Sabunçu Tibb Mərkəzi ilə bağlı SENSASİYALI İDDİA: "Mikrob keçib bizə" - VİDEO
Sabunçu Tibb Mərkəzində üç ildən çoxdur hemodializ müalicəsi alan Günel Yıldırım son dövrlərdə səhhətində yaranan problemə görə ciddi narahatlıq keçirir.
Onun Baku TV-yə bildirdiyinə görə, iki həftədən çoxdur ki, dializə girdikdən təxminən bir saat sonra onda və digər xəstələrdə üşütmə başlayır:
"Soruşuruq ki, bu vəziyyətin sonu necə olacaq? Deyirlər, hələlik gəlməyin, özəl klinikaya gedin, biz bunun çarəsini tapa bilmirik. Demək olar ki, bütün xəstələrdə bu hal müşahidə olunur. Kateteri olan xəstələrə bunun infeksiya ilə bağlı ola biləcəyi deyilir. Amma bununla bağlı bizdən hər hansı analiz götürülməyib".
Nefroloq Kamil Müslümovun sözlərinə görə, hemodializ zamanı üşütmə və bu kimi hallar kateterdə infeksiya ilə əlaqəli ola bilər.
"Pasiyentlər infeksionistə müraciət etməli, müəyyən tibbi müayinələrdən keçməlidirlər. Müayinələrin nəticələrinə əsasən müvafiq müalicə aparılmalıdır. Müvəqqəti kateterlər bir həftədən üç həftəyə qədər, daimi kateterlər isə 6 aydan 18 aya qədər istifadə olunur. Bu müddətdən artıq istifadə zamanı belə hallar baş verə bilər", - deyə mütəxəssis əlavə edib.
İddialarla bağlı Sabunçu Tibb Mərkəzindən bildirilib ki, hemodializ müalicəsi alan pasiyentlərin immun sistemi daha həssas olduğundan onlarda infeksion xəstəliklərin yaranma riski yüksəkdir. Bu səbəbdən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin hemodializ şöbələrində dezinfeksiya və sterilizasiya tədbirləri mütəmadi həyata keçirilir, aseptika və antiseptika qaydalarına ciddi nəzarət olunur. Qeyd edək ki, hemodializ prosedurunun uzunmüddətli kateter vasitəsilə aparılması bəzi hallarda pasiyentlərdə qızdırma və digər reaksiyalara səbəb ola bilər. Qızdırma müşahidə olunan hallarda pasiyentlər müayinəyə cəlb olunaraq müvafiq müalicə ilə təmin edilirlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 319 Tarix: 28 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
Vaxtilə Kəlbəcərdə erməni girovluğunda qalmış Dilqəm Əsgərova qarşı Şəmkir Rayon Məhkəməsində cinayət işi başlanıb. Teleqraf-a istinadən xəbər verir ki, hadisəyə səbəb ailə daxilində yaşanan insident olub. D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov hüquq-mühafizə orqanlarına müraciət edərək atasından şikayətç
29 avqustAzərbaycanda bu universitetlər təhsil haqqını qaldırdı
2026/2027-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrində bakalavriat səviyyəsində ixtisas seçiminin nəticələri məlum olub. Bu il 58 947 nəfər ali məktəblərə qəbul olub. "AzPolitika"ya istinadən bildirir ki, artıq abituriyent adını qazanmış və ödənişli ixtisaslarda təhsil alaca
28 avqustKöhnə avtomobillər təhlükə yaradır? - AÇIQLAMA
İstismar müddəti uzun olan avtomobillərin texniki vəziyyətinin zəifləməsi onların yol təhlükəsizliyi baxımından risklərini artırır. Xüsusilə əyləc, sükan, asqı və təkərlərdə yaranan nasazlıqlar avtomobilin idarəolunmasını və dayanma qabiliyyətini zəiflədə bilər. Texniki baxış zamanı da məhz bu sistemləri
28 avqustOTP kodu qarşı tərəfə verilərsə, bu RİSKLƏR yarana bilər - AÇIQLAMA
Mobil telefona göndərilən birdəfəlik OTP kodları hesab sahibinin kimliyini təsdiqləyən mühüm təhlükəsizlik vasitəsidir. Kiberdələduzlar sosial mühəndislik və fişinq üsullarından istifadə edərək vətəndaşı aldadıb bu kodu əldə etməyə çalışırlar. Kodun paylaşılması nəticəsində dələduz müəyyən xidmətlərd
28 avqust"İşə düzəldəcəyəm" dedi, 14 500 manat aldı - Tosif Məmmədovla bağlı iddia
Azərbaycanda işədüzəltmə adı ilə vətəndaşın 14.500 manatı mənimsənilib. Bunu -a müraciət edən T.Ə adlı xanım bildirib. Şikayətçinin sözlərinə görə, hadisə Məmmədov Tosif Rasim oğlu ilə bağlıdır. Xanımın təqdim etdiyi müraciətdə qeyd olunur ki, Tosif Məmmədov müəyyən şəxslərlə əlaqələrinin olduğunu v
28 avqustKanaldan su götürərkən faciəvi şəkildə öldü
Tərtər rayonunda bir nəfər su kanalında boğulub. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Cəmilli kəndində qeydə alınıb. Kənd sakini, 65 yaşlı Ağa Məmmədov Soqovuşandan gələn beton kanaldan su götürmək istəyərkən ehtiyatsızlıqdan suya yıxılıb. Bir neçə saat sonra onun meyiti hadisə yerində
29 avqustFeysbuk və instaqramda yenilik - Gecə girişləri məhdudlaşdırılacaq
Sosial media nəhəngi "Meta" ABŞ-nin 29 ştatının iştirakı ilə açılan məhkəmə işində razılaşmaya gedib. "Qafqazinfo" xəbər verir ki, şirkətin 17 milyard dollara qədər təzminat ödəyəcəyi və feysbuk və instaqramda gənc istifadəçilərin təhlükəsizliyini artırmaq üçün yeni məhdudiyyətlə
27 avqustÇoxmənzilli binalarda mənzilə necə çıxarış alınır? - AÇIQLAMA
Çoxmənzilli binalarda mənzil alan vətəndaşların qarşılaşdığı əsas məsələlərdən biri də əmlaka çıxarışın əldə olunmasıdır. Mənzilin alqı-satqısının rəsmiləşdirilməsi ilə yanaşı, onun hüquqi statusunun təsdiqlənməsi və çıxarışın alınması da mühüm əhəmiyyət daşıyır. Bəs çoxmənzilli binalarda mənzilə çıxarı
28 avqustDünənki güclü küləyə görə 2 qadın xəsarət alıb
Ötən gün küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisələr nəticəsində iki nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Belə ki, saat 20:20-də 17.09.1952-ci il təvəllüdlü qadın güclü külək səbəbindən yıxılaraq xəsarət alıb. Zərərçəkən tibbi müayinədən keçirili
28 avqust