən siyasi şərhçi Züriyə Qarayeva görüşün detallarından danışıb:
"Fransa, Britaniya və Almaniyanın həmsədrliyi ilə keçirilmiş görüşdə Ukrayna üçün ilk növbədə hava hücumundan müdafiə sistemlərinin və uzaqmənzilli zərbə imkanlarının artırılması, silah-sursat istehsalının genişləndirilməsi və maliyyə yardımının davam etdirilməsi ilə bağlı konkret qərarların çıxması gözlənilirdi. Müzakirələrin digər mühüm istiqaməti mümkün atəşkəsdən sonra Ukraynaya veriləcək uzunmüddətli təhlükəsizlik təminatları idi. Eyni zamanda, Rusiyanın müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi kölgə donanmasına qarşı tədbirlərin sərtləşdirilməsi və yeni sanksiyaların əlaqələndirilməsi gündəmdə idi".
Politoloqun sözlərinə görə, bu görüş Moskvaya Avropanın müharibənin uzanmasından yorulsa da, Ukraynaya dəstək siyasətindən geri çəkilmədiyi və Rusiyanın hərbi təzyiqlə istədiyi siyasi nəticəni əldə etməsinə imkan verməyəcəyi mesajını vermiş oldu:
"Könüllülər koalisiyasının gündəliyində təhlükəsizlik təminatları və Rusiyanın müharibə resurslarının məhdudlaşdırılması əsas istiqamətlər kimi göstərilir. ABŞ-ın mövqeyi Avropa liderlərinin qərarlarına ciddi təsir göstərir, çünki Ukraynanın müdafiəsi üçün zəruri olan kəşfiyyat, hava müdafiəsi və bir sıra strateji silah imkanlarında Vaşinqton hələ də əsas tərəfdaşdır. Tramp administrasiyasının müharibəni tezliklə danışıqlar yolu ilə dayandırmaq istəyi Avropanı bir tərəfdən diplomatik həllə hazırlaşmağa, digər tərəfdən isə mümkün razılaşmanın Ukraynanın təhlükəsizliyi hesabına baş tutmaması üçün daha fəal mövqe tutmağa vadar edir".
Z.Qarayeva onu da vurğulayıb ki, Fransa, Britaniya və Almaniya göstərməyə çalışırlar ki, ABŞ-ın siyasətində dəyişiklik baş versə belə, Avropa Ukraynanı tək buraxmayacaq. Lakin Vaşinqtonun hərbi və siyasi iştirakı zəifləyərsə, Avropa ölkələrinin həmin boşluğu qısa müddətdə tam doldurması çətin olacaq. Buna görə görüşün əsas siyasi məqsədlərindən biri də ABŞ-la Avropa arasında Ukrayna məsələsində ortaq xətti qorumaqdır.
Lalə Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 309 Tarix: 28 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellekt əmək bazarına necə təsir edəcək? - AÇIQLAMA
Çində süni intellektin sürətlə tətbiqi fonunda bəzi şirkətlərin işçi sayını azaltması texnologiyanın əmək bazarına təsiri ilə bağlı narahatlıqları artırır. Son məlumatlara görə, Çin texnologiya şirkətləri on minlərlə iş yerini ixtisar edib və ya yenidən strukturlaşdırıb, xüsusilə proqramlaşdırma, tərcüm
27 avqustKəlbəcərə dolu yağdı - Video
Kəlbəcərdə bu gün hava şəraiti kəskin dəyişib. Rayona dolu yağıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AzTV-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rektoru Almaz Mahmud paylaşım edib. Görüntüləri təqdim edirik:
28 avqustQobustanın girişində təhlükəli mənzərə: "Hər an düşə bilər" - VİDEO
Qobustan qəsəbəsinin girişində təhlükəli vəziyyət yaranıb. -a daxil olan görüntülərdə qəsəbənin girişində yerləşən konstruksiyanın ciddi şəkildə zədələndiyi görünür. Belə ki, giriş lövhəsinin bir hissəsində üzlük dağılıb, beton qatı qopub, armatur və digər konstruksiya elementləri açıq vəziyyətdə qalıb
28 avqustJalə Əhmədova da tələbə oldu
Ali məktəbə qəbul olunanlar arasında sabiq deputat Jalə Əhmədova da var. "Qafqazinfo" xəbər verir ki, bu barədə Jalə Əhmədova sosial şəbəkə hesabında paylaşım edib. Keçmiş deputat Bakı Dövlət Universitetinin Psixologiya ixtisasında əlavə təhsil alacaq. Qeyd edək ki, J.Əhmədova ləğv edilmi
28 avqustSabah Biləsuvarda 6300-dən çox abonentin qazı kəsiləcək
Sabah Biləsuvar rayonunun bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq. "Report"a istinadən xəbər verir ki, buna səbəb yeraltı daşıyıcı qaz xətinin kipliyə sınaq edilməsidir. Görüləcək işlərlə əlaqədar avqustun 28-də saat 10:00-dan etibarən "Biləsuvar QPS"-dən qidalanan Xırmandalı
27 avqustBaşqasının maşını ilə törədilən qəzalarda kim məsuliyyət daşıyır? - AÇIQLAMA
Avtomobil sahibinin nəqliyyat vasitəsini etibarnamə əsasında başqa şəxsə idarə etmək üçün verməsi praktikada geniş yayılmış haldır. Lakin həmin avtomobillə qəza baş verdikdə məsuliyyətin birbaşa avtomobil sahibinin, yoxsa sükan arxasında olan şəxsin üzərinə düşməsi tez-tez sual doğurur. Xüsusilə qəz
27 avqust2 nəfəri iş başında elektrik cərəyanı vurub öldürdü
Bakıda ölümlə nəticələnən bədbəxt hadisələr baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 27-si saat 16 radələrində 1986-cı il təvəllüdlü Mərdan Balaxan oğlu Əhmədov Binəqədi şosesi 57-də işlədiyi poladtökmə zavodunda elektrik cərəyanı vurması nəticəsində ölüb. Oxşar hadisə paytaxtın Sabunç
28 avqustBu qrupda 600-dən çox bal toplayan 30 nəfər qəbul ola bilmədi
Bu il 600-dən çox bal toplayan bir çox abituriyent universitetə qəbul ola bilməyib. Qaynarinfo xəbər verir ki, bu barədə təhsil eksperti Elçin Əfəndi açıqlayıb. Onun sözlərinə görə, IV ixtisas qrupunda 30 nəfər 600 baldan yüksək nəticə əldə etməsinə baxmayaraq, heç bir yerə qəbul ola bilməyib. Ümumilikd
27 avqust